AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda




Download 289.95 Kb.
bet13/25
Sana02.07.2021
Hajmi289.95 Kb.
#15345
1   ...   9   10   11   12   13   14   15   16   ...   25
Mərhələ 6. Yeni məhsul üzrə marketinq məhsul istehsalında (seriyası, kütləvi) proqram əsasında qərar qəbul edərək təibiqi. İnnovasiya dedikdə isə

aşağıdakı təhrif kimi qeyd etmek olar:Innovasiya – praktiki fəaliyyətdə istifadə olunan yeni və ya mütərəqqi texnoloji proses, bazarda realizə edilən yeni və ya təkmilləşdirilmiş məhsul formasını almış innovasiya fəaliyyətinin son nəticəsidir. Innovasiya prosesi əmək məhsuldarlığının yüksəldilməsi, tədavül xərclərinin azaldılması və məhsul satışında keyfiyyət tələbatlarının yüksəldilməsi və qiymətin aşağı salınması ilə müşahidə olunur.Məhz yeniliklərin dəqiq mexanizminə arxalanaraq, şirkətlər öz məhsullarının rəqabətə davam gətirməsini təmin edir və tələbatın formalaşmasında təşəbbüsü əldə saxlayırlar.Və bu özüözlüyündə idarəetməni asanlaşdırılması ilə yanaşı mövcud sistemi dəyişmə tarixçəsini formalaşdırmağa imkan verir.

Yeni məhsul marketinq bütün şirkətləri mühüm meyar kimi proqramın həyata keçirilməsi üçün yeni məhsulların tətbiqi qiymətləndirilməsi üçün istifadə olunur.Bu, aşağıdakılardır:

Yeni məhsulların satışı; Yeni məhsullar digər malların həyata keçirilməsinə əlavə və dəyişikliklərin tətbiqi; Yeni malların istehsalında mənfəətin əldə edilməsi vaxtının qiymətləndirilməsi ,onun yetkinliyi istehsalı və satışının yeni məhsulun inkişafı, adətən, müəyyən çəkilən xərclərdən asılıdır. İnnovasiyaların öyrənilməsi kommersiya baxımından: Tələbatı ödəmək məhsulun rentabellik tələblər və satış həcmi, satış kanalı və metodları məzənnəsi;Bazarda firmanın şöhrəti; Müştərilər və istehlakçılar arasında əlaqələrin sabitliyi; Şirkətin istehsal gücü; Maliyyə imkanları: Kütləvi istehsalı və satışı investisiyaların ümumi məbləği; Dövlət standartlarına uyğunluğunun təmin edilməsi; Yeniliklər müəlliflik şəhadətnamələrinin və patentlərin qorunması təmin edir. Vaxt itirmədən kütləvi istehsalına nail olmaq üçün hasilat başlanandan, ötən beş ili əhatə edən üçillik dövr də baş verən proses məhsulun özünü doğrultmasını öyrənmək üçün kifayətdir. Buna əsasən işlənib inkişaf etmiş yeni məhsulların səmərəliliyinin qiymətləndirilməsinin müxtəlif

metodları var: a) Ekspert rəyləri; b) Gözlənilən gəlirin qaydalarını müəyyən

edilməsi; c) Ehtimalı yanaşmaşlar; d) Bir neçə amillərin qiymət dinamikası nəzərə alınmaqla, mənfəət gözlənilir və ya qiymətlər miqyasını istifadə edilməsi; e) çoxölçülü qiymət meyarı:

İnnovasiya yeni məhsullar bu kampaniyada istehsal varlığı gücünü və texnaloji istifadə səmərəliliyini artırmaq üçün onlara imkan verir.

Məsələn, yeni tütün məhsulların və malların satışının həyata keçirilməsi siqaret çəkməklə bağlı əlavə xərclər tələb etmir. Toplaşan dəqiq məlumat yeni məhsulların uğurlu nəticəsidir.

