|
Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti master of business administration (mba)
|
bet | 3/3 | Sana | 15.05.2024 | Hajmi | 70,81 Kb. | | #233950 |
Bog'liq Audit3. Auditorların etika kodeksi
Auditorların etika kodeksi 12 əsas qaydadan ibarətdir:
1.Peşəkаrlıq, bilik və kompetentlik.
Auditor borcludur:
peşəkar bacarıq, kompetent və səylə öz vəzifələrini düzgün və vicdanla yerinə yetirməyə;
öz peşəsinin imici üçün çalışaraq cəmiyyətin və sifarişçinin auditor peşəsinə olan layiqli inamını qorumaüa;
mühasibat uçotu, təsərrüfat və vergi qanunvericiliyinin, digər qanunverici аktların, auditin norma və standartları üzrə normativ sənədlərin öyrənilməsi yоlu ilə özünün peşə hazırlıüını daim artırmaüa;
özünün peşə hazırlıüını daim lazımi səviyyədə saxlamaqla müasir metodikalаra, qanunverici və digər normativ aktlara əsaslanan yüksək səviyyədə аuditоr xidmətinin göstərilməsinə dair sifarişçiyə zəmanət verməyə.
2. Peşəkar müstəqillik.
Auditor peşəkar xidmət göstərərkən auditin aparılması zamanı öz fikirlərində müstəqil olmalı, öz peşə vəzifələrini obyektiv və qərəzsiz yerinə yetirməlidir. Auditorun müstəqilliyi onun dövlət idarəetmə orqanının, heç bir dövlət orqanının əməkdaşı olmaması, auditi sifariş edənin və istənilən üçüncü tərəfin auditorun peşə fəaliyyətinə müdaxilə etmək hüququnun olmaması ilə şərtlənir. Maliyyə məsələləri üzrə auditorun fikri yerinə yetirilən işə görə ödənilən məbləüdən asılı olmamalıdır. Məsləhət xarakterli kömək göstərərkən auditor 35 sifarişçinin maraqlarını müdafiə etməyə çalışmalı, onun təsərrüfat və ya kommersiya fəaliyyətini asanlaşdıran qanuni yolları axtarmalı və təklif etməlidir, iradlar sifarişçiyə arzu, məsləhət, təklif və s. formada çatdırılmalıdır. Bütün bunlar qanun çərçivəsində olmalıdır. Auditorun sifarişçi ilə heç bir maliyyə əlaqələri olmamamlıdır. Eyni bir auditorun uzun dövr üçün (5-7 ildən yuxarı) müəssisədə yoxlama aparması məqsədəuyüun deyildir.
3. Vicdanlılıq, düzgünlük və obyektivlik.
Auditor öz peşəkar işində vicdanlı olmalı, özünə qarşı şübhə yaratmamalı, оbyektivliyi təhrif etmək məqsədi ilə digərinə təsir göstərməməlidir. Yoxlanılan obyektə münasibətdə qərəzsiz olmalı, təsərrüfat subyektinin maraqları ilə baülı konfliktdə iştirak etməməli və bilərəkdən qeyri dəqiq faktları təqdim etməməlidir. Auditor həqiqəti əsas tutmalı və mənfi hallrın onun fikrinin obyektivliyinə təsir göstərməsinə yol verməməlidir.
4. Konfidensiallıq.
Auditor borcludur:
оna təqdim edilən və auditor yoxlamaları gedişində aşkar edilmiş məlumatların və yoxlamanın nəticələri və sifarişçinin maliyyə vəziyyəti ilə baülı məlumatların konfidensiallıüı haqda sifarişçiyə zəmanət verməyə;
аuditor yoxlamaları nəticəsində əldə edilmiş informasiyaları öz məqsədinə və ya üçüncü tərəfin maraqları üçün istifadə etmə-məyə;
yoxlanılan təsərrüfat subyektində əldə olunmuş, eləcə də yoxlama zamanı tərtib edilmiş sənədlərin qorunub saxlanmasını təmin etməyə. Konfidensiallıq aşaüıdakı hallar istisna olmaqla auditor xidməti zamanı əldə edilmiş informasiyaların auditor tərəfindən yayılmamasını nəzərdə tutur.
məsələnin aid olduüu tərəflərin maraüının nəzərə alınması ilə sifarişçi razılıq verdikdə;
qanunvericilik aktlarında nəzərdə tutulduqda və ya məhkəmə orqanlarının qərarı olduqda;
sifarişçinin rəhbərliyi tərəfindən aparılan rəsmi tədqiqat gedişatında və ya hər hansı aydınlaşdırma zamanı auditorun peşə maraqlarının müdafiəsi üçün.
5. Uyğun olmayan hərəkətlər
Auditor xidməti sahəsində qadaüalar "Auditor fəaliyyəti haqqında" AR Qanununun 18-ci maddəsində verilmişdir. Belə ki, yoxlanılan müəssisədə şəxsi əmlak mənafeyi, yoxlanılan müəssisənin rəhbərliyindən hər hansı şəxslə birbaşa qohumluq əlaqəsi, müəssisənin təsisçisi, mülkiyyətçisi və ya səhmdarı olduqda auditora həmin müəssisədə audit yoxlaması aparmaq qadaüandır.
