• 2.Peşəkarlıq və kompetentlik
  • Peşə inamına xələl gətirə biləcək hərəkətlər




    Download 70,81 Kb.
    bet2/3
    Sana15.05.2024
    Hajmi70,81 Kb.
    #233950
    1   2   3
    Bog'liq
    Audit

    Peşə inamına xələl gətirə biləcək hərəkətlər

    Maliyyə hesabatları haqqında auditor öz rəyini verərkən müstəqillik böyük əhəmiyyət kəsb edir. Ona görə də auditor müştəri ilə müəyyən maliyyə münasibətlərinə malikdirsə və o, müştərinin şirkətinin idarə olunmasında faktiki iştirak edirsə və ya həmin şirkətin nəzarəti altında işləyirsə, maliyyə hesabatını qiymətləndirə bilməz. Başqa sözlə, kənardan auditorun fikrinə təsir edilməməli, onun fikri müstəqil olmalıdır. Bununla yanaşı, o, idarəetmə və vergitutma sahəsində müəssisəyə məsləhət xarakterli xidmətlər göstərə bilər. Auditorun müstəqilliyi onunla şərtlənir ki, o, hər hansı bir dövlət idarəetmə orqanında ştatda olan işçi deyil, təftiş-nəzarət orqanlarına tabe deyil və onların göstərişi və nəzarəti altında işləmir. Nəticələrin obyektivliyi müəssisədə işlərin müfəssəl, onun istehsal-maliyyə fəaliyyətinin nəticələrinin öyrənilməsinə, iqtisadi təhlili və yoxlamanın nəticələri üzrə auditor rəyinin tərtib edilməsi prosesində zaman həqiqi məlumatlardan və zəruri analitik metodlardan istifadəyə əsaslanır. Beləliklə, müştərinin maraqlarına diqqət cəmiyyət qarşısında auditorun müstəqillik, vicdanlılıq və obyektivlikdə təcəssüm olunan cəmiyyət qarşısında auditorun borcunun yerinə yetirilməsinə mane olmamalıdır. Belə ikiqat məsuliyyət həm müştəri, həm də cəmiyyət qarşısında yüksək səviyyədə etik dərketmə və davranış tələb edir. Auditor müştəriyə qarşı mehriban və diqqətli olmalıdır. əlbəttə, takt və diplоmatçılıq çox vacibdir, əsas məsələlər üzrə auditorun mövqeyi müştəriyə tam aydın olmalıdır, heç bir peşəkar mütəxəssis özünün fikrini və nəticələrini mehribаnçılıq hisslərinə tabe etməz və mehribançılıüa görə özünün obyektiv fikrini dəyişməz.


