Hidrometeoroloji məlumatların arxivləşdirilməsi və istifadə qaydaları




Download 2,74 Mb.
bet4/6
Sana15.03.2017
Hajmi2,74 Mb.
#77
1   2   3   4   5   6
Hidrometeoroloji məlumatların arxivləşdirilməsi və istifadə qaydaları

Hidrometeoroloji müşahidə məlumatları qeyd edilmiş hidroloji və meteoroloji kitabçalar elektronlaşdırılaraq 5 il müddətində HMM-də saxlanıldıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fonduna (DİAF) göndərilir. DİAF-a daxil olan hidrometeoroloji kitabçalar qəbul jurnalına qeyd edilərək müəyyən edilmiş rəflərdə yerləşdirilir. Qeyd etmək istərdim ki, yuxarıda adı çəkilən DİAF fiziki arxivdir (qeyri elektron). Bu arxiv fondunda HMM-nin Hidrologiya və Hidrometeoroloji məlumatların işlənilməsi və sistemləşdirilməsi şöbələrində elektronlaşdırılmış hidrometeoroloji məlumatlar mövcud deyildir. Hidroloji məlumatlar HMM-nin Hidrologiya şöbəsində elektron formada  mövcuddur. Meteoroloji məlumatlar isə HMM-nin Hidrometoroloji məlumatların işlənilməsi və sistemləşdirilməsi şöbəsində Norton proqramında yığılmış bazada mövcuddur. DİAF-a daxil olmuş məlumatlardan istifadə etmək üçün ETSN-nin rəhbərliyinə ərizə ilə (məktubla) müraciət edilməlidir. Həmçinin həmin ərizəyə istifadə ediləcək məlumatların siyahısı da əlavə edilməlidir. ETSN-nin rəhbərliyi tərəfindən ərizəyə baxıldıqdan sonra icazə verildiyi təqdirdə ərizə baxılması üçün DİAF-a yönəldilir. Bundan sonra ərizə ilə müraciət etmiş təşkilat və ya şəxs ilə müqavilə imzalanaraq müraciət edən müvafiq məlumatlarla təmin edilir. Qeyd etmək istərdim ki, Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dərəcələrinin və qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 iyul tarixli 115 nömrəli Qərarına (115 №li Qərar) əsasən DİAF-dan istənilən hidrometeoroloji məlumatların verilməsi ödənişlidir. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ödənişli məlumatlardan istifadəyə görə ödəmələrin həcmi müvafiq icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi əsasında mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada hidrometeorologiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər ilə bağlanmış müqavilələrə uyğun müəyyənləşdirilir.

Digər dövlət və ya qeyri-dövlət qurumlarının yuxarıda adı qeyd edilmiş bazaya birbaşa daxil olaraq məlumat əldə etmək imkanı yoxdur. Yəni bu baza idarə və təşkilatlar üçün birbaşa açıq deyildir. MHD-nin müvafiq şöbələrində elektronlaşdırılmış hidrometeoroloji məlumatları əldə etmək üçün ETSN-nin rəhbərliyinə ərizə ilə (məktubla) müraciət edilməlidir. Həmçinin həmin ərizəyə istifadə ediləcək məlumatların siyahısı da əlavə edilməlidir. ETSN-nin rəhbərliyi tərəfindən ərizəyə baxıldıqdan sonra icazə verildiyi təqdirdə ərizə baxılması üçün MHD-yə göndərilir. MHD-nin rəhbərliyi daxil olmuş ərizə və istənilən məlumatların siyahısı ilə tanış olduqdan sonra müraciət etmiş idarə və ya şəxs ilə müqavilə imzalayaraq sifarşçini müvafiq məlumatlarla təmin edir. Qeyd etmək istərdim ki, MHD-dən istənilən hər bir məlumatın verilməsi ödənişlidir (115 №li Qərar).

Layihənin müvəffəqiyyətlə davam etdirilməsi üçün lazım olacaq hidrometeoroloji məlumatları əldə etmək üçün də ETSN-nin rəhbərliyinə məktubla müraciət etmək lazımdır. Qeyd etmək istərdim ki, bu məlumatların da əldə edilməsi ödənişlidir (115 №li Qərar).

Bütün su təsərrüfatı layihə işlərində, sənaye, su təchizatı və digər obyektlərin inşası ilə bağlı hidroloji ekspertiza zamanı ən əvvəl bu və digər çayın su ehtiyatları, orta çoxillik su sərfi, illik axımın tərəddüdü və axımın il ərzində paylanması haqqında məlumat olmalıdır [3].

Operativ və rejim xarakterli hidrometeoroloji məlumatlardan, proqnoz və xəbərdarlıqlardan iqtisadiyyatın ayrı-ayrı sahələrində - kənd təsərrüfatı, suvarma, tikinti, aviasiya, gəmiçilik, energetika və s. sahələrdə istifadə edilməsi böyük səmərə verən, dayanıqlı inkişafı təmin edən amillərdəndir. Yuxarıda adları qeyd edilən sahələr ilə məşğul olan müvafiq dövlət orqanlarına təqdim olunması üçün iqlim resursları, yağıntıların rejimi və yerüstü su resursları haqqında aylıq və illik icmallar, habelə iqlim və aqroiqlim xəritələri (əsas statistik məlumatların əks olunduğu atlas formasında) tərtib edilmişdir. Kənd təsərrüfatında su təminatının yaxşılaşdırılması, suvarma suyundan və suvarılan torpaqlardan səmərəli istifadə edilməsi məqsədi ilə kənd təsərrüfatı strukturları müəyyən edilmiş qaydada aqroiqlim və operativ hidrometeoroloji məlumatlarla təmin edilir. İqlim məlumatlarının təhlili metodlarının inkişaf etdirilməsi, iqlimlə bağlı müxtəlif xarakteristikaların və indekslərin (quraqlıq, termal, yağıntı, ekstremallıq və s.) müntəzəm hesablanması, indeks kataloqlarının yaradılması, son dövrlərin məlumatları nəzərə alınmaqla, hidrometeoroloji parametrlərin çoxillik normalarının hesablanması işləri yerinə yetirilməkdədir.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin 13 HMS-nin havanın orta aylıq temperaturu (0C), yağıntının miqdarı (mm) və günəş parıltısının davamiyyəti (saat) meteoroloji məlumatları Dövlət Statistika Komitəsinin (DSK) www.stat.gov.az internet səhifəsində verilmişdir [4]. Layihənin əhatə etdiyi regionda fəaliyyət göstərən Şəki HMS-in havanın orta aylıq temperaturu və orta aylıq yağıntı məlumatları, Zaqatala HMS-in isə havanın orta aylıq temperaturu, orta aylıq yağıntı və aylar üzrə günəş parıltısının davamiyyəti məlumatları haqqında hesabatı fevral ayının 25-dək DSK-ya və ya elektron formada www.stat.gov.az internet səhifəsinə real-vaxt rejimində təqdim edilməlidir. Yuxarıda adları qeyd edilmiş meteoroloji məlumatlar DSK-nın internet səhifəsində .xls formatında yerləşdirilir.




Download 2,74 Mb.
1   2   3   4   5   6




Download 2,74 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Hidrometeoroloji məlumatların arxivləşdirilməsi və istifadə qaydaları

Download 2,74 Mb.