Eyni zamanda auditora onun peşəsinə ləkə gətirən aşaüıdakı hərəkətlər qadağandır:
göstərilən xidmətinə görə haqq ödənilmədikdə belə sənədlərin sifarişçiyə qaytarılmasından imtina edilməsi;
mühasibat (maliyyə) hesabatlarına yanlış və ya qeyri-dəqiq yazılışların edilməsi;
qəbul edilmiş auditor norma və standartlarının gözlənilməməsi;
sifarişçinin auditin səmərəliliyinin və keyfiyyətinin aşaüı düşməsinə səbəb ola biləcək aldatma, sapdırma və yalan fikirlərə və hərəkətlərə sövq edilməsi;
arayışda göstərilən məsələlərin müfəssəl yoxlanılmadıüı halda rəyin verilməsi, eləcə də işin həqiqi vəziyyətinə uyüun olmayan auditor rəyinin verilməsi.
6. Sifarişçiyə qayğı və diqqət.
Auditor sifarişçiyə xoş münasibət, qayüı və diqqət göstərməlidir. Audi-torun davranışı və xarici siması sifarişçidə auditor peşəsinə hörmət formalaş-dırmalıdır. Auditorun faktı və diplomatikliyi mühüm olsa da, əsas məsələlər üzrə auditorun mövqeyinə sifarişçidə tam aydınlıq yaranmalıdır. Yoxlama prosesində auditor üzünün üstünlüyünü nümayiş etdirməməli, təhsil səviyyəsində özü və sifarişçi arasında fərqi göstərməməli, özünü diqqətsiz və kobud aparmamalıdır.
7. Vergi münasibətləri. Auditor bütün aspektlərdə vergitutma haqqında qanunvericiliyə tabe olmalıdır: nə özlərinin, nə də sifarişçinin vergitutma bazasını bilərəkdən azaltmamalıdır, başqa sözlə, auditor nə üzünün, nə də digər şəxslərin maraüına görə vergi qanunvericiliyini pozmamalıdır. Vergitutma üzrə peşəkar xidmət göstərərkən auditor sifarişçinin maraqlarını qorumalıdır. Lakin bu zaman o, vergi 37 qanunvericiliyini əsas götürməlidir. Auditin aparılması gedişində vergi qanunvericiliyinin pozulması faktları, vergilərin hesablanması və ödənilməsində səhvlərin olması aşkar edildikdə auditor mütləq yazılı formada müəssisənin rəhbərliyini həmin səhvlərin gözlənilən nəticələri ilə baülı xəbərdar etməli, həmin pozuntu və səhvlərin aradan qaldırılması yolları haqda bildirməlidir.
8. Auditorlar arasında münasibət. Auditor öz peşə həmkarları və iş yoldaşları ilə xoş, işgüzar münasibətlər qurmalı, əsassız olaraq digər auditorların, auditor təşkilatlarının fəaliyyətini tənqid etməməlidir. Auditor kolleqalar və əməkdaşlarla əlaqədə xüsusi korrektliyi və taktikiliyi gözləməlidir. O, sifarişçinin maliyyə vəziyyəti haqqında auditor rəyinin verilməsinə görə öz məsuliyyətini kiminsə üzərinə qoymamalıdır. Əgər auditor sifarişçiyə lazım olan xidməti müəyyən səbəbdən icra edə bilmirsə, onda o, sifarişçinin razılıüı ilə digər auditoru dəvət edə bilər. Dəvət olunan auditor sifarişçinin nümayəndələri ilə digər auditorların işgüzar və peşə keyfiyyətləri ilə baülı müzakirəyə yol verməməli, həmkarlarına qarşı maksimum loyallıq göstərməlidir. Digər auditor təşkilatına keçmiş auditorların öz keçmiş əməkdaşlarına qarşı münasibətdə də bu prinsiplər gözlənilməlidir. Auditor təşkilatı ilə əmək münasibətlərinə xitam vermiş auditor könüllü olaraq özündə olan sənədləri və digər informаsiyаları tam həcmdə təhvil verməlidir onların surətini, qaralama yazıları, auditor yoxlamaları ilə əlaqədar işçi sənədlərini özündə saxlamama-lıdır.
9. Reklam.
Auditor xidmətlərinin reklamı auditor təşkilatları və auditorlar haqqında düzgün və dürüst informasiyanı əks etdirməlidir. Auditor kütləvi informasiya vasitələrində reklam verməklə üstünlük əldə etmək üçün tədbirlər görə bilər. Auditor ümumi məlumat üçün nəticələrinin nəşr olunması nəzərdə tutulan müxtəlif müqayisəli tədqiqatlarda və reytinqlərdə iştirak etməkdən imtina etməlidir.