Sənayenin cəlbediciliyinə təsir edən onun rəqibləri və bacarığıdır. Yeni rəqabət qabiliyyətli məhsullar və qabilliyyətinə firmanın təsiri birbaşa onun məhsul haqda siyasətindən asılıdır.

Firma iştirak dərəcəsi müxtəlif şöbələrində yeni məhsulun inkişaf tədbirlər dən,müəssisədə istehsal həcmi və onun məhsullarının xarakteri ilə müəyyən edilir. İstehlak mallarının yeni siyasəti ticarət firması üçün marketinq üzrə mütəxəssis müəyyənləşdirilməsində əsas rol şirkətlərdən asılıdır. İstehsalat şirkətləri, mal və texniki siyasətin istehsalı üzrə ixtisaslaşmış sindikatlar,texnoparklar firmalar üçün innovativ çixış yoludur.

Cəmiyyət inkişaf etdikcə elm özünün spesifik qanunauyğunluqları və artım meylləri, iş metodları, texnologiya və texnikası, əməyin təşkilinin prinsipləri və sistemi, xüsusi hazırlanmış kadrları ilə insan fəaliyyətinin müstəqil sferasına çevrilmişdir. Bu, son hədd artımını bilməyən digər sferaların əksəriyyətindən fərqli olaraq, daimi inkişaf etməkdə olan sferadır. Bununla yanaşı, elm sferası üçün ayrılan əmək, maliyyə və material resursları müəyyən məhdudiyyətə malikdir. Məhz resursların məhdudluğu məhdud resursların müəyyən prioritet istqamətlərə, elmi-texniki fəaliyyət növlərinə məqsədli cəlb edilməsi üzrə strategiya və taktikanı işləyib hazırlamağa məcbur edir.

Elmi(elmi-tədqiqat) fəaliyyət- elmi biliklərin alınmasına və tətbiqinə yönəldilmiş fəaliyyətdir. Fundamental elmi tədqiqat- insanın, cəmiyyətin onu əhatə edən təbii mühitin formalaşması, fəaliyyəti və inkişafının əsas qanunauyğunluqları haqqında yeni biliklərin alınmasına yönəldilmiş təcrübi və ya nəzəri fəaliyyətdir. Tətbiqi elmi-tədqiqat- təcrübi məqsədlərə nail olunması və konkret vəzifələrin həlli üçün üstün olaraq yeni biliklərin tətbiqinə yönəldilmiş tədqiqatıdır. Elmi-texnikifəaliyyət(ETF)- texnoloji, mühəndis, iqtisadi, sosial, humanitar və digər problemlərin həlli, elmin, texnika və istehsalın vahid sistem kimi fəaliyyətinin təmin olunması üçün yeni biliklərin alınmasına, tətbiqinə yönəldilmiş fəaliyyətdir.

Təcrübi işləmələr elmi tədqiqatların aparılması nəticəsində və ya əməli təcrübə əsasında əldə edilmiş biliklərə əsaslanan, insanın həyat və sağlamlığının qorunmasına, yeni materialların, məhsulların, proseslərin, qurğuların, xidmətlərin, sistem və ya metodların yaradılmasına və gələcəkdə onların təkmilləşdirilməsinə yönəldilən fəaliyyətdir.

ETF müxtəlif növlərə bölünür. Onlar arasında sərhədlər şərtidir və onları çətin ayırmaq olur. Bundan başqa, ETF-də məşğul olanlar çox tez-tez yalnız onun bir növü ilə məhdudlanıb qalmışlar. Belə ki, alim, ixtiraçı “elm-istehsalistehlak” tsiklinik hamısında iştirak edə bilərlər. ETF yalnız nəticəsi elmi tədqiqat və təcrübi-konstruktor işləmələr(ETTKİ) sayılan fəaliyyət sferasını deyil, həm də layihə, konstruktor təşkilatlarının, istehsal aparatının, təsərrüfat və sənaye sahələrinin bu nəticələri reallaşdırmaq qabiliyyətini, o cümlədən bunun üçün biliklərə malik olacaq kadrların hazırlanması qabiliyyətini özündə birləşdirir. ETF kateqoriyasını müəyyən edilməsinə bu cür yanaşma elmi-texniki tərəqqinin idarə olunması üçün metodoloji cəhətdən çox vacibdir.

