14.6.2.və ionlarının aktiv qatılığının məhsulunu göstərilən həddə saxlamaq üçün dövri suyun üfürülmə miqdarını dəyişməklə, yaxud qidalandırıcı suda və ionlarının qatı-lığını qismən azaltmaqla buxarlanma əmsalının müvafiq qiyməti qəbul edilməlidir.
14.6.3. Dövri su təchizatı sistemində sulfat birləşmələrinin çökməsi ilə mübarizə aparmaq üçün suyun -ə görə 10 mq/l dozada natriumüçpolifosfat, yaxud 5 mq/ldozada karboksimetil-sellüloza ilə emalı qəbul edilməlidir.
14.7. Korroziyanın qarşısının alınması
14.7.1. Boru kəmərləri və istilik-mübadilə aparatlarını korroziyadan müdafiə etmək üçün suyun ingibitorlarla emalı, müdafiə örtükləri və elektrokimyəvi müdafiə tətbiq edilməlidir.
14.7.2. Dövri su təchizatı sistemlərində ingibitorlardan və müdafiə örtüklərindən istifadə edil-dikdə istilik-mübadilə cihazlarının və boru kəmərlərinin çöküntü və su bitkilərindən əsaslı surətdə təmizlənməsi nəzərdə tutulmalıdır.
14.7.3. İngibitor kimi natrium üçpolifosfat, natrium heksametafosfat, üç tərkibli qarışıq (heksametafosfat, yaxud natrium üçpolifosfat, sink sulfat və kalium bixromat), natrium silikat və digər reagentlərdən istifadə edilməlidir. İngibitorun ən səmərəli növü hər bir konkret şəraitdə təcrübə yolu ilə təyin edilməlidir.
Q e y d. Əsaslandırma olduqda natrium nitrit və üzvi fosforlu birləşmələrdən istifadəyə yol verilir.
14.7.4. Qoruyucu fosfat pərdəsi yaratmaq üçün natrium üçpolifosfat və natrium heksametafosfatdan istifadə edildikdə dövri sistemin suyunda ingibitorun qatılığı 2-3 gün müddətində 100 mq/l (P2O5 hesabı ilə), fosfat pərdəsini saxlamaq üçün qidalandırıcı sudaP2O5 hesabı ilə 7-15 mq/l qəbul edilməlidir. Bu zaman istilik-mübadilə aparatlarında suyun hərəkət sürəti 0,3 m/s-dən az olmamalıdır.
14.7.5. Üç tərkibli ingibitor tətbiq edildikdə kalium bixromatın dozası -yə görə 2-4 mq/l; sink sulfat -a görə 1,5-3 mq/l və heksametafosfat, yaxud natrium üçpolifosfat -ə görə 3-5 mq/l qəbul edilməlidir.
Belə hallarda üfürülmə suyu sututara axıdıldıqda sututarın suyunda və qradirniyadan hava axını ilə çıxarılan su damlalarının yayılma zonasında havada xromun miqdarı təyin edilməlidir. Bu miqdarlar həddi yol verilən qatılıqdan (HYQ) çox olmamalıdır. Sistemdə suyun hərəkət sürəti 0,5 m/s-dən az olmamalıdır.
14.7.6. Natrium silikatdan istifadə edildikdə maye şüşənin SiO2-yə görə dozası 10 mq/l qəbul edilməli, xloridlərin və sulfatların yüksək qatılığında (≥ 500 mq/l) SiO2-nin dozasını 30-40 mq/l-ə qədər artırmaq lazımdır.
14.7.7. Müdafiə örtükləri və elektrokimyəvi müdafiə 11.32-11.41 maddələrinin göstərişlərinə əsasən layihələndirilməlidir.