    2.Peşəkarlıq və kompetentlik
    Auditor xidmətlərinin göstərilməsi üçün auditor lazımi səviyyədə səriştəyə, kompetentliyə, biliyə və vərdişlərə malik olmalıdır. Peşəkar kompetentlik iki mərhələyə bölünür: peşəkar kompetentliyi əldə etmək və peşəkar kompetentliyi lazımi səviyyədə saxlamaq. Peşəkar kompe-tentliyin əldə olunması ali iqtisad və ya hüquqşünas təhsilinin, ixtisas üzrə 5 ildən az olmayaraq təcrübənin və auditor fəaliyyəti göstərmək hüququ verən lisenziyanın olmasını nəzərdə tutur. Auditorların peşəkarlığının peşəsinin saxlanması audit üzrə təsdiq və qəbul edilmiş qanunverici, normativ və təlimat materiallarının, norma və standartların müntəzəm öyrənilməsi, eləcə də maliyyə, iqtisadi fəaliyyətin müxtəlif məsələləri üzrə seminarlarda iştirak etməklə biliyin təkmilləşdirilməsini və artırılmasını nəzərdə tutur. Auditor təmiz imicə, yüksək iqtisadi və hüquqi hazırlığa malik olmalıdır. O, özünün peşəsinə olan inama xələl gətirə biləcək bütün hərəkətlərdən çəkinməli, belə hərəkətə yol verməməlidir.
    Belə hərəkətlərə aiddir:
    müştərinin tələbi ilə mühasibat sənədlərini və uçot yazılarını qaytarmamaq (hətta müştəri onun xidmətinin haqqını ödəməmişdirsə);
    peşəkar fəaliyyətdə irqi, dini etiqad, cins və milliyyətinə görə fərqin qоyulmаsı;
    auditor yoxlamalarının aparılması zamanı müştərinin haqlı olaraq yerinə yetirilməsini gözlədiyi auditor standartları və normalarına əməl olunmaması;
    mühasibat hesablarına və maliyyə hesabatlarına qeyri real və qeyri dəqiq yazılışların aparılması (və ya həmin hərəkətləri etməyə razılığın verilməsi). Konfidensiallıq (məхfilik).
    Auditor müştərisinin istehsal və kommersiya sirlərini gözləməli və qorumalıdır, müştəriyə zərər gətirməmək məqsədi ilə onları yaymamalıdır. Auditor müəssisə rəhbərliyinin icazəsi olmadan onun təsərrüfat fəaliyyəti haqqında heç bir fiziki və ya hüquqi şəxsə informasiya verməməlidir. Öz müştərilərinin sirlərinin açıqladıüıına görə auditor qanunla məsuliyyət daşıyır, eləcə də peşə etikаsı normalara görə həmkarları qarşısında mənəvi məsuliyyət daşıyır. Lakin bu qayda ilə bağlı müəyyən istisnalar da mövcuddur. Belə ki, yoxlanılan müəssisənin (şirkətin) fəaliyyəti haqqında informasiya səhmdarların ümumi iclasının qərarına əsasən şirkətin rəhbərliyinin xahişi ilə, məhkəmənin qərarına əsasən, eləcə də audit prosesində dövlət sirrinin yayılması faktı müəyyən edilərsə, dövlət təhlükəsizlik orqanlarına xəbər verə bilər. Əldə edilən informasiyaların konfidensiallığı vaxt etibarı ilə və sifarişçi ilə bilavasitə əlaqələrin davam etməsi və ya həmin əlaqələrin bitməsindən asılı olmayaraq, audit tərəfindən sonadək qorunur Audit xidmətinin yüksək peşəkarlıqla həyata keçirilməsi və audit xidməti zamanı qəbul edilmiş öhdəliklərin tam dolğun icrası üçün sərbəst audıtorlar və auditor şirkətləri müvafiq məsuliyyət daşıyırlar. Bu məsuliyyət üç istiqamətdə müəyyənləşdirilə bilər: audıtorun yerinə yetirdiyi iş və xidmətlərdə yol verdiyi cinayət tərkibli əməllərə görə cinayət məsuliyyəti; keyfiyyətsiz audit xidmətinə görə, inzibati xətalara görə, auditor və audit şirkətləri, onun intizam məsuliyyəti; sifаrişçi ilə auditor və audit şirkətləri ilə bağlanmış müqaviləyə əsasən meydana çıxan əmlak xarakterli mübahisələr.
    Audıtorun məsuliyyəti «Auditor xidməti haqqında» Qanunun 14-cü bəndində və «Maliyyə hesabatlarının auditi zamanı fırıldaqçılıüın nəzərə alınması üçün auditorun məsuliyyəti» beynəlxalq audit standartı ilə tənzimlənir. Audit yoxlama-ekspertiza işi aparılan subyektin rəhbərliyinin audit aparan şəxslə şəxsi əmlak mənafeyi və qohumluq əlaqəsınin olması və eyni zamanda bu kimi halların auditor tərəfindən gizlədilməsi ilə yanaşı, audıtorun etik-peşəkarlıq normalarına riayət etməməsi də auditor üçün məsuliyyət yaradan şərt hesab edılir. Auditorun məsuliyyətinə 2 mövqedən yanaşmaq оlаr: bırincisi, audit yoxlamaekspertiza işləri aparan zaman qanunvericilik və normativ hüquqi aktların tələblərinin pozulmasına görə məsuliyyət, ikincisi, audit yoxlama-ekspertiza işləri aparılan zaman lazımi peşəkarlığın göstərilməməsi və audit xidməti haqqında milli standartların tələblərınə əməl edilməməsıdir.
    Keyfiyyətsiz audit aparmaq, auditin nəticələrinin səmərəsiz və qeyri-məhsuldar olması, sərbəst audıtor və audit şirkətlərinın sifаrişçi ilə qeyri-konkret münasibət yaratması və bu münasibətin obyektinin mülk və əşya ilə bağlı olması mülki məsuliyyət xarakterinə aid edilir. Аudit yoxlama-ekspertıza işlərində qeyripeşəkarlıq göstərilməsi və nətıcədə etik normalara əməl etməmək, keyfiyyətsiz audit xidməti göstərilməsi dərəcəsi AR Audıtorlar Palatası tərəfindən müəyyənləşdırılir. Sərbəst auditorlar və audit şirkətlərinın məsuliyyətinin müəyyən edilməsində onların audit xidməti üzrə sifаrişçi ilə bağladıqları müqavilə şərtləri də diqqət mərkəzində olmalıdır. Çünki, müqavilə şərtlərində auditorun keyfiyyətsiz yoxlama-ekspertıza işləri nəticəsində sifаrişçiyə dəyən zərərin ödənilməsinin şərtləşdırilməsi növbəti mərhələdə zərərin ödənilməsi üçün vacib amildir. Auditor keyfiyyətsiz, qeyri peşəkar auditin aparılması səbəbindən müəssisə qаrşısındа öz vəzifələrini lazımınca yerinə yetirmədikdə AR qаnunvericiliyinə əsаsən müəssisəyə dəyən zərərə görə məsuliyyət daşıyır. Auditorlar və auditor təşkilatları qanunvericiliyinə və sifarişçi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq əmlak məsuliyyətinə cəlb edilə bilərlər. Əmək qanunvericiliyinə görə intizam və maddi məsuliyyət nəzərdə tutulur. İntizam məsuliyyəti aşağıdakıları nəzərdə tutur: irad; töhmət; ciddi töhmət; işdən azad etmək. Əmək öhdəliklərinin icrası zamanı auditor təşkilatı tərəfindən dəymiş zərər üzrə məsuliyyət həmin xidməti göstərmiş əməkdaşın - auditorun üzərinə qoyulur (əgər zərər onun günahı üzündən yaranarsa).
    Auditor – əməkdaşın maddi məsuliyyətə cəlb olunması eyni zamanda dörd şərtin olmasını nəzərdə tutur: birbaşa həqiqətən zərərin olması; auditorun hüquqa zidd davranışı; qanunа zidd davranış ilə yaranmış zərər arasında səbəb əlaqələri; özünün hərəkəti və ya hərəkətsizliyi üzündən zərərin yaranmasında auditorun günahı. Tam maddi məsuliyyət zamanı zərər tam ödənilir. Auditorların peşə davranışının etik normaları Azərbaycan Respublikа-sının аuditorların etikası kodeksində əks olunmuşdur. Cəmiyyətin auditora inamı yalnız onun peşəkarlıüından, biliyi və təcrübəsindən deyil, eyni zamanda davranışın etik norma və qaydalarının gözlənilməsindən də asılıdır.



    Download 70,81 Kb.
    1   2   3




    Download 70,81 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Peşə inamına xələl gətirə biləcək hərəkətlər

    Download 70,81 Kb.