Şəkil 5.Birsaplı zəncirvarı gizli tikişin əmələgəlmə prinsipi
Gizli tikiş maşınlarının bir əsas xüsusiyyəti vardır ki, bu da maşında yeni orqanın-sıxıcının işlədilməsidir. Gizli tikiş maşınının mexanizmləri başqa maşınlara oxşardır.
Hal-hazırda ilgəklərin hörülməsində böyük miqdarda yarımavtomat maşınlar istifadə olunur.Məmulatın forması, görünüşü materialın növündən asılı olaraq ilgək müxtəlıf forma və ölçülü olur.
Yataq ağlarında, kişi köynəklərində,şalvarlarda və s.hər iki kənarı bənd edilmiş düz ilgəklər istifadə olunur.Pencəklərin bortlarında, palto və s. məmulatlarda fiqurlu gözlüklü ilgəklər hörmələnir.Bəzi məmulatlarda isə, məsələn, futbolkalarda, sumkalarda və s. dairəvi ilgəklər açılır.
Bir qayda olaraq ilgək hörmələyən yarımavtomat maşınlar xüsusiləşmiş ziqzaq maşınlardır.Bəzi hallarda isə yüngül parçalarda ilgəklərin hazırlanmasında məkikli və ya birsaplı zəncir hörməsi işlədilir.Kostyum və paltoluq parça qruplarından hazırlanan üst geyimlərdə ilgəklərin hörmələnməsi ikisaplı zəncirvarı hörmədən istifadə olunur.
Rəssam-modelyer öz işində bir sıra texniki vəsaitlərdən istifadə edir,istifadə edilən texniki vəsaitlər iki görünüşə bölünürlər.
Birinci görünüşə geyimlərin modelləşdirilməsi,texniki vəsaitlər,hansı ki,əyani formada geyimlərin modelləşdirilməsi layihəni ifadə edir.Eyni zamanda konstruktiv qurma nöqteyi nəzərindən modelin bədii tərtibatı və xüsusiyyəti xarafterizə olunur.
İkinci texniki vəsait modellərin rəsmini ,eskizini və maketləşdirilməsini xarakterizə edir.
Hər iki texniki vəsait görünüşlərinin özlərinə məxsus üstünlükləri vardır.
Rəsm-eskiz vəsaiti rəssam-modelyor və ya rənglə kağız üzərində işlənilir.Rəsmi işləmək-sözlə və yaı ilə hər hansı bir fikri ifadə etməyə bərabər rəssam dilidir.Eyni zamanda geyimlərin modelləşdirilməsində öz sənətini qrafiki cəhətdən rəssam tətbiq edir.Geyimlərin konstruksiya edilməsi isə rəssamın model üzərində işin nə əhəmiyətli hissəsidir.Bu işi rəssam-modelyer və ya yüksək konsruktor-teznoloq yrinə yetirir.
Konstruksiya edilmə yalnız o demək deyil ki,təyin olunmuş insan bədən fiquru üçün onun cizgisini və ya ülgüsünü hazrlasın,eyni zamanda məmulatın hazırlanma üsullarını öyrənsin.Ona görə də hazır geyim məmulatının keyfiyyəti onun modasısı düzgün işlənməsindən və konstruksiyasından asılıdır.
Bədən fiqurunun ölçüsünü aparmaq üçün bir neçə üsuldan istifadə edilir.Məsələn,mulyaj,miqyaslı və mütənasib hesablama üsulları.
Hal-hazırda geyimlərin modelləşdirilməsində bunlardan ən çox mulyaj və mütənasib hesablama üsullarından istifadə edilir.
Mulyaj üsulu ilə kor təbii surətdə manikenlə və ya insan bədən fiquru üzərində cizgisi çəkilir və kağızdan kəsilir,sonra detallar dəqiqləşdirilərək ülgüsü kəsilir.
Mulyaj üsullarından nadir hallarda ancaq qadınlar üçün mürəkkəb formada paltar hazırlandıqda istifadə edilir.
Əksər modellərin konstruksiyası mütənasib hesalama üsulu ilə aparılır.
Aydın məsələdir ki bütün bu işlərin hamısına rəssam rəhbərlik etməlidir.
Məmulatın hazırlanması üçün aşağıdakı ardıcıllığa diqqət yetirmək lazımıdr.