14.8. Dövri sistemlərin suyunun soyudulması
14.8.1. Soyuducunun növü və ölçüləri aşağıdakılar nəzərə alınmaqla təyin edilməlidir:
hesabi su sərfləri;
soyudulmuş suyun hesabi temperaturu, sistemdə temperatur düşgüsü və texnoloji prosesin soyutma səmərəsinin dayanıqlığına tələbləri;
soyuducunun iş rejimi (daimi, yaxud fasilələrlə);
hesabi meteoroloji parametrlər;
soyuducunun müəssisə ərazisində yerləşmə şəraiti, ətraf ərazidəki tikintilərin xarakteri, səsin yol verilən həddi, soyuducudan hava axını ilə çıxarılan su damlalarının ətraf mühitə təsiri;
qidalandırıcı və dövri suyun kimyəvi tərkibi və s.
14.8.2. Su soyuducularının tətbiq sahələri cədvəl 40-a əsasən qəbul edilməlidir.
14.8.3. Soyuducu qurğuların texnoloji hesablanması atmosfer havasının quru və nəm termometrə (yaxud havanın nisbi nəmliyinə) görə ilin yay fəslində günün saat 7, 13 və 19-da ölçülmüş 1-10%-li təminatlı çoxillik orta sutkalıq temperaturuna aparılmalıdır. İstilik və atom elektrik stansiyaları üçün orta və daha isti ilin yay fəslinin atmosfer havasının quru və nəm termometrə görə orta sutkalıq temperaturasına aparılmalıdır. Təminat su tələbatçılarının kateqoriyasından asılı olaraq cədvəl 41-ə əsasən seçilir.
Cədvəl 40.
Soyuducular
|
Su soyuducusunun tətbiq sahəsi
|
|
|
Xüsusi istilik yükü,minkkal/(m2/st)
|
Suda temperatur düşgüsü, 0C
|
Soyudulmuş suyun temperaturu ilə islanmış termometrə görə havanın temperaturu arasındakı fərq, 0C
|
Ventilyatorlu. qradirniyalar
|
80 - 100 və daha çox
|
3 – 20
|
4 – 5
|
Qülləli qradirniyalar
|
60 – 100
|
5 – 15
|
8 – 10
|
Səpələyicili hovuzlar
|
5 – 20
|
5 – 15
|
10 – 12
|
Su anbarları-soyuducular
|
0,2 – 0,4
|
5 – 15
|
6 – 8
|
Radiatorlu (quru) qradirniyalar
|
-
|
5 – 15
|
20 – 35
|
Açıq və səpələyicili
|
7 - 15
|
5 – 15
|
10 - 12
|
Q e y d. Cədvəldə göstərilən rəqəmlər soyuducuya daxil olan suyun temperaturu 450C-dən çox olmayan hallar üçün verilmişdir.
|
|
Göstərilən təminatlı atmosfer havasının orta sutkalıq temperaturu və nəmliyi barədə məlumatlar olmadıqda, TN və Q 2.01.01-in göstərişlərinə əsasən, ən isti ayın saat 13-ə təsadüf edən orta temperatur və nəmliyi qəbul edilməli, bu zaman su tələbatçılarının kateqoriyasından asılı olaraq havanın nəmliyini sabit saxlamaqla nəm termometrə görə temperaturuna 1-30C əlavə edilməlidir.
Cədvəl 41.
Su tələbatçılarının kateqoriyası
|
Soyudulmuş suyun temperaturunun hesabi temperaturdan çox olmasının istehsalın texnoloji prosesinin korlanma, yaxud avadanlığın işinin pisləşmə dərəcəsinə təsiri
|
Su soyuducuların hesablanmasında meteoroloji parametrlərin təminatı, %
|
I
|
İstehsalın texnoloji prosesinin tam pozulması və nəticədə əhəmiyyətli itkilərin yaranması
|
1
|
II
|
Ayrı-ayrı qurğuların texnoloji prosesinin yol verilən müvəqqəti pozulması
|
1
|
III
|
İstehsalın bütövlükdə və ayrı-ayrı qurğuların texnoloji prosesinin iqtisadi səmərəsinin müvəqqəti azalması
|
10
|
14.8.4. Qradirniyaların texnoloji hesablanması soyudulmanın aktiv zonasındakı istilik-kütlə mübadiləsi və qradirniyanın aerodinamik müqaviməti nəzərə alınmaqla, yaxud təcrübə əsasında tərtib edilmiş qrafiklərlə yerinə yetirilməlidir.
