• QƏRARA ALIR
  • Azərbaycan Respublikasının ədliyyə naziri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov
  • Doğum haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament 1. Ümumi müddəalar
  • Azərbaycan respublikasinin əDLİYYƏ naziRLİYİ kollegiya qərari 29 noyabr 2012-ci IL №27-N




    Download 16.68 Kb.
    bet1/2
    Sana11.03.2023
    Hajmi16.68 Kb.
    #45031
      1   2
    Bog'liq
    Vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu.


    AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ
    KOLLEGİYA QƏRARI
    29 noyabr 2012-ci il №27-N
    Doğum haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
    “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 676 nömrəli Fərmanının icrası məqsədi ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən Kollegiya
    QƏRARA ALIR:
    1. “Doğum haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin təsdiq edilsin (əlavə olunur).
    2. Bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).
    3. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.
    Azərbaycan Respublikasının
    ədliyyə naziri
    I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov
    Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 noyabr tarixli 27-N nömrəli Qərarı ilə təsdiq edilmişdir
    Doğum haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament
    1. Ümumi müddəalar
    1.1. Elektron xidmətin adı: Doğum haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu.
    1.2. Elektron xidmətin məzmunu: İstifadəçi qeydiyyat orqanına getmədən doğumun qeydiyyatı üçün elektron müraciət formasını elektron qaydada doldurur.
    1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
    - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166-170-ci maddələri;
    - "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 6 mart 2000-ci il tarixli 297 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı.
    - “İnformasiya əldə etmək haqqında” 30 sentyabr 2005-ci il tarixli 1024-IIQ nömrəli Azərbaycan Respublikasının Qanununun 6-cı və 10-cu maddələri;
    - Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.5-ci bəndi;
    - “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi;
    - Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 3.13-cü bəndi.
    1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 
    1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur
    1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.
    1.7. Elektron xidmətin icra müddəti: 2 gün.
    1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Doğum haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı aparılır və vətəndaş sənədi götürmək üçün qeydiyyat orqanına dəvət olunur. 

    Download 16.68 Kb.
      1   2




    Download 16.68 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycan respublikasinin əDLİYYƏ naziRLİYİ kollegiya qərari 29 noyabr 2012-ci IL №27-N

    Download 16.68 Kb.