1.Model tələbata uyğun olaraq işlənilir.Yəni,kimin üçün,nə üçün,rahatlığı,materialı,gigiyenikliyi və s.nəzərə almaqla.
2.Modelə əsasən konstruktorlar cizgini qurmaq üçün hesabat aparılır.Bədii tərtibat elementlərini nəzərə almaqla.
3.Cizgi hazır olduqdan sonra ülgüçülər qrupu cizgi üzərindən detalların ülgü komplektini kəsib hazırlayırlar.
4.Ülgülərin dəqiqləşdirilməsi aparılır və komplektləşdirilib təsdiq olunaraq möhürlənir.Bunların burada müxtəlif təşkilatlardan nümayəndələr dəvət olunmaqla incəsənətşünaslar,rəssam-modelyor,tikiş və trikotaj sənayesi üzrə mütəxəssislər,başqa növ tətbiqi incəsənətçilər və ticarət işçilər iştirak edilər.
2.2. Müasir texnologiya ilə hazırlanan qadın paltosunun ardıcıl yığımı
Şəkil 6. Müxtəlif modelli qadın paltoları
Qış qadın paltolarının tikilməsi üçün müxtəlif növlü tikiş maşınlarından istifadə olunur. Son vaxtlar sap tikişləri ilə yanaşı paltarların detallarına yapışdırmaq üsulu yayılmışdır. Bu üsulun tətbiqi qadın qış paltolarının keyfiyyətini yaxşılaşdırır. Beləki, paltoların kənarlarının düzəldilməsi, aralıq detalların yapışdırılması və başqa detalların birləşdirilməsi üçün tətbiq edilir.
Ütüləmə mexanikləşdirilmiş ütülər və əl ütüləri, yüngül ütü prosesləri iləaparılır.
Qadın qış paltolarının keyfiyyət səviyyəsi bir keyfiyyət göstəricilərinə və yaxud da kompleks xassə göstəricilərinə əsasən müəyyən olunur. Lakin vahid əlamətinə görə keyfiyyət səviyyəsinin təyin edilməsi hələlik geniş yayılmamışdır.
Qadın paltosunun ardıcıl yığımı üçün 96 ölçüdə ,3cü uzunluqda ,orta köklükdə qadın paltosunun cizgisi işlənilir.
Yapışıq və yarımyapışıq siluetlərdə geyimin bədəndə yaxşı oturması üçün kürəyin orta xətti qurulur.Kürək iki hissədən ibarətdirsə,yəni orta tikişlidirsə kürəyin orta xətti aşağıdakı kimi qurulur.
Qurma 1:4 miqyasında aparılır.
A0-dan sağa normal qamətli insan üçün 0,5 təknəbel insan üçün 1,0 və qabarıq sinəli insan üçün isə 0 götürülür,yəni A0 yerində qalır.Biz normal qamətli insan üçün cizgiqurduğumuza görə:A0A01=0,5 sm götürülür;
Şəkil 7.Kürəyin orta xətti
A01 nöqtəsi U nöqtəsi ilə düzx xətlə birləşdirilir.B nöqtəsindən sağa B1 nöqtəsi təyin edilir.
BB1=1,0 sm;
U nöqtəsi ilə B1 düz xətlə birləşdirilib,aşağıya qədər çəkilir,kəsişmədən alınan nöqtələr Q10, B1, O1 adlandırılır.
Yapışıq və yarımyapışıq siluetlərdə bel xəttində əlavə olaraq qarsaq qurulur.
B1B11=1,0-1,5 sm;
B11 nöqtəsi U və O1 ilə birləşdirilir.
Boynun əyriliyini qurmaq üçün A01-dən sağa boynun eninə ayıraq;
A2-dən aşağı boynun dərinliyini ayıraq:
A1-dən sola üfüqi xətt çəkirik,kürəyin orta xətti ilə kəsişmə nöqtəsini A ilə adlandırırıq.
Şəkil 8.Kürəyin qurulması
A nöqtəsi boynun 7-ci fəqərə sümüyü üzərində yerləşdiyinə görə A nöqtəsindən aşağı kürəyin orta xətti ilə məmulatın uzunluğunu ayırırıq,H1 ilə adlandırırıq:
AH1=Mu=100 sm;
H1 nöqtəsindən sağa və sola üfüqi xətt çəkirik,kəsişmə nöqtələrini H və H3 adlandırırıq.
