• Fənn: Neft emalının termokatalitik prosesləri Mövzu: Katalitik kekinq qurğusunun və texnoloji sxeminin seçilib əsaslandırılması
  • ƏDƏBİYYAT İCMALI
  • Azərbaycan respublikasiNİn təHSİl naziRLİYİ “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti“ Publik Hüquqi Şəxs Fakültə




    Download 18,73 Kb.
    Sana14.05.2024
    Hajmi18,73 Kb.
    #230629
    Bog'liq
    AZƏRBAYCAN RESPUBLİKASİNİN TƏHSİL NAZİRLİYİ


    AZƏRBAYCAN RESPUBLİKASİNİN TƏHSİL NAZİRLİYİ
    Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Publik Hüquqi Şəxs

    Fakültə: “Kimya texnologiya”
    Kafedra: “Neft-kimya texnologiyası və sənaye ekologiyası“
    İxtisasın kodu və adı: 050641- “Kimya mühəndisliyi”
    Qrup: 343.20

    KURS İŞİ

    Fənn: Neft emalının termokatalitik prosesləri
    Mövzu: Katalitik kekinq qurğusunun və texnoloji sxeminin seçilib əsaslandırılması

    Tələbə:


    Rəhbər:
    Kafedra müdiri:
    1
    Mündəricat
    Giriş Error: Reference source not found
    Ədəbiyyat icmalı Error: Reference source not found


    Ədəbiyyat 29

    2
    Giriş
    Neft çıxarma və neft emalı sənayesində bu sahə üzrə çalışan mütəxəsislər qarşısında çox məsuliyyətli vəzifələr qoyulur. Neftin emalını dərinləşdirmək, alınmış məhsulun keyfiyyətini yüksəltmək, qalıqsız texnoloji proseslər işləyib, texnoloji prosesləri avtomatlaşdırmaq kimi vəzifələr yerinə yetirilməlidir. Bununla yanaşı həm də alınan məhsulların keyfiyyətini daha da yaxşılaşdırmaq nəzərdə tutulmuşdur. Bu vəzifələri yerinə yetirmək üçün texnoloji proseslərin layihələndirilməsi və neftin destruktiv emal prosesləri işlənib hazırlanması sənayedə tətbiq edilməlidir.
    Neftin destruktiv e'malı prosesləri nəticəsində sənayenin benzinə olan tələbatını ödəmək üçün katalitik krekinq prosesi əsas rol oynayır. Ona görə də bu prosesin sənayedə geniş tətbiq edilməsi vacib bir məsələ sayılır.
    Sənayedə katalitik proseslər içərisində katalitik krekinq xüsusi əhəmiyyət kəsb edir. Neft emalı sənayesində katalitik krekinq prosesinin böyük əhəmiyyəti haqqında geniş və dolğun məlumatlar vardır. Odur ki, bu prosesin təkmilləşdirilməsi istiqamətində alimlərin apardığı tədqiqatlar bugün də davam etdirilir. Katalitik krekinq prosesinin məqsədli məhsulu yüksək oktanlı avtomobil benzinidir. Lakin krekinq prosesində benzin komponenti ilə yanaşı digər qiymətli başqa neft məhsullar da alınır. Bunlara misal olaraq yüngül və ağır qazoyllar fraksiyalarını, eləcə də tərkibi butan-butilen fraksiyası ilə zəngin olan qazları göstərmək olar.
    Məlumdur ki, yüngül qazoyl dizel yanacaqları üçün qiymətli komponentdir. Odur ki, qurğuda alınan bu məhsuldan istifadə edilməsi həm iqtisadi, həm də texnoloji cəhətdən əlverişlidir. Həmçinin katalitik krekinq qurğusunun digər məhsulu olan ağır qazoyl qazan yanacağı kimi istifadə olunmağa yaralı olduğu üçün qiymətli neft məhsulu hesab olunur. Nəhayət qeyd etdiyimiz kimi katalitik krekinq prosesində daha bir qiymətli məhsul olan butan-butilen fraksiyasının alınması onun dəyərini daha da artırır. Bu qaz fraksiyası neft-kimya sənayesi üçün qiymətli xammal hesab olunur.
    Butan-butilen fraksiyasının əsasında fərdi, qiymətli qaz komponentləri almaq mümkündür. Bu fraksiyanın bazasında bir çox qiymətli monomerlər və kauçuk materialları əldə edilir. Butan-butilen fraksiyasında katalitik alkilləşmə yolu ilə alkilatlar istehsal olunur. Sonuncular isə qiymətli benzin komponenti hesab edilir və sənaye məhsulu kimi böyük əhəmiyyətə malikdir.

    Katalitik krekinq prosesində alınan benzinin oktan ədədi 80-90 hədlərində olur. Katalitik krekinq prosesi aparılan qurğuların müxtəlif sənaye növləri mövcuddur. Bunlardan mikrosferik katalizatorun qaynar layında işləyən qurğular daha geniş yayılmışdır. Daha səmərəli reaktorlarla işləyən qurğuların işi çox effektli olduğu üçün layihə edilən qurğularda lift reaktorlarindan istifadə edilir.


    Belə qurğuların ikinci müsbət tərəfi də katalizatorun reaktora oradan da regeneratora nəql edilməsi öz axını ilə baş verir. Bu da enerji sərfinin azaldılmasına səbəb olur. Qurğuda katalizator kimi seolit katalizatorunun işlədilməsi maksimum benzin çıxımının əldə edilməsinə imkan verir.
    Alüminium-silikat və seolit tərkibli katalizatorların iştirakı ilə aparılan katalitik krekinq prosesləri neft emalı sənayesində nisbətən geniş yayılmışdır. Bu proses neft emalı sənayesinin daha da dərinləşdirilməsinə kömək edir.

    ƏDƏBİYYAT İCMALI
    XX əsrin 30-cu illərində yüksəkoktanlı aviobenzin kom- ponentlərini almaq üçün katalitik krekinq qazlarının tərkibinə daxil olan butilenlərin, daha sonralar isə propilenin polimer- ləşməsi dünya neft emalında geniş yayılmışdır.
    Qeyd olunduğu kimi neft emalı sənayesində alümosilikat katalizatorları üzərində katalitik krekinq çoxtonnajlı proseslərdən biridir. Prosesin əsas məqsədi müxtəlif neftlərdən alınmış 300-500°C interva- lında qaynayan vakuum distillatlarından yüksək oktanlı ben- zinlərin alınmasıdır.
    Katalitik krekinq 450-530°C-də, atmosfer təzyiqinə yaxın (0,07-0,3 MPa) təzyiq altında seolit saxlayan katalizatorlar yzərində aparılır.
    Katalitik krekinq qurğusunda yüksək oktanlı benzindən başqa, qaz karbohidrogenləri, yüngül və ağır qazoyl fraksiya- ları da alınır. Alınan məhsulların miqdar və keyfiyyəti, emal olunan xammalın göstəricilərindən, katalizator, həmçinin də prosesin rejimindən asılıdır.
    Katalitik krekinqdən alınan sıxılmış qazların tərkibi karbohidrogenləri üstünlük təşkil etməklə normal, izoquruluş- lu parafinlər və olefinlərin qarışığından ibarətdir. Katalitik krekinqin şəraitindən, xammalın keyfiyyəti və istifadə olunan katalizatordan asılı olaraq göstərilən qaz qarışığının çıxımı 12- 25% təşkil edir. [1]
    Download 18,73 Kb.




    Download 18,73 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycan respublikasiNİn təHSİl naziRLİYİ “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti“ Publik Hüquqi Şəxs Fakültə

    Download 18,73 Kb.