Bakı Dövlət Universiteti Sərbəst iş




Download 196.52 Kb.
bet3/3
Sana31.10.2023
Hajmi196.52 Kb.
#92056
1   2   3
Bog'liq
ELCAN Mirzə Fətəli Axundov haqqında


Çar hakimlərinin təqiblərindən qorunmaq üçün bir sıra əsərlərində olduğu kimi, bu əsərində də ədib hadisələrin Cənubi Azərbaycanda baş verdiyini təsvir edir.Komediyanın əsas tənqid hədəfi olan Ağa Mərdan Halvaçı oğlunun simasında müəllif əyalət məhkəmə məmurlarının hiyləgərlik, fırıldaqçılıq, acgözlük kimi səciyyəvi xüsusiyyətlərini ümumiləşdirmişdir. Komediyanın əsas qəhrəmanı Səkinə xanım gənc Azərbaycan qadınlarının mütərəqqi görüşlərə meyilli, yeni, qabaqcıl nəslinin nümayəndəsidir.


M.F.Axundzadə “Aldanmış kəvakib” povesti ilə Azərbaycan ədəbiyyatı tarixində yeni realist bədii nəsrin dəyərli nümunəsini yaratmış, milli ədəbiyyatımızın gələcək inkişaf yollarını müəyyənləşdirmişdir.

M.F.Axundzadənin əsərlərində azərbaycançılıq ideyaları



XIX əsrdə Azərbaycan mədəniyyətinin, azərbaycançılıq milli ideyasının inkişafında mühüm xidməti olan nəhəng şəxsiyyətlərdən biri M.F.Axundzadədir. Sona xanım Vəliyevanın təbirincə desək: “Mirzə Fətəli Axundov bu dövrdə Azərbaycan xalqının mütərəqqi ideallara inteqrasıyası baxımından, əsil tarixi və müstəsna əhəmiyyətli xidmətlər göstərirdi. O, yeni, Avropa tipli ədəbiyyatın dram, bədii nəsr, ədəbi tənqid, publisistika kimi janrlarını anadilli ədəbiyyatımıza daxil etməklə, xalqla canlı ünsiyyətin yeni metodlarını tapır və xalqını zamanın ruhunda düşünməyə, fəaliyyət göstərməyə səsləyirdi.Axundov öz komediyalarında milli həyatımızın gerçəkliklərini, adət-ənələrini, ictimai davranış normalarını güzgü kimi əks etdirir, bu həyatın gerilikçi tərəflərini tənqid etməkdən çəkinmir, xalqa şirin yalanlar söyləməkdənsə, əsil maarifləndirmə - acı gerçəkləri göstərmək yolunu tuturdu”.Başda Azərbaycan xalqı olmaqla, bütün türk-müsəlman xalqlarının dünya sivilizasiyasının müasir dəyərlərinə qovuşmaq məqsədi ilə latın qrafikalı yeni əlifba uğrunda sonradan geniş vüsət tapmış hərəkatını da məhz Mirzə Fətəli Axundov başlamışdı.Akademik F.Qasımzadənin fikrincə, 50-60-cı illərin maarifçiliyi isə əvvəlki maarifçilikdən özünün daha mübariz və təsirli olması ilə, demokratik ideyalarla daha çox çulğalaşıb qarışması ilə, nəhayət, azadlıq hərəkat ilə bilavasitə bağlı olması ilə seçilir. Bu sonrakı, kamil maarifçiliyin əsas fərqləndirici cəhətidir ki, öz əksini daha dolğun şəkildə M.F.Axundzadənin yaradıcılığında tapmışdır. Belə ki, XIX əsrin 50-60-cı illərində feodalizmin dağılması posesinin sürətlənməsi, xalq azadlıq hərəkatının genişlənməsi realist ədəbiyyatın inkişafını sürətləndirdi. Xalqın millətə çevrilməsi prosesi başladı. Xalq şüuru inkişaf edib milli şüura çevrilirdi.
Milli şüurda ictimai həyata qarşı oyanan fəal münasibətin getdikcə artması ədəbiyyatın həyatla olan əlaqəsini möhkəmləndirdi. Ədəbiyyat həyat həqiqətini nisbətən daha geniş və daha dərindən əks etdirməyə başladı: onun mövzuları əhəmiyyətli dərəcədə ictimailəşdi. Ədəbiyyatın əsas aktual mövzuları feodal ətalət və süstlük, cəhalət və nadanlıq, gerilik və irtica, mənəvi boşluq, mütləqiyyət və zorakılıq əleyhinə mübarizə milli şüurun, milli ruhun dirçəldilməsi oldu.M.F.Axundzadə bu barədə özü yazırdı ki, məqsədi bundan ibarətdir ki, xalqın içərisində bütün siniflərə mənsub olan adamlar elmlərin və sənayenin tərəqqisinə nail olsunlar. M.F.Axundzadə öz ideya mübarizəsində təkamülə üstünlük verdiyini belə ifadə etmişdi ki, əsas məqsəd azadlıq və ədalət bayrağını yüksəklərə qaldırmaqda xalqa öz yaşayışının dinc yolla qurmağa, firəvan və xoşbəxt həyata gəlib çıxmağa imkan verməkdir. M.F.Axundzadə milli şüurun oyanmasında əsas əngəl olan müstəbid, zalım, despotik dövlət quruluşuna qarşı mübarizə aparırdı.M.F.Axundzadə dövlət məsələsində islahatlar yolu ilə əldə edilmiş xalq hakimiyyətini, onu daha da demokratikləşdirmək, parlament təsis etmək tərəfdarı idi. Bununla əlaqədar F.Qasımzadə yazır: “Onun dövlətdə yaratmaq istədiyi islahatlar cəmiyyəti dəyişdirmək, xalqı azadlıq və xoşbəxtliyə çıxartmaq məqsədi güdürdü. İstibdad quruluşuna qarşı tərəddüd etmədən amansız mübarizə aparmaq, çirkinlik və haqsızlıqların hökm sürdüyü feodalizmi ədalətli bir cəmiyyətlə əvəz etmək, xalqa siyasi, cismani və mənəvi azadlıq vermək, onu elm və mədəniyyətin nailiyyətlərilə tanış etmək, kütləni savadlandırmaq və tərəqqiyə çatdırmaq, xalqa səadət və xoşbəxtlik vermək Axundzadənin başlıca siyasi ideyalı mübarizəsinin əsas məqsədidir”. M.F.Axundzadənin fikrincə, məhz bu ictimai-siyasi proseslərin reallaşması, son nəticədə, bütövlükdə, millətin milli şüurunun dirçəldilməsinə xidmət edə bilər. M.F.Axundzadə bu ictimai-siyasi və fəlsəfi idealını “Kəmallüdövlə məktubları” traktatında və ondan sonra yazılmış məqalə və məktublarında əks etdirmişdir.