Çiyin xəttinin qurulması
Çiynin çıxıntı nöqtəsi P1 tapmaq üçün A2 və B1 nöqtələrindən qövslər çəkirik,kəsişmə nöqtəsini P1 adlandırırıq(Şəkil 2).
A2P1=Çe qarsaq=13,5 2,0=15,5 sm
B1P1=Ççh Pkbu çiyinliyin qalınlığı=40,0 1,0 1,5=42,5 sm;
Qarsağın yerini A2-dən sağa ayırırıq və q nöqtəsi ilə adlandırırıq:
A2q=4-4,5 sm;
Q nöqtəsindən sağa qarsağın enini ayırırıq 1,5-2,5 sm götürülə bilər:qq1=2,0 sm;
Qarsağın uzunluğu 6-8 sm arasında götürülür.Qarsağın sol tərfi kürəyin orta xəttinə paralel olmalıdır:
Qq2=6 8=7sm ;
Qarsağın mərkəzi q3 nöqtəsinin təyini:
Qq3=0,5 qq1=0,5. 2,0=1,0 sm ;
Q3-dən yuxarı q4ü təyin edək və ayıraq :
Q3q4=0,6 qq1=0,6.2,0=1,2 sm;
Q4 nöqtəsini A2 və P1 ilə birləşdiririk.Tərəfləri bərabərləşdiririk.
Q2q6=q2q5
Qoldibi əyriliyinin,yan kənarın və aşağı kənarın qurulması
Qoldibi əyriliyinin tərtibi üçün köməkçi P3,İ,Q2 nöqtələri lazımdır . P1 nöqtəsindən aQ1 xıttinə perpendikulyar xətt çəkirik,kəsişmə nöqtəsini P2 adlandırırıq.Q1-dən yuxarı köməkçi P3-ü ayırırıq.
Q1 tənböləni üzəri ilə köməkçi 1 nöqtəsini təyin edək:(şəkil2)
Q11=0,2 Q1Q4 0,5=0,2. 14,3 0,5=3,56 sm ;
Qoldibi eninin mərkəzi nöqtəsinin təyini:
Q1Q2=0,5 Q1Q4=0,5.14,3=7,15 sm;
P1,P3,İ, Q2 nöqtələrindən qoldibi əyriliyini səlis çəkirik.
Kürəyin yan kənarı geyimin növündən,siluetindən asılı olaraq qurulur.
Q1-dən sağa Q5 nöqtəsini müxtəlif məsafədə və eləcə də Q2 nöqtəsinin üzərində ayırmaq olar.Q5 nöqtəsini,kürəyin orta xəttinə paralel olaraq,aşağı xəttə qədər çəkirik və kəsişmə nöqtələrini adlandırırıq B2 O2 H2 .
Yapışıq və yarımyapışıq siluetlərdə qarsağın cəmini taparaq dörd bərabər hissəyə bölürük.Arxa qarsaq,yan qarsaq ,iki ön qarsaq.
Yan qarsağı B2-dən sola ayıraq və B21 adlandıraq.
Q5,B21,O2 nöqtələrini birləşdirməklə kürəyin yan kənarını qurmuş oluruq.Arxa qarsağın yerini qeyd edək :
B11B3=0,5. B11 B21 =0,5 .24,0=12,0 sm;
B3-dən sola və sağa qarsağın enini ayıraq:
B3B31=B3B32=0,5.2,5=1,25 sm;
Qarsağın uzunluğunu modelə görə müəyyənləşdirib təyin edirik.
B1,O1,H1 nöqtələrindən kürəyin orta xəttinə perpendikulyar çəkərək yeni bel,omba və aşağı xətləri alırıq.
Şəkil 9.Qadın paltosunun bazis toru
Şəkil 10.Kürəyin qurulması.
A2P1= Çe qarsaq =13,5 2,0=15,5;
B1P1=Ççh Pkbu çiyinliyin qalınlığı=40,0 1,0 1,5=42,5 sm;
Qarsağın yerini A2-dən sağa ayırırıq və q nöqtəsi ilə adlandırırıq:
A2q=4-4,5 sm ;
Q nöqtəsindən sağa qarsağın enini ayrırıq 1,5-2,5 sm götürülə bilər:
Qq1=2,0 sm ;
Qarsağın uzunluğu 6-8 sm arasında götürülür.