14.8.5. Səpələyicili hovuzların və açıq qradirniyanın texnoloji hesablanması təcrübə qrafikləri əsasında yerinə yetirilməlidir.
14.8.6.Radiatorlu qradirniyaların texnoloji hesablanması hava ilə soyudulan qabırğalı borulu istilik-mübadilə aparatlarının hesablanması üçün qəbul edilmiş metodla yerinə yetirilməlidir.
14.8.7. İstilik və atom elektrik stansiyaları üçün su anbarları-soyuducuların texnoloji hesablanması orta il üçün su anbarının istilik toplama qabiliyyəti, yüklənmə qrafikləri və avadanlığın təmiri nəzərə alınmaqla orta aylıq hidroloji və meteoroloji amillərə əsasən yerinə yetirilməlidir. 10% təminatlı orta və ən isti ilin yay dövrü üçün soyuducu suyun sutkalıq maksimal temperaturlarına görə avadanlığın gücü yoxlanılır, qurğunun gücünün hədləri və məhdudlaşdırılma müddəti təyin edilir. Başqa təyinatlı mövcud sututarlardan suyun soyudulması üçün istifadə edildikdə temperatur rejiminin təbii şəraitdə və isinmiş suyun onlara axıdılması zamanı fəzada formalaşmasının xüsusiyyətləri nəzərə alınmalıdır.
14.8.8. Dövri suda qradirniyalar və səpələyicili hovuzların konstruksiya materialına qarşı aqressiv qarışıqlar olduqda suyun müvafiq emalı, yaxud konstruksiyaların müdafiə materialı ilə örtülməsi nəzərə alınmalıdır.
14.8.9. Səpələyicili hovuzlarda və qradirniyaların rezervuarlarında suyun dərinliyi 1,7 m-dən, su səthindən hovuzun, yaxud rezervuarın yuxarı tilinə qədər məsafə 0,3 m-dən az olmamalıdır.
Binaların örtüyündə yerləşdirilmiş qradirniyalarda içərisində suyun dərinliyi 0,15 m-dən az olmayan altlığın olmasına yol verilir.
14.8.10. Qradirniyaların su toplanan rezervuarları və səpələyicili hovuzlar aparıcı, buraxıcı və daşma boruları, həmçinin suyun minimal və maksimal səviyyələrini xəbər verən avadanlıqla təchiz edilməlidir. Aparıcı boru kəmərində yarıqlarının eni 30 mm-dən çox olmayan zibil tutucu barmaqlıq qoyulmalıdır.
Su toplanan rezervuarların və səpələyicili hovuzların dibi buraxıcı boru yerləşən çökəklik istiqamətində 0,01-dən az olmayan mailliyə malik olmalıdır.
14.8.11. Səpələyicili hovuzların su gətirən və aparan borularında təmizləmə və təmir zamanı hovuzu işdən ayırmaq üçün bağlayıcı armatur qoyulmalıdır.
14.8.12. Ventilyatorlu və qülləli qradirniyaların su toplanan rezervuarları və səpələyicili hovuzlar ətrafında eni 2,5 m-dən az olmayan və soyuducuların giriş pəncərələrindən və səpələyicili hovuzlardan hava axını ilə çıxarılmış suyun kənara rahataxıb getməsi üçün mailliyi olan, su keçirməyən örtüklü zolaq nəzərdə tutulmalıdır.