M.F.Axundzadə mütərəqqi, ədalətli maarifçi hökmdar Yusif Sərracı “hakimiyyətə gətirməklə” cəmiyyəti islahatlar yolu ilə dəyişdirmək ideyasını müdafiə etmişdir.XIX əsrin 60-cı illərində M.F.Axundzadə ədalətli hökmdar və parlament, habelə, konstitusiyaya əsaslanan geniş seçkili hakimiyyətin olması ideyasını irəli sürur, bu məsələdə xalqın fəal iştirakından, geniş rolundan danışırdı. M.F.Axundzadənin fikrincə, padşahı özünü vəkili-millət hesab eləsə, xalqın müdaxiləsinə parlamentlər tərtib etsə, dövlət maddi və mənəvi mədəniyyətlərin məcmusu olan sivilizasiya və tərəqqi qayğısına qalıb onu inkişaf etdirsə xalq dövləti sevər, vətəninə böyük məhəbbət bəsləyər, onun yolunda malını və canını belə əsirgəməz. Əks-təqdirdə, yəni geniş hüquqlar, parlament olmadıqda, sivilizasiya əvəzinə zülm və vəhşilik hökm sürdükdə xalqın qorxu cəhətindən göstərdiyi itaətin etibarı və səbatı olmur. O, bunu “yalançı vətənpərvərlik” adlandırır və tənqid edirdi.60-cı illərdə böyük bir demokrat və azadlıq tərəfdarı kimi çıxış edən M.F.Axundzadə insan ağlının hər cür ətalətdən, din, cəhalət və mürtəce quruluşun bütün buxovlarından azad olması ideyasını irəli sürür. O, Avropada, Asiyada və bütün dünyada ağlın əbədi həbsdən tamam azad olmasını bəşəriyyətin xoşbəxtlik və səadətinin əsas açarı hesab edirdi.Akademik F.Qasımzadə M.F.Axundzadənin ictimai-siyasi, fəlsəfi baxışlarında, o cümlədən, maarifçilik görüşlərində zaman keçdikcə ciddi dəyişikliklər baş verdiyini qeyd etmişdir. “Aldanmış kəvakib”də irəli sürülmüş siyasi fikirlər, “Kəmalüddövlə”də inkişaf etdirilmiş fəlsəfi və siyasi ideyalar öz kamil yetkinliyini bu illərdə yazılmış İranın “Millət” qəzeti münisilə müsahibə, “Molla Ələkbərlə mübahisə”, “Yek kəlmə haqqında”, “Mollayi Ruminin və onun təsnifinin babında”, “Con Stüart milli azadlıq haqqında” digər əsərlərdə və məktublarda tapmışdır. “70-ci illərdə onun dünyagörüşünün inkişafı öz yetkin və kamil həddinə çatır və inqilabçı-demokrat səviyyəsinə yüksəlir; o, bütün Yaxın Şərq ölkələrində azadlıq ideyalarının carçısı olur”.Fəlsəfə elmləri doktoru, Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Şeydabəy Məmmədovun 1962-ci ildə nəşr etdirdiyi “M.F.Axundovun dünyagörüşü” monoqrafiyası yubiley nəşrləri arasında xüsusilə diqqəti cəlb edir. M.F.Axundzadənin fəlsəfi, ictimai-siyasi maarifçilik görüşlərini əhatə edən bu əsər, ilk növbədə, axundzadəşünaslıq üçün əhəmiyyətli olan bir sıra yeni faktlar üzə çıxarılmışdır.