Ona görə ki, bu yanaşmaya yeni yexnika və texnologiyaların yaradılmasının, istehsalı və tətbiqinin bütün mərhələ və formalarında qarşılıqlı əlaqədə olmalıdırlar.

O, “elmi-istehsalistehlak” tsikli haqqında təsəvvürü praktiki olaraq üzvi vəhdətdə istifadə etməyə imkan verir. Belə yanaşma həm də ona görə məhsuldardır ki, o, insan fəaliyyətinin bu sferasının təşkili formalarını müxtəlif tipli və səviyyəli elmi-texniki komplekslərin formalaşdırılması zəruriliyinin əsaslandırılmasına qədər izah edir və şərtləndirir.

Elm dərketmə, təhsil, mədəniyyət, sosial, hərbi və s. bu kimi funksiyaları yerinə yetirir. Lakin əmtəə-pul münasibətləri inkişaf etdikcə, iqtisadi funksiya aparıcı funksiyalardan birinə çevrilir. O, bütün digər fəaliyyət sferalarında konkret əməyə qənaət olunmasının və onun məhsullarının yüksəldilməsinin başlıca amilinə çevrilir. Qeyd etmək lazımdır ki, istehsalda və digər sferalarda əməyə qənaət olunması elmin öz sferasında əmək məsrəflərindən asılıdır. Bu asılılıq elm sferasında ictimai-zəruri xərclərin formalaşmasına obyektiv tələbatı şərtləndirir. Əməyə qənaət qanunauyğunluğu nə qədər güclü fəaliyyət göstərirsə, onda ictimai əməyin, resursların daha böyük hissəsi elmin inkişafına yönəldilməlidir.

Bu isə o deməkdir ki, elmi biliklərin dəyəri getdikcə artır. Məhsul istehsalının elmtutumluluğunun artması, elmtutumlu təsərrüfat sahələrinin yaranması və inkişafı meyllərinin nəzəri əsası məhz bundan ibarətdir. Həmin nəzəri əsas müxtəlif idarəetmə səviyyələrində elmi-texniki və innovasiya siyasətinin işlənib hazırlanması zamanı mütləq nəzərə alınmalıdır.

Elmin bilavasitə məhsulu- özündə yeni bilikləri əks etdirən və onun mütəxəssislər tərəfindən eyni başa düşülməsini və mənimsənilməsini təmin edən anlayışlar, nəzəri konstruksiyalar, modellər və digər informasiyalardır. Bu məhsul əmtəəyə çevrilir və yenilik kimi çıxış edir.

Elmin məhsulu və ya intellektual məhsul iki yolla: bazar və qeyri-bazar reallaşdırılması yolu ilə istifadə oluna bilər. Əgər intellektual fəaliyyət məhsulu bazarda reallaşdırılırsa, onda o, yenilik kateqoriyasından yeni tətbiq olunan(innovasiya) kateqoriyasına keçir.


Göstəricilər


2011

2012

2013

2014


Dövlət büdcəsindən elmə çəkilən xərclər milyon manat

106.1

116.7

117.0

124.2

ümumi daxili məhsula nisbətən, faizlə


0.2

0.2

0.2

0.2

dövlət büdcəsinin xərclərinə nisbətən, faizlə


0.7

0.7

0.6

0.7

Tədqiqat və işləmələrə çəkilən daxili xərclər:

milyon manat



109.8

117.3

122

123.8

ümumi daxili məhsula nisbətən, faizlə


0.2

0.2

0.2

0.2

Tədqiqat və işləmələrdə istifadə olunan əsas vəsaitlər, milyon manat


95.2

88

107.2

122.2

Cədvəl.No 5

Elmi bazar münasibətləri sisteminə daxil etmək üçün hazırda aralıq nəticə-müqavilənin tələblərinə uyğun olaraq başa çatdırılmış, sifarişçi tərəfindən müqavilə qiymətləri üzrə reallaşdırılan elmi-tədqiqat və təcrübi konstruktor işlərinin nəticəsi kimi qəbul edilmiş elmi-texniki məhsul nəzərə 7 alınır. “Yeni tətbiq olunan”(“innovasiya”) termini təxminən son 15-20 il bundan əvvəl elmi ədəbiyyatda və praktiki fəaliyyət sahəsində geniş tətbiq olunmağa başlanmışdır. Yenilik- fundamental, tətbiqi tədqiqatların və işləmələrin hər hansı bir fəaliyyət sferasına onun effektivliyinin yüksəldilməsi üzrə tərtib olunmuş nəticəsidir.

Yenilik- elmi və texnikanın nailiyyətlərinin tətbiqi və bazar istifadəsi üzrə fəaliyyətin yalnız aralıq yekunudur. Yenilik intellektual məhsulun növlərindən biri şəklində, məsələn, kəşf, anlayış, elmi yanaşma, eyni prinsip, standart, tövsiyə, metodika, yeni və ya təkmilləşdirilmiş məhsula sənədləşmə, patent, səmərələşdirici təklif, ixtira, “nou-hau”, marketinq tədqiqatlarının nəticələri və s. formada təsbit edilə və rəsmiləşdirilə bilər. Yenilik termininin sinonimi “yenicə” anlayışı sayılır ki, bu da əvvəllər mövcud olmayan hər hansı yeniliyi özündə əks etdirir. “Yenilik” və “yenicə” anlayışları ilə “tədqiqat”, “ixtira” və “kəşf” anlayışları sıx əlaqədardır.

Təbiət və ya bəşər mühiti haqqında əvvəllər məlum olmayan məlumatların alınması və yaxud əvvəllər məlum olmayan hadisəsinin müşahidə olunması tədqiqat sayılır. İxtira dedikdə, yeni qurğuda, mexanizmdə, aləmdə, texnologiyada, metodda və insan tərəfindən yaradılan digərlərində reallaşdırılmış tədqiqatın nəticəsi sayılır. Ola bilsin ki, kəşf yardımçı tədqiqatın yekunu olsun. Kəşf, eləcə də ixtira, bir qayda olaraq, fundamental səviyyədə və bəzən ixtiraçı tərəfindən təklikdə edilə bilər. Onlar təsadüfi olaraq baş verə bilərlər və gəlir əldə etmək məqsədi daşımırlar. Yenilik istehsala, idarəetmə sisteminə tətbiq olunduğundan sonra bazarda istehlak olunan məhsula çevrilir və onun reallaşdırılmasından iqtisadi, sosial və ya digər effekt növləri alınır, daha doğrusu o, yeni kateqoriyaya- yeniliyə və ya innovasiyaya çevrilir. 8 Ədəbiyyatda “innovasiya” termininə dair çoxlu sayda təriflərə rast gəlinir.

Lakin tədqiqatçıların bu iqtisadi kateqoriyaya müstəsna dərəcədə diqqət yetirmələrinə baxmayaraq elmi fikir indiyə qədər “innovasiyanın elə bir universal tərifini işləyib hazırlamışdır ki, həm nəzəriyyənin, həm də praktikanın tələblərinə cavab verə bilsin, eləcə də onları həyata keçirən konkret subyekt- dövlət, region, sahə, müəssisə baxımından uyğunluq olsun”. İnnovasiya dedikdə, heç də yalnız istehsala tətbiq olunan obyekt deyil, həm də onun uğurla tətbiq olunması, və mənfəət gətirməsi nəzərdə tutulur.

