Bakı Dövlət Universiteti Sərbəst iş




Download 196.52 Kb.
bet2/3
Sana31.10.2023
Hajmi196.52 Kb.
#92056
1   2   3
Bog'liq
ELCAN Mirzə Fətəli Axundov haqqında


M.F.Axundzadə bədii yaradıcılığa lirik şeirlərlə başlamış, “Səbuhi” (səhər, sübh adamı) təxəllüsü ilə Azərbaycan türk dilində və farsca şeirlər yazmışdır. “Zəmanədən şikayət” şeiri süjetli lirikanın dəyərli nümunələrindən sayılır. A.S.Puşkinin ölümü münasibətilə fars dilində yazdığı “Matəm qəsidəsi” M.F.Axundzadənin ilk çap əsəridir. Sonrakı nəşrlərində əsər “Puşkinin ölümünə Şərq poeması” adlandırılmışdır. Mirzə Fətəlinin fars dilində yazdığı “Yeni əlifba haqqında mənzumə” avtobioqrafik səciyyə daşıyır. “Molla Əli”, “Hekayəti-Seyyid Molla Ələm Səlyani”, “Həcvi-Əbdürrəsul xan” şeirlərində isə ədib cəmiyyətdə və şər xislətli insanlarda gördüyü nöqsanları tənqid edir.


XIX əsrin ortalarında Azərbaycan həyatı komediya, satirik əsərlər üçün material ola biləcək ziddiyyətlərlə, konfliktlərlə zəngin idi. Məhz belə bir şəraitdə M.F.Axundzadə maarifçilik ideyalarını geniş yaymağa imkan verən dramaturji yaradıcılığa başlamışdır. Onun 1850-ci ildə yazılmış “Hekayəti-molla İbrahimxəlil kimyagər” adlı ilk komediyasında cəhalət və fırıldaqçılıq kəskin tənqid edilir. “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur” (1850) komediyasında ədib gerilik, ətalət, cəhaləti gülüş hədəfinə çevirmiş, gəncləri inkişafa, dünyəvi elmləri öyrənməyə çağırmışdır. Mövzusu kənd həyatından alınmış “Hekayəti-xırs quldurbasan” (1851) komediyasında Bayramla Tarverdi arasında cərəyan edən münaqişə əsasında məişətdəki köhnə qaydalar, mühafizəkarlıq, zorakılıq tənqid edilir, qarşılıqlı məhəbbət, yeni ailə münasibətləri, qadın şəxsiyyətinə hörmət kimi məsələlər ön plana çəkilir.“Hekayəti-vəziri-xani Lənkəran” (1851) komediyasının mövzusu xanlıqlar dövrünün həyatından götürülmüşdür. Əsərdə ailə-məişət münasibətləri, qarşılıqlı sevgi məsələsi feodal ictimai-siyasi həyatı, dövlət quruluşu ilə qarşılıqlı əlaqədə təsvir edilir. Ədibin xəsislik mövzusunda yazılmış “Hekayəti-mərdi-xəsis” (1852) komediyası qəhrəmanın adı ilə “Hacı Qara” da adlanır. Əsərin əsas gülüş hədəfi komik planda təsvir edilən tamahkar, acgöz, ikiüzlü tacir Hacı Qaradır. Komediyada ikinci satirik qəhrəman müflisləşmiş bəyliyin nümayəndəsi olan Heydər bəydir. Onun əməyə xor baxması, tüfeyli həyatı, oğurluq, quldurluq arzusu ilə yaşaması o dövrün ictimai bəlası kimi əsərdə tənqid hədəfinə çevrilmişdir. Sonuncu komediyası olan “Mürafiə vəkillərinin hekayəti” (1855) əsərinin mövzusu məhkəmə məmurlarının həyatından götürülmüşdür.


Download 196.52 Kb.
1   2   3




Download 196.52 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Bakı Dövlət Universiteti Sərbəst iş

Download 196.52 Kb.