M.F.Axundzadənin dünyagörüşünün formalaşması və inkişafını şərtləndirən amilləri düzgün müəyyənləşdirmiş, qoyulan məsələlər yüksək elmi-nəzəri səviyyədə təhlil olunmuş, elmi cəhətdən obyektivliyi ilə seçilmişdir (63).Professor S.Məmmədovun əsərində M.F.Axundzadəni yetişdirən mühitin - XIX əsrin birinci yarısı və ortalarında Azərbaycanın iqtisadi-siyasi və mədəni həyatının xülasəsi verilmiş, ədibin dünyagörüşünün nəzəri mənbələri - Şərq fəlsəfəsinin mütərəqqi ənənələri, mütərəqqi rus mədəniyyəti, Qərbi Avropa fəlsəfəsi kimi mühüm problemlər haqqında dəyərli fikirlər söylənmişdir. Ş.Məmmədov M.F.Axundzadənin dünyagörüşünün formalaşması və inkişafında Şərq ədəbi-fəlsəfi fikrinin roluna xüsusi diqqət vermişdir. Əsərdə M.F.Axundzadənin rus və Qərb fəlsəfi fikrinə münasibəti məsələsi, M.F.Axundzadənin Şərq, rus, Qərb fəlsəfi və ictimai-siyasi fikri ilə əlaqəsi problemi geniş işıqlandırılmışdır. Əsərdə M.F.Axundzadənin fəlsəfi görüşləri, M.F.Axundzadə tərəfindən Şərq sxolastikası və mistisizminin, Şərq panteizminin tənqidi, onun dini-sxolastik Şərq fəlsəfəsinə zərbə vuran və Azərbaycanda mübariz materializmin əsaslarını qoyan bir filosof kimi böyük rolu açılıb göstərilmişdir.Monoqrafiyada M.F.Axundzadənin fəlsəfi görüşləri bir sıra Şərq və Avropa filosoflarının fəlsəfi görüşləri ilə müqayisə edilmişdir. Professor Şeydabəy Məmmədov XIX əsrdə M.F.Axundzadənin mərkəzi yer tutduğunu qeyd edərək, onu “Azərbaycan ədəbiyyatı və fəlsəfəsinin klassiki” adlandırmışdır: “Azərbaycan xalqının mənəvi mədəniyyətinin inkişafında bütöv bir xətt onun adı ilə bağlıdır. M.F.Axundzadə görkəmli maarifçi-demokrat, feodal quruluşu və islam dini-mistik ideologiyasının qatı əleyhdarıdır. O, ilk dəfə olaraq, ərəb əlifbasının latın əlifbası ilə əvəz olunmasını irəli sürmüşdür, dini fanatizmə və Şərq despotizminə qarşı öz güclü səsini qaldırmışdır” (63, 16). Ş.Məmmədovun fikrincə, M.F.Axundzadənin fəlsəfi-siyasi ideyaları Azərbaycan və İranın ictimai və fəlsəfi fikrinin sonrakı inkişafına daha güclü təsir göstərmişdir. Ş.Məmmədov M.F.Axundzadəni Azərbaycanın ictimai-siyasi fikir tarixində “ilk maarifçi-demokrat” kimi qiymətləndirmişdir.

