2. Operativ və rejim xarakterli hidroloji məlumatlar
Layihə əhatə edən regionlarda hidroloji müşahidə şəbəkəsi 16 hidroloji məntəqədən ibarətdir. Bu 16 hidroloji məntəqədən 15-i Layihə tətbiq edilən ərazidə yerləşir (şəkil 3). Layihə tətbiq edilən ərazidə yerləşməyən Türyançay-Su qovşağı hidroloji məntəqəsi isə Layihənin 3 pilot çay hövzəsindən 1-i olan Türyançay çayının qapayıcı nöqtəsi kimi qəbul edilir. Hidroloji məntəqələrin adları və koordinatları aşağıdakı cədvəl 2-də verilmişdir:
Cədvəl 2.
Sıra № si
|
Hidroloji məntəqənin adı
|
Tipi
|
Şimal en dairəsi
|
Şərq uzunluğu
|
Dərəcə
|
Dəqiqə
|
Saniyə
|
Dərəcə
|
Dəqiqə
|
Saniyə
|
1
|
Girdimançay-Qaranohur
|
HM
|
40
|
47
|
35,3
|
48
|
19
|
6
|
2
|
Axoxçay-Xanagah
|
HM
|
40
|
46
|
56,0
|
48
|
8
|
44,6
|
3
|
Dəmirapançay-Qəbələ
|
HM
|
40
|
58
|
32,6
|
47
|
51
|
42,2
|
4
|
Qaraçay-Qəbələ
|
HM
|
41
|
0
|
30,3
|
47
|
52
|
51,0
|
5
|
Tikanlıçay-Tikanlı
|
HM
|
41
|
0
|
41,5
|
47
|
45
|
13,8
|
6
|
Əyriçay-Baş Daşağıl
|
HM
|
41
|
10
|
7,8
|
47
|
25
|
37,2
|
7
|
Əlicançay-Qayabaşı
|
HM
|
40
|
53
|
44,5
|
47
|
20
|
46,4
|
8
|
Alazan-Əyriçayın mənsəbindən 1.7 km aşağı
|
HM
|
41
|
15
|
53,2
|
46
|
42
|
26,4
|
9
|
Əyriçay-Mənsəb
|
HM
|
41
|
16
|
28,2
|
46
|
43
|
35,1
|
10
|
Çuxadurmaz-Mənsəb
|
HM
|
41
|
15
|
30,2
|
47
|
13
|
47,2
|
11
|
Damarçıq-Mənsəb
|
HM
|
41
|
15
|
40,7
|
47
|
13
|
42,9
|
12
|
Qaynar-Mənsəb
|
HM
|
41
|
15
|
48,7
|
47
|
12
|
13,2
|
13
|
Kürmükçay-İlisu
|
HM
|
41
|
27
|
29,8
|
47
|
1
|
22,6
|
14
|
Talaçay-Zaqatala
|
HM
|
41
|
38
|
51,0
|
46
|
41
|
33,7
|
15
|
Balakənçay-Balakən
|
HM
|
41
|
43
|
39,8
|
46
|
25
|
38,3
|
16
|
Türyançay-Su qovşağı
|
HM
|
40
|
42
|
43,1
|
47
|
32
|
55,2
|
Şəkil 3. Layihə əhatə edən zonada fəaliyyət göstərən hidroloji məntəqələrin yerləşmə sxemi
İsmayıllı RHMM-in tabeliyində olan Girdimançay-Qaranohur və Dəmiraparançay-Qəbələ hidroloji məntəqələrində və Şəki RHMM-in tabeliyində olan Balakənçay-Balakən, Talaçay-Zaqatala (Zaqatala HMS-in vasitəsi ilə), Kürmükçay-İlisu, Alazan-Əyriçayın mənsəbindən 1,7 km aşağı, Damarçıq-Mənsəb, Çuxadurmaz-Mənsəb və Qaynar-Mənsəb hidroloji məntəqələrində su sərfi (ay ərzində 5-6 dəfə), Alazan-Əyriçayın mənsəbindən 1,7 km aşağı hidroloji məntəqəsində isə su sərfi və səviyyə məlumatları (ay ərzində 3 dəfə) ölçülərək telefonla operativ olaraq RHMM-lərə, RHMM-lərdən isə telefon, sms vasitəsi ilə MHD-nin Hidrometeoroloji Proqnozlar Bürosunun (HPB) Hidroloji proqnozlar şöbəsinə göndərilir. Balakənçay-Balakən, Talaçay-Zaqatala (Zaqatala HMS-in vasitəsi ilə), Kürmükçay-İlisu, Damarçıq-Mənsəb və Dəmiraparançay-Qəbələ (Qəbələ HMS-in vasitəsi ilə) hidroloji məntəqələrindən dekadalıq temperatur və yağıntı məlumatları (il boyu) və pentadalıq (beş günlük) qar məlumatları (oktyabr-aprel aylarında) operativ olaraq telefon, sms vasitəsi ilə Hidroloji proqnozlar şöbəsinə göndərilir. Hidroloji proqnozlar şöbəsinə daxil olmuş hidroloji müşahidə məlumatları təhlil edilərək Girdimançay-Qaranohur, Dəmiraparançay-Qəbələ, Türyançay-Su qovşağı, Balakənçay-Balakən, Talaçay-Zaqatala, Kürmükçay-İlisu, Alazan-Əyriçayın mənsəbindən 1,7 km aşağı, Damarçıq-Mənsəb, Çuxadurmaz-Mənsəb və Qaynar-Mənsəb hidroloji məntəqələri üçün ongünlük və uzunmüddətli (aylıq), Alazan-Əyriçayın mənsəbindən 1,7 km aşağı hidroloji məntəqəsi üçün isə qısamüddətli (sutkalıq) hidroloji proqnoz (səviyyə sərf əyrisi əsasında) tərtib edilir.