Aparılmış elmi-tədqiqatın və ya edilmiş kəşfin nəticələrinə görə o, keyfiyyətcə özündən əvvəlki oxşarından fərqlənir. İnnovasiyanın reallaşması prosesində baş verən elmi-texniki, texnoloji və təşkilati dəyişikliklərin məcmusunu innovasiya prosesi, yeniliklərin yaradılması, yayılması və istifadəsi dövrünü isə innovasiya tsikli adlandırmaq olar.Tədqiqat obyektindən və predmetindən asılı olaraq iqtisadi ədəbiyyatda innovasiyanı proses sistem dəyişiklik və nəticə kimi nəzərdən keçirirlər.

Yeni iqtisadi kateqoriya kimi “innovasiya” terminini elmi dövriyyəyə XX əsrin ilk onilliklərində avstriya, sonradan amerika alimi Jozef Şumpeter daxil etmişdir. J. Şumpeter özünün “İqtisadi inkişaf nəzəriyyəsi”(1911) işində ilk dəfə olaraq inkişafında dəyişikliklərin yeni kombinasiyaları məsələlərinə(daha doğrusu, innovasiya məsələlərinə) baxmış və innovasiya prosesinin tam təsvirini vermişdir. J. Şumpeter inkişafda dəyişikliyi ayırmışdır:

1) yeni texnikanın, texnoloji proseslərin istifadəsi və ya istehsalın yeni bazar təminatı;

2) yeni xassələrə malik məhsulların tətbiqi;

3) yeni xammalın istifadəsi;

4) istehsal dəyişikliyi və təşkili və onun maddi-texniki təchizatı;

5) yeni satış bazarlarının meydana çıxması.

O sübut etdi ki, iqtisadiyyatda mərkəzi fiqur novator-sahibkar olacaqdır. J. Şumpeterə görə, innovasiya-yeni növ istehlak mallarının, yeni istehsal və nəqliyyat vasitələrinin, bazarların və sənayedə təşkilati formaların tətbiqi və istifadəsi məqsədilə baş verən dəyişiklikdir. J. Şumperter özünün “Texniki inkişaf nəzəriyyəsi” əsərində innovasiyaya texniki dəyişikliyin iqtisadi təsiri kimi baxmışdır. O, istehsal funksiyası çərçivəsində innovasiya sahibkarlığının mahiyyətini tapmağa cəhd etmiş və innovasiya prosesləri nəzəriyyəsinin əsaslarını tədqiq etmişdir.

Yeniliyə texnologiyanın və idarəetmənin dəyişməsi kimi baxan alim innovasiya prosesində sahibkarın rolunu qeyd etmiş və onu ixtira ili yenilik arasında əlaqələndirici adlandırılmışdır. Lakin nədənsə o, innovasiyaya verdiyi tərifdə imkanını, kadrların kəmiyyət və keyfiyyət tərkibində dəyişiklik aparılması mümkünklüyünü nəzərə almamış, effektiv yüksəldilməsi mütləqliyini göstərməmişdir.

T. Brayna görə, innovasiya elə bir prosesdir ki, burada intellektual əmtəə- ixtira, informasiya, nou-hau və ya ideya-iqtisadi məzmun kəsb edir. Lakin göründüyü kimi bu tərifdə də müsbət effektin mütləqliyi, eləcə də ideyanın reallaşdırılmalı olduğu bazarın vacibliyi yaddan çıxarılmışdır.

Xartman Xauştaynın 1979-cu ildə Berlində nəşr olunan “Leiting industrieller Forchung und Entwicklund” kitabında qeyd olunur ki, innovasiya-ideyanın, təklifin, elmi-tədqiqi qərarın, modelin praktikada tətbiqi, həyata keçirilməsi və istifadəsidir.Lakin bu tərifdə də ideyanın bazara qədər hərəkəti nəzərə alınmır, istehsalın təşkili strukturunda, kadrların tərkibində dəyişiklik imkanına, qəbul olunmuş ideyanın mütləq səmərəliliyinə baxılmır.