Professor Şeydabəy Məmmədov İran, Azərbaycan və Yaxın Şərq xalqlarının milli şüurunu oyatmaq və inkişaf etdirmək sahəsində M.F.Axundzadənin ictimai-siyasi və fəlsəfi görüşlərini aşağıdakı kimi qruplaşdırmışdır:


1. M.F.Axundzadə tərəfindən feodal quruluşu və Şərq despotizminin tənqid edilməsi;
2. Hüquq və azadlıqların müdafiə edilməsi;
3. Feodal cəmiyyətinin yenidən qurulması zərurəti haqqında;
4. İnqilabi-demokratik ideyalara doğru;
5. İctimai tərəqqiyə doğru yolda
Ş.Məmmədov da Heydər Hüseynov kimi M.F.Axundzadənin müasiri olduğu hökmdarları və despotizmi tənqid etmək üçün tarixi keçmişə müraciət etdiyini, tarixdəki müdrik hökmdarları xatırlatmaqla, onların mütərəqqi idarəçiliyi vasitəsilə müasiri olan despotik hökmdarlara təsir etmək istədiyini göstərmişdir. Heydər Hüseynov mədəniyyət və ictimai fikir tariximizdə ilk dəfə olaraq, XIX əsr Azərbaycan fəlsəfi tarixinin ümumi inkişaf yolunu izləmiş, bu dövrün görkəmli nümayəndələrinin ictimai-siyasi və fəlsəfi görüşlərini ətraflı şərh etmişdir. Əsərin M.F.Axundova həsr olunmuş hissəsində müəllif M.F.Axundovun “Kəmalüddövlə məktubları” fəlsəfi traktatı ilə yanaşı, ədibin digər fəlsəfi və publisist məqalələrini, eləcə də, o zaman hələ çap üzü görməmiş bir sıra məktublarını tədqiq etmiş, onun dünyagörüşünü bütün ziddiyyətləri ilə açıb təhlil etməyə çalışmışdır (65, 22). H.Hüseynov vətənpərvər mütəfəkkir-filosof haqqında Ə.Haqverdiyevin 1928-ci ildə “Maarif və mədəniyyət” jurnalının 3-cü sayında çap olunmuş “M.F.Axundzadə haqqında” adlı məqaləsindən obrazlı bir sitat gətirmişdir: “Epoletli, mükafatlar, medallarla bəzədilmiş mundirlər altında hisslərilə yanan odlu bir ürək döyünürdü”. Bu ürək sahibi Azərbaycanın milli varlığı, milli ləyaqəti, milli şüurunun formalaşması, milli mədəniyyəti və maarifi uğrunda mübarizə aparan alovlu inqilabçı-demokrat, filosof, mütəfəkkir, yazıçı, dramaturq M.F.Axundzadənin ürəyi idi”.