Qarsağın sol tərəfi kürəyin orta xəttinə paralel olmalıdır:
Qq2=6-8=7 sm;
Qarsağın mərkəzi q3 nöqtəsinin təyini :
Qq3 = 0,5 qq1 =0,5.2,0=1,0;
Q3-dən yuxarı q4-ü təyin edək və ayıraq:
Q3q4 =0,6 qq1 =0,6 .2,0=1,2 sm .
2.3.Müasir texnologiya ilə hazırlanan qadın paltosunun
texniki-iqtisadi göstəriciləri
Şəkil 11. Müxtəlif tikilişli qadın paltoları
Qadın qış paltolarının keyfiyyət səviyyəsi bir keyfiyyət göstəricilərinə vəyaxud da kompleks xassə göstəricilərinə əsasən müəyyən olunur. Lakin vahid əlamətinə görə keyfiyyət səviyyəsinin təyin edilməsi hələlik geniş yayılmamışdır.
Kompleks xassələrə görə keyfiyyət səviyyəsinin qiymətləndirilməsi sistemi praktikada özünü doğrultduğu üçün ondan daha geniş istifadə olunur.
Qadın qış paltolarının keyfiyyət səviyyəsini xassələr qrupunun göstəricilərinə görə qiymətləndirən zaman məmulatın estetik, gigiyenik vəistismar xassə göstəriciləri qiymətləndirilir.Lakin bu ticarət şəbəkələrini keyfiyyətə nəzarətdən azad etmir.
Məlum olduğu kimi, müxtəlif xassələrinə görə əmtəələr bir-birindən fərqlənir. Odur ki, keyfiyyəti qiymətləndirən zaman praktikada hansı xassənomenklaturasının götürülməsi sualı meydana çıxır. Bu barədə müxtəlif rəylər vardır.Bu məsələnin həllində iki meyl özünü göstərir.
Birinci halda qiymətləndirilmənin dəqiqliyini artırmaq məqsədilə götürülən xassələrin miqdarını artırmağa can atırlar. Lakin, bu qiymətləndirmənin gedişini çətinləşdirir.
Şüöhəsiz ki, hər iki meylin üstün və çatışmayan zəhətləri də vardır. Əslində malların təyinatı, növü, istismar şəraiti keyfiyyət səviyyəsinin qiymətləndirilməsində qarşıya qoyulanməqsəd, xassələr arasındakı qarşılıqlı əlaqə və digər cəhətlər əsas götürülməlidir.
Məlum olduğu kimi, qadın qış paltolarının keyfiyyət səviyyəsinin qiymətləndirilməsində bütün xassələr deyil, ancaq müəyyən istismar şəraitindəpaltarın müvafiq olaraq keyfiyyət səviyyəsinin qiymətləndirilməsində qarşıya qoyulan məqsəd üçün zəruri sayılan və kifayət qədər daha əhəmiyyətli göstəricilər nəzərə alınmalıdır. Belə ki, paltoların keyfiyyət səviyyəsini qiymətləndirən zaman onların istisaxlama xassəsini nəzərə almaq lazımdır.
Qadın qış paltolarının xassə göstəricilərinin təyin olunmasında orqanoleptik, ekspert, sosioloji, laboratoriya, təcrübəvi sınaq və s. metodlardan istifadə olunur.
. Həmin metodların hər birinin üstün və çatışmayan cəhətləri vardır.
Ekspert metodundan istifadə edilərkən xassə göstəricilərinin qiyməti balla ifadə olunur. Ekspert metodu ilə keyfiyyəti qiymətləndirmənin doğruluğunu daha dürüst təmin etmək üçün ekspertin və onun sayının diqqətlə seçilməsi vacib məsələdir. Paltoların keyfiyyət səviyyəsinin qiymətləndirilməsi yekunu barədə qərar səsvermə yolu ilə qəbul edilir.
Paltoların keyfiyyətinin qiymətləndirilməsi üçün yaradılmış ekspert komissiyası ekspert və işçi qrupundan ibarət olur. Ümumiyyətlə, ekspert komissiyasının işinin nəticəsi onun təşkil olunması səviyyəsindən asılıdır.Bu metodun da özünəməxsus üstün və çatışmayan cəhətləri vardır.