14.9. Qradirniyalar
14.9.1. Qradirniyalar yüksək xüsusi hidravlik və istilik yükünə malik dövri su təchizatı sistemlərində suyun dayanıqlı və dərin soyudulması tələb olunan hallarda tətbiq edilməlidirlər.
İnşaat işlərinin həcminin azaldılması, soyudulan suyun temperaturunu çevik tənzimləmək, suyun, yaxud soyudulan məhsulun verilmiş temperaturunu saxlamaq üçün prosesin avtomatlaşdırılması lazım gəldikdə ventilyatorlu qradirniyalardan istifadə etmək lazımdır.
Tikintili ərazilərdə ventilyatorlu qradirniyalar mümkün qədər dam örtüklərində yerləşdirilməlidir.
Azərbaycan Respublikası şəraitində eninə-axınlı qradirniyalardan istifadə edilməsinə yol verilir.
Məhdud su ehtiyatları olan rayonlarda, həmçinin dövri suyun toksik maddələrlə çirklənməsinin qarşısını almaq və ətraf mühiti onların təsirindən qorumaq məqsədilə radiatorlu (quru), yaxud qarışıq (quru və ventilyatorlu) qradirniyalardan istifadənin mümkünlüyü nəzərdən keçirilməlidir.
14.9.2. Dövri suyun yüksək səviyyədə soyudulmasını təmin etmək üçün pərdəli suvarıcıları olan qradirniyalardan istifadə edilməlidir.
Dövri suda piy, qətran və neft məhsulları olduqda damcılı suvarıcıları olan qradirniyalardan istifadə edilməlidir; su ilə yuyulmayan və çöküntü yaradan asılı maddələr olduqda səpələyicili qradirniyalar tətbiq edilməlidir.
14.9.3. Suvarıcılar blok şəklində nəzərdə tutulmalı, konstruksiya və yerləşdirilmələri su və hava axınlarının soyuducu qurğunun sahəsində bərabər paylanmasını təmin etməlidir.
14.9.4. Suyun paylanma sistemi basqılı borulu qəbul edilməlidir; novların da qəbul edilməsinə yol verilir. Məşəl yaradan və aşağı istiqamətlənmiş ucluqlar qoyulduqda, ucluqlardan suvarıcıya qədər olan məsafə 0,8-1,0 m, yuxarı istiqamətlənmiş ucluqlar qoyulduqda isə 0,3-0,5 m qəbul edilməlidir.
14.9.5. Paylaşdırma sisteminin borularında ucluqların yerləşməsi suyun suvarıcının üstündə soyuducu qurğunun sahəsi boyu bərabər paylanmasını təmin etməlidir.
14.9.6. Su damlalarının qradirniyalardan kənara çıxarılmasının qarşısını almaq üçün hava paylaşdırıcı zonada külək arakəsmələri, su paylaşdırıcı sistemin üstündə isə sututucu qurğu qoyulmalıdır.
14.9.7. Sututucu qurğuların konstruksiyası və yerləşməsi soyuducu qurğunun bütün sahəsi boyu birbaşa şaquli yarıqların (optik sıxlıq) olmasının qarşısını almalıdır; bu zaman su damlalarının çıxarılması dövri suda toksik maddələr olmadıqda onun sərfinin 0,1-0,2%-dən, toksik maddələr olduqda isə 0,05%-dənçox olmamalıdır.
Ventilyatorlu qradirniyalarda sututucu qurğular ventilyatorun işçi təkərindən onun diametrinin 0,5 mislindən az olmayan məsafədə yerləşdirilməlidir.
14.9.8. Qradirniyalar bina örtüklərində yerləşdirildikdə onların hava girişi pəncərələrində jalyüzlər qoyulmalıdır.
14.9.9. Qradirniyaların karkasının üst örtüyünün konstruksiyası xarici havanın sorulmasına imkan verməməlidir.
14.9.10. Ventilyatorlu qradirniyalar havanı iki tərəfdən götürən çox bölməli, yaxud bütün perimetri boyu götürən bir bölməli qəbul edilməlidirlər.