H.Hüseynov “Kəmalüddövlə məktubları”nda M.F.Axundzadənin cəmiyyəti dəyişdirmək, yeni mütərəqqi dövlət idarəçiliyi formalarının müəyyənləşdirilməsi ideyasını şərh etmişdir. H.Hüseynov göstərmişdir ki, M.F.Axundzadənin demokrat kimi xalqın idarəetmədə iştirakını, hökmdarın öz xalqının qayğısına qalmasını, idarəçilikdə itaət və qorxunun aradan qaldırılmasını, millətin maariflənməsi və sivilizasiyaya qovuşmasını, dövlət müəssisələrində, məhkəmələrdə xalqın qayğısına qalan təmiz, ləyaqətli adamların işləməsini arzulayır, insanın üç növ tələbata - mövcudluğa, əqli və mənəvi tələbata malik olduğunu bildirirdi. H.Hüseynov M.F.Axundzadənin pessimist olmadığını, demokrat kimi öz xalqının gücünə inandığını bildirir: “Vaxt gələcək, indi istismar altında inləyən xalq despotizmə qarşı çıxacaq, fanatizmdən və despotizmdən xilas olacaq, dünyanın sivilizasiyalı xalqları ilə bir səviyyədə duracaq”. H.Hüseynov M.F.Axundzadənin insan şəxsiyyətinin azadlığı fikrinə xüsusi diqqət ayırdığını (“Con Stüart milli azadlıq haqqında” məqaləsındə) qeyd edirdi. M.F.Axundzadə göstərmişdir ki, heç bir bəşər tərəqqisi, o cümlədən, milli-mənəvi dəyərlərin, milli şüurun inkişafı da, düşüncə və təfəkkür azadlığı olmadan mümkün deyildir. Bizim tərəqqimizin nəticələrini əsrimizdə ümumi anlayış olan sivilizasiya adlandırmaq olar. Sivilizasiya anlayışı incəsənəti, elmi, dövlətin qüdrətini, millətin rifahını və mədəniyyətin digər əsaslarını əhatə edir. Sivilizasiya və tərəqqi üçün cəmiyyətin və millətin hər bir prosesində, o, heç bir məcburiyyət hissi keçirməsin, nə fikirləşdiyini və nə edəcəyini sərbəst deyə bilsin. Belə hallarda mütərəqqi ideyalar digər fərdlərin gözündə qalxacaq, bütün cəmiyyətin xeyirinə olan ideyalar kimi qəbul ediləcək.



