II FƏSİL. İNNOVASİYALI İDARƏETMƏNİN VƏ BİZNESİN AZƏRBAYCAN İQTİSADİYYATİNDAKI MÜASİR XÜSUSİYYƏTLƏRİ




Download 289.95 Kb.
bet15/25
Sana02.07.2021
Hajmi289.95 Kb.
#15345
1   ...   11   12   13   14   15   16   17   18   ...   25
II FƏSİL. İNNOVASİYALI İDARƏETMƏNİN VƏ BİZNESİN AZƏRBAYCAN İQTİSADİYYATİNDAKI MÜASİR XÜSUSİYYƏTLƏRİ

2.1 MİLLİ İNNOVASİYA SİSTEMİNİN YARADİLMASININ

ZƏRURİLİYİ

Milli innovasiya sistemi dedikdə, ümumiyyətlə, yeni bilik və texnologiyaların istehsalı və yayılması hadisəinin bütün iştirakçılarının məcmusu və həmçinin onların arasında bu hadisə zamanı təzahür edən münasibətlərin məcmusu başa düşülür.

Azərbaycanın innovasiya sisteminin yaradılmasını və innovasiya fəaliyyətinin genişləndirilməsini şərtləndirən əsas amillər aşağıdakılardan ibarətdir:

- iqtisadi təhlükəsizliyin təmin edilməsi, yeni texnologiyalar sahəsində imkanların beynəlxalq iqtisadi əlaqələrdə istifadəsi;

- elmi-texniki və innovasiya sferalarında dövlət siyasətinin aparılması;

- elmi nəticələrin ənənəvi inzbati-amirlik metodları ilə tətbiqinin yenisi ilə əvəz edilməsinin labüdlüyü;

- ölkənin əmək potensialının bütün növləri və ilk növbədə yüksək ixtisaslı

kadrlar üçün iş yerlərinin yaradılması zərurəti;

- elm tutumlu istehsal mədəniyyətinin yenidən bərpa edilməsi.

Uzun müddət yaşadığımız mərkəzləşdirilmiş, inzibati amirlik idarəçiliyi sistemindəki innovasiya sisteminin əsas xüsusiyyətlərindən biri bu sistemdə xüsusi mülkiyyətin və ən başlıcası xüsusi intellektual mülkiyyətin olmaması idi.Xüsusi mülkiyyətin olmaması innovasiya mülkiyyətin olmaması idi.Xüsusi mülkiyyətin olmaması innovasiya fəaliyyətinin əsasını təşkil edən kommersiya marağının olmaması deməkdir.Ciddi planlaşdırılan təsərrüfat plan göstəricilərinin yerinə yetirilməsini kommersiya yolu ilə deyil, inzibatçılıq üsulları ilə təmin edirdi.İnnovasiya fəaliyyətinin aktivləşməsinə mane olan əsas səbəblərdən biri də nazirlik və idarələr arasında daxili mənafelərin üstünlüyü idi.

Təbii ki, keçmiş SSRİ-nin tərkibində olan zaman Azərbaycan Respublikası özünün tam və vahid innovasiya sisteminə malik deyildi.Bu sistemin tərkib hissələri olan elmi-texniki və istehsalat potensialları ayrı-ayrılıqda SSRİ-nin müvafiq komplekslərinə daxil idilər.SSRİ ölçüında həyata keçirilən məqsədli elmi-texniki proqramların Azərbaycana aid olan tapşırıqları yalnız elmi-tədqiqat (yaxud konstruktor-texnoloji) işi, ya da sırf istehsal fraqmenti kimi həyata keçirilirdi.Beləliklə, SSRİ məkanına daxil olduğu dövrdə Azərbaycanda vahid milli innovasiya sisteminin formalaşması üçün heç bir şərait yox idi.İnzibati amirlik

sistemi şəraitində Azərbaycanda həyata keçirilən innovasiya əsasən büdcə vəsaitləri hesabına istehsal hadisəində maliyyələşdirilirdi.Alqı-satqı hadisəi bir qayda olaraq mərkəzləşdirilmiş şəkildə sifarişçilərin istəyinə uyğun olaraq həyata keçirilirdi.Belə şəraitdə fəallıq istehlakçı tərəfindən deyil, istehsalçı tərəfindən baş verirdi.Yeniləşmə istehlakçının tələbatına uyğun gəlmədiyindən, elmi-texniki yeniliklər yalnız tədqiq olunurdu.Tədqiqin nəticəsi isə istifadəsiz qaldığından heç bir əlavə gəlirin əldə olunmasına imkan vermirdi.Nəticədə istehsalın fond verimi aşağı düşməyə doğru meyl etməklə, elmi-texniki tərəqqinin nəticələri qeyri-səmərəli xarakter alırdı.