Qadın qış paltolarının təcrübəvi istismar metodu (təcrübə üçün keçirilən sınaq) paltoların yararlılıq göstəricilərinin və materialın xassələrinin davamlığın təyin edilməsi üçün geniş istifadə edilir.
Paltoların keyfiyyətinin kompleks ekspertizasını müəyyən etməyin böyükpraktiki əhəmiyyəti vardır. Iqtisadi baxımdan paltoların inteqral keyfiyyət göstəricisinin təyin edilməsinin də mühüm əhəmiyyəti vardır. Burada məmulatın istehlak yaranır. Bu zaman malın inteqral keyfiyyət göstəricisinin təyin edilməsi üçün malın istifadəyəyararlığının onun istehsalı ilə istehlakına sərf olunan xərclərin cəminə olan nisbəti götürülür.
FƏSİL III.MODELDƏN ASILI OLARAQ KONSTRUKSİYA EDİLMƏNİN İŞLƏNMƏSİ
3.1. Qadın bədən ölçülərinin çıxarılmasının müasir qaydaları
İnsan çox mürəkkəb bədən quruluşuna malikdir.Bədən quruluşunu öyrənmək və xüsusi ilə ölçmək üçün mütləq müəyyənləşdirilmiş nöqtələr vacibdir.Ölçülərin götürülməsi üçün lazım olan nöqtələr-antropometrik nöqtələr adlanır.
Antropometrik nöqtələr insan bədən quruluşunda asan hiss olunur.
Bədən quruluşunda 200-ə qədər antropometrik nöqtələr var.
Tikiş sənayesində 16 antropometrik nöqtələrdən istifadə edilir.Bu nöqtələr aşağıdakılardır.
1.a-Təpə nöqtəsi.Başın ən yüksək nöqtəsidir.
2.b-Boyun nöqtəsi.
3.v-Boynun əsas nöqtəsi.
4.q-Döşün yuxarı başlanğıc nöqtəsi.
5.d-Boğaz çöküyü nöqtəsi.Ön hissədə boğaz dairəsində yerləşir.
6.e-Döş mərkəzi nöqtəsi
7.j-Kürək çıxıntısının hiss olunan akrominal nöqtəsi.
8.z-Çiynin çıxıntı nöqtəsi.
9.u-Dirsək nöqtəsi
10.n-Döşün ən yüksək nöqtəsi
11.k-Çanaq sümüyündə qabaq yuxarı hissədə hiss olunan nöqtə.
12.1-Dizin mərkəzi nöqtəsi
13.p-Qabaq qoltuqaltı küncünün çöküyü.
14.o-Arxa qoltuqaltı küncün çöküyü.
15.m-Ən yüksək omba nöqtəsi.
16.i-Qabırğanın alt hissəsində ,yan tərəfdə hiss olunan bel nöqtəsidir.
Şəkil 12. İnsan bədənində antropometrik nöqtələr.
Müxtəlif formaları formalaşdırdıqda ,bədənin ayrı-ayrı hissələrinin öyrənilməsinini əhəmiyyəti böyükdür.Plastik anatomiyadan məlumdur ki,bədənin bəzi sahələri geyimlə örtüldükdə ayaq səthi rolunu oynayır.
Bu hissələrə daxildir:
Baş
boyun
çiyin
döş
qarın nahiyyəsi
sarğı
çiyinaltı
oma
Baldır.
Boyun-qabaqda aşağı qurtaracağı döşün,yaxud yarıq kəsiyi,xirtdəklə arxada isə 7ci boyun fəqərə sümüyünün səthi ilə əlaqədar olunub.
Çiyin-bəzi hallara görə boyun hissə formasından asılı olur.Aşağı və maili çiyinlərdə boyun uzun,düz çiyinlərdə qısa olur.
Döş-döşün forması, əzələ yerində döş fəqərəsindən asılıdır.
Döşün yuxarı qurtaracağı xirtdək,aşağı qurtaracağı isə aşağı qabırğadır.
Qadınlarda yuxarı əzələ yerində döş nöqtələri yerləşir.Dörd formada olur.
Şəkil 13.İnsan fiqurasının konstruktiv xətləri.
Rəsmdə göstərildiyi kimi geyimlərin modelləşdirmə prosesində aşağıdakı konstruktiv xətlər məlumdur.
1-başın konstruktiv xəttidir.
2-boynun konstruktiv xəttidir.
3-çiynin konstruktiv xəttidir.
4-döşün konstruktiv xəttidir.