Azərbaycanda teatr sənətinin inkişafında rolu
Mirzə Fətəli Axundovun 150 illiyi münasibətilə buraxılmış SSRİ poçt markası (1958).
M.F.Axundzadə 1850-1855-ci illərdə özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuşdur. Böyük ustad bu komediyalar ilə Şərq aləmində dram yazmağın nümunəsini göstərmişdir. Bunu hər kəs qəbul edir ki, türk-müsəlman dünyasında dramaturgiya Mirzə Fətəli Axundzadə dramaturgiyasının ənənələri işığında inkişaf etmişdir.
Azərbaycan teatrı Axundzadənin ölməz komediyaları zəminində yaranmışdır. 1873-cü ildə Həsənbəy Zərdabi Nəcəf bəy Vəzirovlabirlikdə Bakı məktəblərinin birində məşhur «Hacı Qara» əsərinin tamaşasını göstərməklə Azərbaycanda, həm də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoymuşdur. Mirzə Fətəli Axundovun komediyalarında Azərbaycan qadınlarının timsalında ilk dəfə Şərq qadınlarının səhnə obrazları yaradılıb. XIX əsrdə teatr səhnəsində Azərbaycan qadınının səhnədə kişilərlə birlikdə gülüb danışmasını göstərmək hünər tələb edirdi. Zamanına görə bu böyük işi də Mirzə Fətəli Axundzadənin əsərlərini səhnəyə çıxarmaqla Azərbaycan maarifçiləri həyata keçirməyi bacarmışlar.
M.F.Axundovun yaradıcılığı Avropa ədəbiyyatşünaslarının və teatrşünaslarının diqqətini çox tez cəlb etdi. 1852-ci ilin avqustunda Alman jurnalı Magazin für die Literatur des Auslandes (Xarici ədəbiyyat jurnalı) yazırdı: "Fikirləşmək olardı ki, Transqafqazın müsəlman əhalisi İslam ruhuna uyğun olaraq belə yeniliklərə (teatra) hələ uzun zaman yad qalacaqlar, lakin onların arasından qəflətən dramatik dahi meydana çıxdı, Tatar Molyeri, hansının ki, adı onun ölkəsinin sərhədlərindən kənarda da diqqətə layiqdir. O Mirzə Fətəli Axundovdur".
M.F.Axundzadə 1837-ci ildə - 25 yaşında ikən «Puşkinin ölümünə Şərq poeması»nı yazmış və dərhal da rus dilində «Moskovskiy nablyudatel» jurnalında çap etdirmişdir.
O, Aleksandr Puşkinin faciəli ölümündə çarın əli olduğu üçün susmağa məcbur olmuş rus şairlərini xəcalətdən qurtarmış, Rusiya ədiblərinin vətəndaşlıq vəzifəsini yerinə yetirmişdir. 2012-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Mirzə Fətəli Axundovun haqqında bioqrafik bədii film çəkilmişdir. "Sübhün səfiri" adlanan filmin mütəfəkkirin 200 illik yubileyi münasibətilə ekranlara çıxmışdır. Mirzə Fətəli Axundzadənin komediyaları milli müasir teatrımızın özülü oldu. Bu altı komediya Azərbaycan xalqının XIX əsrdə yaşadıgı sosial, ictimai, iqtisadi və siyasi taleyinin mənzərəsini tam mənada təmsil etdiyi üçün ona TƏMSİLAT da deyilir. Bu komediyalarda müəllif xalqının agır gün-güzaranına səbəb olan əsl problemləri tənqid hədəfinə çevirmişdir. Bu problemlər müstəmləkə şəraitində yaşayan Azərbaycan xalqının başının bəlası olan savadsızlıq, cəhalət və maarifə-mədəniyyətə etinasızlıq kimi qorxulu münasibətlər idi ki, bu da Axundzadənin komediyalarında öz maraqlı ifadəsini tapmışdı. İctimai xadim, filosof, dramaturq Mirzə Fətəli Axundzadə (1812-1878) "Kəmalüddövlə məktubları" (1865), "Həkimi-ingilis Yuma cavab", " Yek kəlmə haqqında" və digər fəlsəfi əsərləri ilə dövrünün sosial-siyasi və ictimai durumuna münasibət bildirmiş, "Səbuhi" təxəllüsi ilə şeirlər yazmış, "Aldanmış kəvakib" (1857) adlı fəlsəfi əsəri ilə dövlətçilik arzularını maraqlı bir sənəd olaraq ortaya qoymuşdur. Mirzə Şəfi Vazehin dünyagörüşlərinin sadiq davamçısı olaraq yaşayıb-yaratmışdır. O, həyat hadisələrindən kənar düşmüş, tarixi həqiqətləri təsvir etməyən bəsit ədəbiyyat nümunələrini qəbul etmir, maarifçilik prinsiplərini təblig edən yeni ədəbiyyatın yaranması ugrunda mübarizə aparırdı.
Mirzə Fətəli yaxşı bilirdi ki, sənət və ədəbiyyat xalqın məfkurəcə tərbiyəsində, vətənpərvərlik duygularının və milli şüurun yetkinləşməsində güclü bir silah olmalıdır. XIX əsrin əvvəllərində Avropada yaranan romantik dramaturgiyanın təsirini nəzərə alaraq ədəbiyyatda dram və roman janrına xüsusi önəm verən Axundzadə İran diplomatı və yazıçısı Mirzə Mülküm xana yazdıgı məktubda bu məsələyə belə münasibət bildirirdi: "... Bu gün millət üçün faydalı və oxucuların zövqləri üçün rəgbətli olan əsər – dram və romandır."

Axundzadənin qəhrəmanları heç də təpədən-dırnağadək mənfi tip deyildirlər. O, öz mənfi tiplərini sevə-sevə islah etməyə çalışmışdır. Burada onun məqsədi cəmiyyəti qəflət yuxusundan oyatmaq, silkələyib hərəkətə gətirmək idi. Elə bu baxımdan onun əsərlərinin əsas mövzusu xalqdır, onun taleyidir.M.F.Axundzadənin dahiliyi onda idi ki, o, yaratdıgı obrazların xarakterini çox obyektiv və inandırıcı şəkildə yaradırdı.Onun komediyalarında əsas fikir süjetin inkişafından, xarakterlərin toqquşmasından doğur. Konkret xarakteri, tarixi tipikliyi və milli orijinallıgı ilə yadda qalan bu tiplər heç vaxt tamaşaçıda ikrah hissi yaratmır. Onun müsbət və mənfi qəhrəmanları inkişafa dogru can ataraq XIX əsrin sonlarında Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Nəriman Nərimanovun, Süleyman Sani Axundovun və digər dramaturqların əsərlərində həyata vəsiqə aldılar. Onun teatra olan münasibətini biz "TƏMSİLAT"ın müqəddəməsində də görürük. Əsərin müqəddəməsində yazılmışdır: "...mən islam aləminə bu gərəkli teatr sənətini anlatmaq məqsədi ilə bu altı əsərimi yazıb, bir növ özümü imtəhan etdim. İndi onları dost və tanışlarıma da göstərib onlardan nümunə kimi istifadəetmələrini gözləyirəm." "Kaspi" qəzetinin 1903-cü il 26 oktyabr, 230-cu sayında Əlimərdan bəy Topçubaşovun M.F.Axundova həsr olunmuş çox maraqlı məqaləsi çap olunmuşdu. Həmin ildə dövrün ziyalıları Axundovun məşhur komediyalarının yazılıb çap olunmasının 50 illiyini qeyd edirdilər. Müsəlman aləmində belə bir ədəbi yubileyin keçirilməsi çox nadir hadisə id