14.9.11. Qradirniyaların giriş pəncərələrinin sahəsi onun planda sahəsinin 34-45%-ni təşkil etməlidir.
14.9.12. Qradirniyaların planda forması: ventilyatorlu bölməlilərdə kvadrat, yaxud tərəflərinin nisbəti 4:3-dən çox olmayan düzbucaq, bir bölməli və qülləli qradirniyalarda dairəvi, çoxbucaqlı, yaxud kvadrat şəkilli qəbul edilməlidir.
14.9.13. Qış aylarında qradirniyaların buz bağlamasının qarşısını almaq üçün onun bir, yaxud bir neçə bölməsini, bir neçə soyuducu qurğu işlədikdə onlardan birini, yaxud bir neçəsini işdən ayırmaqla qalan bölmələrin, yaxud soyuducu qurğuların hidravlik və istilik yükünün artırılmasının, suvarıcıya verilən soyuq havanın azaldılmasının mümkünlüyü nəzərə alınmalıdır.
14.9.14. Qış aylarında soyudulmuş suyun lazımi temperaturunu saxlamaq üçün isti suyun bir hissəsini soyuducu qurğunun soyudulmuş su rezervuarına axıdan qurğular nəzərdə tutulmalıdır.
14.9.15. Qradirniyaların konstruksiyası aşağıdakı materiallardan olmalıdır:
karkas – dəmir-betondan, poladdan, yaxud ağac materialdan;
divar örtükləri - ağacdan, xrizotilsement, yaxud plastmasdan hazırlanmış lövhələrdən;
suvarıcı - ağac materialdan, xrizotilsement, yaxud plastmas materialdan;
sututucu qurğular - ağac materialdan, xrizotilsement, yaxud plastmas materialdan;
su toplanan rezervuarlar – dəmir-betondan.
Ağac konstruksiyalar yuyulmayan antiseptiklərlə örtülməli, yumşaq yarpaqlı ağac növündən olanlar xüsusi məhlullarla doydurulmalıdır.
Metal konstruksiyalar korroziyaya davamlı örtüklə müdafiə olunmalıdır. Dəmir-beton konstruksiyalar şaxtaya davamlılıq və su keçirməzliyinə görə maddə 17.3.7-də göstərilmiş beton markalarından hazırlanmalıdır.
14.10. Su anbarları – soyuducular
14.10.1. Su anbarları-soyuducular suyun soyudulma səmərəsinə ciddi tələblər olmadıqda, müəssisə yaxınlığında məhsuldar olmayan sərbəst torpaq sahəsi, təbii sututarlar, yaxud süni su anbarları olduqda qəbul edilməlidir.
14.10.2. Su anbarları-soyuducuların dərinliyi suyun yay səviyyələrində su anbarının dövretmə zonası sahəsinin 80%-də 3,5 m-dən az olmamalıdır. Dayazlaşmanın qarşısını alan, həmçinin suyun tələb olunan keyfiyyətini təmin etmək üçün tədbirlər nəzərdə tutulmalıdır.
14.10.3. Su anbarları-soyuducular üçün bəndlər, su tullayıcılar, su buraxıcılar və kanallar hidrotexniki qurğuların layihələndirilməsində istifadə olunan normativ sənədlər əsasında layihələndirilməlidir.
14.10.4. Su anbarları-soyuducuların su-təsərrüfat hesablanmaları adi su anbarlarının buxarlanma ilə əlavə su itkisi nəzərə alınmaqla hesablanmalarına uyğun yerinə yetirilməlidir.
14.10.5. Su anbarları-soyuduculardan istifadə əmsalları laboratoriya model tədqiqatları, müəssisə genişləndirildikdə isə istehsalat tədqiqatlarının nəticələri əsasında təyin edilməlidir.