5-beldən keçərək ölçü xəttidir.
Bu ölçü bədənin ən sıxılmış yerindən götürülməklə,həcm dərəcəsi və bel xəttində məmulatın enini göstərir.
6-oma ölçmə xəttidir.
7-baldır ölçüsü xəttidir.Bu ölçü çanaq hissə ilə düz sahəsinin arası həmin sahədə məmulatın eni adlanır.
8-ayaq ölçüsü xəttidir.Bu ölçü dizdən aşağı, ayağın ensiz yerindən yuxarı hissəsi enini ölçmək üçün göstərilir.
9-ayağın ölçü xəttidir.
10-qolun ölçü xəttidir.Bu ölçü çiyindən aşağı, dirsək və bilək sahələrinin enini göstərir.
Qadınlarda kişilərə nisbətən qarın hissə bir qədər uzun və enlidir.Ona görə də qabağa çıxıntılı və dairə formaya malik olurlar.
Kürək:bu hissə 7-ci boyun fəqərə sümüyü ilə büzdüm hissəi arasında yerləşir.Kürəyin yuxarı hissəsi döşün bərabərliyində olduğu üçü o hissə kürəyin döş hissəsi aşağı hissə isə kürəyin bel hissəsi adlanır.
Sarğı-bu hissə həm formasına görə çıxıntılı olur,ona görə də geyimdə həmin formanı daşıyır.
Yuxarıda göstərilən bütün hissələrinin geyimin modelləşdirilməsində böyük rolu vardır.
Şəkil 14. Qadın bədən ölçülərinin çıxarılması
Rəsmdə göstərildiyi kimi geyimlərin modelləşdirmə prosesində aşağıdakı konstruktiv xətlər məlumdur.
1-başın konstruktiv xəttidir,geyim formalaşdıqda konstruksiyası üçün istifadə edilir.
2-boynun konstruktiv xəttidir.Geyimin yaxalığının və boğazlığının formalaşması üçün istifadə edilir.
3-çiynin konstruktiv xəttidir.Geyimin formalaşmasında müxtəlif formalı çiyinlər üçün istifadə edilir.
4-döşün konstruktiv xətləri.Bu ölçü qabaqda döşün ən hündür nöqtəsindən arxadan isə döş qəfəsi bərabərliyində götürülür.
5-beldən keçərək ölçü xəttidir.
Bu ölçü bədənin ən sıxılmış yerindən götürülməklə,həcm dərəcəsi və bel xəttində məmulatın enini göstərir.
6-omba ölçüm xəttidir.Bu ölçü omba və sağırçı hissənin hissəsi kimi nəzərdə tutulur.Ölçü qarın hissədən aşağıda ancaq hissənin ən hündür nöqtəsindən götürülür.
7-baldır ölçüsü xəttidir.Bu ölçü çanaq hissə ilə düz sahəsini arası həmin sahədə məmulatın eni adlanır.
8-ayaq ölçüsü xəttidir.Bu ölçü dizdən aşağı,ayağın ensiz yerindən yuxarı hissəsi enini ölçmək üçün göstərilir.
9-ayağın ölçü xəttidir.Bu ölçü dizdən aşağıda yerləşən enli yerdən aşağı ,topuqdan yuxarı ən nazik sahənin ölçüsünü göstərir.
10-qolun ölçü xəttidir.Bu ölçü çiyindən aşağı,dirsək və bilək sahələrinin enini göstərir.
Modelləşdirmədə konstruktiv qurşaqlar deyilərkən dairəvi xətlər və onların xətlər səviyyəsində xəyalən keçirilən proyeksiyaları başa düşülür.
-çiyin
-boyun ;döş; bel; omba; diz; baldır; topuq; pəncə
Konstruktiv qurşaqlar bədənin nahiyyələrinə -çiyin,boyun,döş,bel və s.uyğun adlanır.Maraqlıdır ki,fiqurun hər bir ayrılma elementində “qızıl kəsik” prinsipini müşaidə etmək olar.Məsələn əl nahiyyəsinin uzadılmış uzunluğu said nahiyyəsinin uzunluğuna,said nahiyyəsinin uzunluğu çiyin uzunluğuna,əl nahiyyəsi və said nahiyyənin uzunluğu bütün qolun uzunluğuna çiyin nöqtəsindən tutmuş əl nahiyyəsinin orta barmağının toxunacağı qədər bu nisbətdədir.