Rus ədəbiyyatı ilə tanış olduqdan sonra, Mirzə Fətəli köhnəlmiş Şərq ədəbiyyatına və müsəlman aləminə yeni ruh gətirmək məqsədi ilə orijinal ədəbi formalar yaratmağa cəhd edir. O, bu işin öhdəsindən çox məharətlə gəlir. Dramaturqun nadir yumoru, müşahidə qabiliyyəti, hamının başa düşəcəyi xalq dilində yazılmış komediyaları müsəlman ədəbiyyatında müsbətə doğru dönüş idi.
Axundovun özü tərəfindən rus dilinə tərcümə olunmuş bu komediyalar Tiflis teatrının səhnəsində teatrın direktoru qraf Solloqub tərəfindən tamaşaya qoyulur və Tiflis canişini Vorontsovun çox xoşuna gəlir. Canişin əsərlərini çap etdirmək üçün Axundova ömürlük təqaüd təyin edir.
Onun "Müsyo Jordan və Məstəli Şah" komediyası Peterburqda özəl səhnədə tamaşaya qoyulur, "Literaturnaya Letopis" komediyanı təhlil edərək, onun nadir və orijinal xüsusiyyətlərini göstərməklə əsəri yüksək qiymətləndirir. Bu zaman fars şahzadəsi Cəlaləddin Mirzə Axundova hədiyyə olaraq özünün yazdığı Persiya (İran) tarixini, Mirzə Fətəli Axundov isə ona komediyalarını göndərir. Buna rəğmən Axundovun əsərləri Avropada da məşhurlaşır: şahzadə Cəlaləddinin katibi Mirzə Cəfər komediyaları fars dilinə tərcümə edərək 1871 və 1874-cü illərdə litoqrafiya üsulu ilə Tehranda çap elətdirir. Bu tərcümələr isə şərqşünaslara Axundovun əsərləri ilə tanış olmaq imkanı yaradır.
1882-ci ildə İngiltərədə şərqşünas Haqqard və Lestranqe "Lənkəran vəziri" komediyasını farscadan ingilis dilinə tərcümə edərək, lüğət və şərhlərlə çap etdirirlər, daha sonra De Meynard 1886-cı ildə Parisdə "Journal Asiatuque" məcmuəsində "Əlkimyaçı" ("Hekayəti-Molla-İbrahim Xəlil kimyagər" - tərc.) komediyasını Azərbaycan dilində çap etdirmiş, 1889-cu ildə isə "Ayı və oğru" ("Xırs quldur basan" - tərc.) Stokholm Şərqşünaslar Konqresi əsərlərinin birinci cildində çap olunması üçün təqdim etmişdir.
Daha sonra 1889-cu ildə Alf Sallyer Parisdə "Lənkəran vəziri" ("Sərgüzəşti-vəziri-xani-Lənkəran" - tərc.) və "Vəkillər" ("Mürafiə vəkillərinin hekayəti" - tərc.) əsərlərini nəşr etdi. Elə həmin ildə Vyanada professor Varmund öz dinləyiciləri üçün fars dilində "Paris nəbatatçısı Müsyo Jordan Qarabağda" komediyasını çap etdirmişdi. Bu nəşrlər haqqında bir çox Avropa qəzetlərində Axundovun nadir istedadını yüksək qiymətləndirən rəylər dərc olunmuşdu.
Download 196.52 Kb.
1   2   3




Download 196.52 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Bakı Dövlət Universiteti Sərbəst iş

Download 196.52 Kb.