Məşhur eston iqtisadçısı V.H. Lapinə görə, innovasiya-insanların məlum tələbatını daha yaxşı ödəmək üçün yeni təcrübi vasitələrin yaradılmasına, yayılmasına və istifadəsinə yönəldilmiş kompleks prosesdir(118, s.23). Göründüyü kimi, burada innovasiya konkret obyekt kimi nəzərdən keçirilmir, təşkilati-idarəetmə, sosial və digər innovasiyalar nəzərə alınmır.

Prof. F. Valentanın təbirincə, innovasiya istehsal mexanizminin ilkin strukturundakı dəyişiklikdən başqa bir şey deyil(53, s.37), daha doğrusu, onun daxili strukturundan yeni vəziyyətə keçiddir. Yeni vəziyyəti alim burada məhsullara, texnologiyalara, istehsal vasitələrinə, işçi qüvvəsinin peşəkar və ixtisaslı strukturuna, təşkilatlarına aid edir. Başqa sözlə desək, F.Valenta innovasiya anlayışına həm müsbət, həm də mənfi sosial-iqtisadi nəticələrə malik dəyişiklikləri daxil edir.

Lakin burada da yeni növ xammaldan, yeni satış bazarlarından istifadə imkanı inkar olunur, innovasiya mənasını pozan mənfi nəticələrin ehtimalı qeyd edilir.

Innovasiya anlayışı haqqında yuxarıda qeyd olunanları təhlil edib ümumiləşdirdikdən sonra aşağıdakı nəticələri çıxarmaq olar:

1.Obyektlərin, sistem, müəssisə və cəmiyyətin bütövlükdə bir vəziyyətdən digərinə, daha təkmilinə və əvvəlcədən yenilik nəzərdə tutan vəziyyətə keçid üzrə konkret situasiyaların sonsuz sayı çoxlu miqdarda şərhlərin və təriflərin yaranmasına imkan verir.

2.Daha təkmil vəziyyətə keçid yeniliklərin-yeni vasitələrin, qaydaların, məhsulların, metodların, texnologiyaların tətbiqini və reallaşdırılmasını nəzərdə tutur ki, bunları da fikirləşmək, işləyib hazırlamaq və ixtira etmək lazımdır.

3.İnnovasiya yeni biliklərin reallaşdırılmış məcmusu kimi müvafiq sahələrdə praktiki tətbiqə malik olmalı və effekt verməlidir.

Çünki, birincisi, İdeyaların generasiyası hadisə, onların qiymətləndirilməsi və seçilməsi ən yaxşı ideyalardan ayrılmalıdır. İkincisi, melumatnin və ya həddən artıq çoxlu təcrübə və ixtisas ekspert yaradıcılığına mane olur. Müxtəlif qruplarının yaradılması ideyasının xarakterlerin və müxtəlif yanaşmaların olmasını təmin edir.

Məhsuldar və hadisəli olmaqla texnoloji innovasiya hər iki istiqamətdə sənayedə əhəmiyyətini nümayiş etdirə bilər.Sahə elminin vəziyyəti indiki elmi-tədqiqat, layihə-konstruktor işlərinə və innovasiya fəaliyyətlərinə olan tələblərə cavab vermir.

Üçüncüsü, insanlar bu qruplarda iştirak etməlidir, öz fikirlərini

qəbul etdirmək üçün üstünlüyü əldə etməlidirlər. Dördüncüsü, kicik qrup çox iri problemlər var, qruplarda isə koordinasiya rəhbəri asılı olaraq yaranır. İnnovasiya qrup optimal ölçüsü təxminən on iki nəfər. Beşincisi, qrupun fəaliyyətinin nəticəsi olan iş şəraitindən asılıdır. Burada da sakitlik və rahatlıq, kənar müşahidəçilərin olmaması, xeyirxahlıq şərait tələb olunur.



Download 289.95 Kb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Download 289.95 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda

Download 289.95 Kb.