Sxem 5.İnsan fiqurunun təsvirinin sxemi
Bütün geyimlərin ölçüləri həmin paltar üçün uyğun olan texniki şərt cədvəlində göstərilmişdir.Antropoloji təhlilər nəticəsində paltarın quraşdırılması üçün kişi,qadın və uşaq qamətlərinin ölçü formalarının cədvəlləri yığılmışdır.. Hər ölçünün ona uyğun bir boy şkalası var.Son zamanlarda uşaq və yeniyetmələrdə boy artımlarına görə yeni şkalalar hazırlanır. Məsələn, yeniyetmələr üçün 48 ölçüdə paltar hazırlanır.Insan bədəninin xarici görünüşünün xüsusiyyətini onun qaməti təşkil edir.
Şəkil 15.İnsan bədəninin qaməti.
a.Normal, b.Təknəbel c. Qabarıq sinəli kürək
Şəkil 16-17. Aşağı ətraf qurtaracaqlarda əyinti
a.X-vari əyinti , b. O-vari əyinti
Tikiş sənayesində qamətə görə insanları təknəbel,normal və qabarıq sinəlilərə bölürlər.(Şəkil1)
Təknəbel insanlar –yastı sinəli,gövdələri (çiyin və qollar) qabağa doğru əyilmiş,arxada isə kürək çıxıntıları kəskin olaraq hiss olunur.Təknəbel insanlarda,normal insanlardan fərqli olaraq,kürəyin belə qədər olan məsafəsi,ətəyin belə qədər olan uzunluğundan çox olur.Döş səviyyəsi nisbətən aşağıya doğru dəyişir.
Qabarıq sinəli insanlar –sinələri qabarıq,kürəkləri düz və arxaya doöru əyilmiş olur.Kürək çıxıntıları hiss olunur.Normal insanlardan fərqli olaraq,qabarıq sinəli insanlarda kürəyin belə qədər olan məsafəsi,ətəyin belə qədər olan uzunluğundan qısa olur.Döş səviyyəsi nisbətən yuxarııya doğru dəyişir.
İnsan bədəninin ölçüləri götürərkən aşağıdakı şərtlərə riayət etmək lazımdır.
1.Ölçülər götürülərkən sifarişçi adəti üzrə dayanmalıdır.
2.Ölçülər götürülürərkən sifarişçi yüngül geyimdə olmalıdır.
3.Ölçülər dəqiq götürülməlidir,sərbəstlik payları hesabat zamanı əlavə edilməlidir.
İnsan bədənindən ölçüləri götürmək üçün aşağıdakı ləvazimatlar lazımdır:
1.Santimetr lenti-ölçüləri götürmək üçün.
2.Bel rezini – bel səviyyəsinin dəqiqləşdirilməsi üçün
3.Çiyinlik-çiyin xəttinin dəqiqləşdirilməsi üçün .
İnsan bədənindən əsas 16 ölçü götürülür,lazım olduqda əlavə ölçülər də götürülə bilər.Götürülən ölçülər;çevrəvi,eninə və uzununa ölçülərə bölünür.Qadın bədənindən götürülən 16 ölçünün adı və şərti işarəsi aşağıdakı cədvəldə verilmişdir.
Cədvəl 1.
1
|
Boyun yarım çevrəsi
|
Byç
|
2
|
Döş yarım çevrəsi 1
|
Dyç1
|
3
|
Döş yarım çevrəsi 2
|
Dyç 2
|
4
|
Bel yarım çevrəsi
|
Blyç
|
5
|
Omba yarım çevrəsi
|
Oyç
|
6
|
Döşün eni
|
De
|
7
|
Kürəyin eni
|
Ke
|
8
|
Çiynin eni
|
Çe
|
9
|
Kürəyin belə qədər uzunluğu
|
Kbu
|
10
|
Qoldibi hündürlüyü arxada
|
Qdha
|
11
|
Ətəyin belə qədər uzunluğu
|
Əbu
|
12
|
Döş hündürlüyü
|
Dh
|
13
|
Çiynin çəpinə hündürlüyü
|
Ççh
|
14
|
Məmulatın uzunluğu
|
Mu
|
15
|
Qolun uzunluğu
|
Qu
|
16
|
Çiynin çevrəsi
|
Çç
|
|