Yaz-yay gursululuq dövrünü proqnozlaşdırmaq üçün Layihə tətbiq edilən regionlardan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonları ərazisində fevral-mart aylarında qarölçmə işləri həyata keçirilir. Respublika ərazisində qarölçmə işləri ümumilikdə 28 marşrutu əhatə etməklə Layihə tətbiq edilən ərazidə 12 marşrut üzrə 9 çayın (Balakənçay, Katexçay, Talaçay, Kürmükçay, Şinçay, Kişçay, Oğuzçay, Bumçay və Dəmiraparançay çaylarının) hövzəsində həyata keçirilir (şəkil 4-6). Qarölçmə marşrutları əsasən çay dərələrinin dibi ilə və ölçü işləri daimi seçilmiş qarölçmə meydançalarında aparılır. Qarölçmə işlərində qar örtüyünün hündürlüyü, sıxlığı və sululuğu parametrləri təyin edilərək telefon vasitəsi ilə hidroloji proqnozlar şöbəsinə xüsusi kod şəklində ötürülür. HPB-də ölkə ərazisində tək qar ehtiyatı yox, aprel-iyun aylarında gözlənilən yağıntı, temperaturun dəyişməsi ilə bağlı proqnozlar da hazırlanaraq Azərbaycan ərazisi ilə yanaşı Gürcüstan və Türkiyə respublikalarının ərazilərindəki qar ehtiyatları ilə bağlı məlumatlar da əldə edilir. Lazımi bütün məlumatlar əldə edildikdən sonra təhlillər və hesablamalar aparılaraq mart ayının sonunda yaz-yay gursululuq dövrünün proqnozu tərtib olunur. Şöbədə həmçinin dağ çaylarında gözlənilən daşqın, sel və eləcə də subasma ilə əlaqədar xəbərdarlıqlar hazırlanır, böyük su anbarlarına gündəlik, ongünlük, aylıq və rüblük axım proqnozları verilir. Şöbə həmçinin Respublika çayları üzrə qısamüddətli və uzunmüddətli proqnozlar və təhlükəli hadisələr haqqında xəbərdarlıqlar hazırlamaqla müvafiq təşkilatlara (Fövqəladə Hallar Nazirliyi (FHN), Meliorasiya və Su Təsərrüfatı ASC (MST ASC) və s.) xidmət göstərir [2].
Aylıq hidroloji müşahidələr qeyd edilmiş KQ-1M (suyun və havanın temperatur məlumatları) və KQ-3M (çaya qədər olan məsafə, en kəsik sahəsi, dərinlik, orta sürət və su sərfi məlumatları) hidroloji kitabçaları hər ayın sonu HM-lərdən RHMM-lərə (poçtla, müşahidəçi vasitəsi ilə) göndərilir. RHMM-lərdə məlumatlar müvafiq şöbədə təhlil edildikdən sonra HMM-nin Hidrologiya şöbəsinə (poçtla, RHMM-in işçilərinin vasitəsi ilə) göndərilir, həmin şöbədə yoxlanıldıqdan sonra elektronlaşdırılır və hidroloji illiklər şəklində çox az sayda (1-2 nüsxə) çap edilərək MHD-də saxlanılır. HMM-də hidroloji müşahidə məlumatları əsasında Dövlət Su Kadastrının (DSK) “Yerüstü sular” bölməsi hazırlanır [2].
Şəkil 4. Dəmiraparançay çayının hövzəsində qarölçmə işlərinin aparılması (2011-ci il)
Şəkil 5. Talaçay çayının hövzəsində qarölçmə işlərinin aparılması (2011-ci il)
Şəkil 6. Balakənçay çayının hövzəsində qarölçmə işlərinin aparılması (2011-ci il)
-
|