14.10.6. Suqəbuledici və suburaxıcı, həmçinin suyun soyudulmasını yaxşılaşdıran (şırnaq yönəldici qurğular, şırnaq yönəldici dambalar) qurğuların konstruksiyaları və yerləşməsi, küləyin təsiri, sututarın hidroloji xüsusiyyətləri (axın, külək, sıxlıq və digər cərəyanlar),həmçinin soyudulan suyun şaquli dövretməsinin yaradılması və istifadə edilməsi nəzərə alınmaqla qəbul edilməlidir.
Temperaturu azaltmaq, götürülən suyun keyfiyyətini yaxşılaşdırmaq və xırda balıqları müdafiə etmək məqsədilə dərinlik suqəbuledicilərinin tikintisinin məqsədəuyğunluğu araşdırılmalıdır.
14.10.7. Təzə su axarı olan su anbarları-soyuducular üçün işlənmiş suyun bir hissəsinin su anbarının aşağı byefinə atılması nəzərdə tutulmalıdır.
14.10.8. Su anbarları layihələndirilərkən onların yatağının hazırlanması (ağacdan, kollardan və s. təmizlənməsi) üçün tədbirlər nəzərdə tutulmalıdır. Hər bir konkret hal üçün tədbirlərin tərkibi və həcmi təyin edilməlidir.
14.10.9. Su anbarları-soyuducuların sahillərinin yuyulmasının və lillənməsinin qarşısının alınması üçün aşağıdakılar nəzərdə tutulmalıdır: sahillərin bərkidilməsi, yerüstü axınların nizamlanması, yarğan mənsəblərində dambaların tikilməsi, torpaq şumlanmasının qadağan edildiyi zonanın təyini, ot əkini, su anbarının yamaclarında kolluğun salınması.
14.10.10. Su anbarına söykənən ərazilərdə bataqlıqlanma getdikdə meliorativ tədbirlər nəzərdə tutulmalıdır.
14.10.11. Su anbarının suyunda duzun qatılığını azaltmağa ehtiyac olan hallarda anbarın aşağı laylarından suyun atılması və digər suaxarlardan anbara təzə su verilməsi nəzərdə tutulmalıdır.
14.11. Səpələyicili hovuzlar
14.11.1. Səpələyicili hovuzlar suyun soyudulma səmərəsinə ciddi tələblər olmadıqda, havanın daxil olması üçün açıq meydançalar olduqda qəbul edilməlidir. Onların uzun tərəfi hakim küləklər istiqamətinə perpendikulyar yerləşdirilməlidir. Səpələyicili hovuzlar ərazidə yerləşdirildikdə dumanın yaranması və qonşuluqda olan qurğu və yolların buz bağlamasının mümkünlüyü nəzərə alınmalıdır.
14.11.2. Səpələyicili hovuzlar iki bölmədən az olmayaraq layihələndirilməlidir, bir bölməli səpələyicili hovuzun fasilələrlə işləyən dövri su təchizatı sistemləri üçün layihələndirilməsinə yol verilir.
14.11.3. Səpələyici ucluqların paylaşdırıcı sistemin borularında yerləşdirilməsi suyun hovuzda bərabər paylanmasını təmin etməlidir.
14.11.4. Kənar ucluqların oxları arasında səpələyicili hovuzun eni 50 m-dən çox olmamalıdır.
Hava axını ilə aparılan su damlalarının miqdarını azaltmaq üçün kənar ucluqlar hovuzun sərhədlərindən onlardakı basqının və küləyin sürətindən asılı olaraq 7-10 mməsafədə yerləşdirilməlidir.
14.11.5. Qış aylarında səpələyicili hovuzun hər bir bölməsində lazımi temperatur rejimini saxlamaq üçün suyu səpələmədən hovuza daxil edən boru kəməri layihələndirilməlidir.
14.11.6. Səpələyicili hovuzların konstruksiyası betondan, yaxud dəmir-beton lövhələrdən qəbul edilməli və onların səthi hidroizolyasiya ekranı ilə örtülməlidir.