Azərbaycan Respublikasının bazar münasibətlərinə adekvat milli innovasiya sisteminin yaranması və uğurlu fəaliyyəti aşağıdakı amillərdən əsaslı surətdə asılıdır: yeni texnologiyaların, yeni texnikanın, ideya və biliklərin istehsalçısı olan müəssisələr şəbəkəsinin mövcudluğu; yeni ideya və texnologiyalar əsasında yeni məhsul istehsal edən istehsalat müəssisələri şəbəkəsinin mövcudluğu; sadalanan istehsal hadisələrinin iştirakçılarının (müəssisələr və digər subyektlərin) maliyyələşdirilməsi sisteminin mövcudluğu; bütün tərəflər arasında münasibətlərin tənzimlənmə mexanizminin olması.

Azərbaycanda keçid iqtisadiyyatı şəraitinə uyğun innovasiya sisteminin yaradılmasından söhbət getməlidir.Keçid innovasiya sisteminin xarakterik cəhətləri əsasən bunlardır:

- bazar iqtisadiyyatından fərqli olaraq, keçid dövründə innovasiya fəaliy-

yəti yüksək gəlir verməyə qadir deyil;

- innovasiya sferasında qeyri-büdcə ayırmaları yox dərəcəsindədir;

- respublikanın və digər ölkələrin bankları innovasiyaların maliyyələşdirilməsinə maraq göstərmirlər;

- yeni texnologiyalar əsasında fəaliyyət göstərə bilən sənaye müəssisələrinin fəaliyyəti demək olar ki, tamamilə dayanmışdır;

- elmi və elmi-xidmət müəssisələrinin fəaliyyətinin səmərəliliyi aşağı düşmüş, xüsusilə dövlət sifarişi heçə enmişdir

Milli innovasiya sisteminin yaranmasına mane olan bir sıra amillər də vardır ki, onları aradan qaldırmadan bu sistemin yaradılması mümkün deyil.Belə amillərdən biri ölkədə «mənimsəyici təsərrüfatçılığın» geniş ölçüda mövcudluğu və onun durmadan inkişaf etməsidir.Bu təsərrüfatçılıq «istehsalçı təsərrüfatçılıqla» yanaşı fəaliyyət göstərərək onun «paraziti» kimi çıxış edir, bazar münasibətlərinin formalaşmasını təmin edən bir sıra əhəmiyyətli hadisələrin gedişinə mane olur, belə tədbirləri süni olaraq, hələ təşəkkül mərhələsində bahalaşdırır, istehsalın bərpasında çətinliklər törədir.İkincisi, indiyədək ölkədə nə vahid innovasiya proqramları, nə də innovasiya layihələri üçün güzəştli şərait müəyyən edən mexanizm yaradılmamışdır.Bu sahədə münasibətləri tənzimləyən qanunvericilik sənədləri paketi hələ ki yoxdur.Üçüncü amil kimi respublikada intellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsi sisteminin yaradılmamasını göstərmək olar.Bu da bir tərəfdən özəlləşdirilən obyektlərin qiymətinin süni olaraq aşağı hesablanmasına gətirib çıxarır, digər tərəfdən də elmi-tədqiqat müəsisələrinin innovasiya fəaliyyətində iştirakını çətinləşdirir, ona olan marağı zəiflədir.Daha bir amil də, respublikada intellektual məhsul bazarının yaradılmamasıdır.İntellektual məhsul bazarı milli innovasiya sisteminin yaradılmasının ən başlıca şərtidir.Bunsuz texnologiyaların, ideyaların kommersiyalaşdırılması mümkün deyil.Keçid şəraiti üçün vacib olan konsaltinq biznesinin respublikada lazımınca təşəkkül tapmaması da məhz intellektual mülkiyyət bazarının lazımınca formalaşmamasının göstəricisidir.Respublikamızın sənaye müəssisələrində innovasiyaya mane olan amillərin təsnifatı cədvəldə təsvir edilmişdir.



Download 289.95 Kb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Download 289.95 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



II FƏSİL. İNNOVASİYALI İDARƏETMƏNİN VƏ BİZNESİN AZƏRBAYCAN İQTİSADİYYATİNDAKI MÜASİR XÜSUSİYYƏTLƏRİ

Download 289.95 Kb.