10. Auditor xidmətlərinin ödənilməsi. Auditor xidmətinə görə ödəniş işin həcmi və yerinə yetirilmə vaxtından asılı оlaraq həyata keçirilir. Auditorlar və sifarişçilər arasında münasibətlər müqavilə əsasında qurulur və həmin müqavilədə xidmətlərin göstərilməsinə görə ödəniləcək məbləü və tərəflərin məsuliyyəti əks etdirilir. Əgər işin dəyəri müəyyən nəticənin əldə olunmasından asılı olaraq təyin edilərsə, onda auditor auditin aparılması üçün müqavilə baülamamalıdır. Yoxlanılan obyektin fəaliyyətinin nəticələrinə maddi maraq yarandıüı hallarda auditor auditin aparılmasından imtina etməlidir. Auditorun əməyinin haqqı auditor xidmətinin göstərilməsinə sərf olunan vaxt və işin həcmi nəzərə alınmaqla sifarişçi üçün yerinə yetirilmiş professional xarakterli xidmətin dəyərini əks etdirməlidir.
11. Mübahisələrin həll edilməsi. Müəyyən situasiyalar auditorla sifarişçi arasında, auditorla auditor təşkilatının rəhbəri arasında, auditorlar arasında mübahisələrin yaranmasına səbəb оla bilər. Auditorla (auditor təşkilatı ilə) sifarişçi arasında meydana çıxan əmlak xarakterli bütün mübahisələr Auditorlar Palatasında həll edilə bilmədikdə məhkəmə tərəfindən həll olunur.
12. Qüvvədə olan etika Kodeksinin beynəlxalq normalara uyğunluüu. Qüvvədə olan auditorun etikası Kodeksi ilə müəyyən olunan peşəkar davranış normaları Beynəlxalq Mühasiblər Federasiyası (BMF) tərəfindən hazırlanmış beynəlxalq etik normalara əsaslanmışdır.
Nəticə
Auditor xidmətlərinin göstərilməsi üçün auditor lazımi səviyyədə səriştəyə, kompetentliyə, biliyə və vərdişlərə malik olmalıdır. Peşəkar kompetentlik iki mərhələyə bölünür: peşəkar kompetentliyi əldə etmək və peşəkar kompetentliyi lazımi səviyyədə saxlamaq. Peşəkar kompe-tentliyin əldə olunması ali iqtisad və ya hüquqşünas təhsilinin, ixtisas üzrə 5 ildən az olmayaraq təcrübənin və auditor fəaliyyəti göstərmək hüququ verən lisenziyanın olmasını nəzərdə tutur. Auditorların peşəkarlığının peşəsinin saxlanması audit üzrə təsdiq və qəbul edilmiş qanunverici, normativ və təlimat materiallarının, norma və standartların müntəzəm öyrənilməsi, eləcə də maliyyə, iqtisadi fəaliyyətin müxtəlif məsələləri üzrə seminarlarda iştirak etməklə biliyin təkmilləşdirilməsini və artırılmasını nəzərdə tutur. Auditor təmiz imicə, yüksək iqtisadi və hüquqi hazırlığa malik olmalıdır.
Audit fəaliyyəti qanunverici və normativ hüquqi aktlar, sahədaxili əsasnamə, təlimat, metodik vəsait və digər normativ sənədlərlə tənzimlənir. Bu fəaliyyəti həyata keçirmək üçün audit öz işini planlaşdırmalı, müfəssəl proqram tərtib etməli, nizamlamalı, konkret fəaliyyət mexanizminə və metodologıyaya malik olmalıdır. Bаş vermiş təsərrüfat əməliyyаtlаrının və prоseslərin tənzimlənməsi, münasibətlərin qurulması və onun vahid standarta salınması üçün mütləq müvafiq qaydalar (standartlar) işlənib hazırlanmalı və tətbiq olunmalıdr. Audit standartları dedikdə, audit fəaliyyətinin həyata keçirilməsinə dair müvafiq qaydalar başa düşülür və müstəqil auditorlar və auditor firmaları öz fəaliyyətini bu qaydalara – standartlara uyğun qurmalıdırlar. Beynəlxalq auditor standartları auditin şəraiti və məqsədindən asılı olmayaraq, auditor yoxlamalarının aparılması zamanı bütün auditorların əsaslanmalı olduqları əsas meyarların, prinsiplərin və prosedurların təsvirini nəzərdə tutur. Beynəlxalq auditor standartları tövsiyə xarakteri daşıyır, onlar peşəkar norma və qaydaları müəyyən edir. Auditin məqsədinə daha səmərəli nail olmaq zərurəti yarandıqda auditor həmin normalardan imtina etmək imkanına malikdir.
Ədəbiyyat siyahısı
1. Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanunu. Bakı, 2004;
2. Azərbaycan Respublikasının “Auditor xidməti haqqında” Qanunu. Bakı 1994;
3. Azərbaycan Respublikasının “Daxili audit haqqında” Qanunu. Bakı, 2007
4. Azərbaycan Respublikasının Milli Məclisi. Bakı, Hüquq ədəbiyyatı, 2000;
5. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı, 2004;
6. Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə. Bakı, 1995;
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti master of business administration (mba)
|