14.11.7. Səpələyicili qurğuları təbii sututarların üstündə yerləşdirməyə yol verilir. Belə hallarda sahil yamacının planlaşdırılması və bərkidilməsi nəzərdə tutulmalıdır.
14.12. Soyuducuların müəssisənin ərazisində yerləşdirilməsi
14.12.1. Soyuducular müəssisə ərazisində yerləşdirildikdə onlara havanın sərbəst çatması, həmçinin boru kəmərləri və kanalların ən az uzunluğa malik ola bilmələri üçün şəraitin təmin olunması, qurğular (ventilyatorlu və qülləli qradirniyalar və səpələyicili hovuzlar üçün) və binaların buz bağlamasının qarşısını almaq üçün qış küləklərinin istiqaməti nəzərə alınmalıdır.
14.12.2. Su soyuducuları, binalar və qurğular, həmçinin soyuducuların öz aralarındakı məsafə TNvəQ II-89-ın göstərişlərinə əsasən qəbul edilməlidir.
15. Avadanlıq, armatur və boru kəmərlərinin yerləşdirilməsi
15.1. Bölmənin göstərişləri otaqların ölçüləri təyin edildikdə, texnoloji və nəqliyyat-yük avadanlığı, armatur quraşdırıldıqda, həmçinin binalarda və su təchizatı qurğularında boru çəkildikdə nəzərə alınmalıdır.
15.2. İstehsalat otaqlarının sahəsi təyin edildikdə keçidlərin eni aşağıda göstərilənlərdən az olmamalıdır:
nasoslar, yaxud elektrik mühərrikləri arasında - 1 m;
nasoslar, yaxud elektrik mühərrikləri ilə içəri otaqlarda divarlar arasında - 0,7 m, digər otaqlarda - 1 m; keçidin elektrik mühərriki tərəfdən eni rotorun sökülməsinə imkan verməlidir;
kompressorlar, yaxud hava üfürücülər arasında - 1,5 m, onlarla divar arasında - 1 m;
avadanlığın hərəkətsiz çıxıntılı hissələri arasında - 0,7 m;
elektrik paylaşdırma lövhəsi qarşısında -2 m.
Q e y d:
1. Avadanlıq ətrafında istehsalçı-zavod tərəfindən təyin edilmiş keçidlər onların pasportu əsasında qəbul edilir.
2. Basqılı qol borularının diametri 100 mm-ə qədər olan aqreqatlar üçün yol verilir: aqreqatların divar yanında, yaxud kronşteynlər üstündə quraşdırılması; çıxıntılı hissələri arasındakı məsafə 0,25 m-dən az olmamaq və ikili aqreqat ətrafında eni 0,7 m-dən az olmayan keçid yaratmaq şərtilə iki aqreqatın bir əsas üstündə quraşdırılması.
15.3. Texnoloji avadanlıq, armatur və boru kəmərlərinin istismarı üçün onlar yerləşən otaqlarda aşağıdakı şərtlərə cavab verən qaldırıcı-nəqliyyat avadanlığı nəzərdə tutulmalıdır: yükün kütləsi 5 tona qədər olduqda - əllə idarə edilən tal, yaxud əllə idarə edilən asma kran-tir; kütləsi 5 tondan çox olduqda - əllə idarə edilən körpü-kran; yük 6m-dən hündürə qaldırıldıqda, yaxud kranaltı yol 18 m-dən çox olduqda - elektrik kran avadanlığı.
Q e y d:
1. Yalnız texnoloji avadanlığın quraşdırılması üçün (basqılı süzgəclər, hidroqarışdırıcılar və s.) yük qaldıran kranların nəzərdə tutulması tələb edilmir.
2. Kütləsi 0,3 tona qədər olan avadanlıq və armaturun yerinin dəyişdirilməsi üçün takelaj vasitələrindən istifadə etməyə yol verilir.
|