Cabbar əLƏKBƏrov




Download 61.5 Kb.
bet2/4
Sana24.03.2017
Hajmi61.5 Kb.
#1539
TuriDərs
1   2   3   4
ISBN 978-9952-440-13-3

© Bakı, 2006.


G İ Rİ Ş
Dünyada xalq təsərrüfatının elə bir sahəsi yoxdur ki, orada avtomobil nəqliyyatından istifadə edilməsin. Avtomobil nəqliyyatı ilə daşınan yüklərin və sərnişinlərin miqdarı başqa nəqliyyat növlərinə (dəmir yolu, hava, su və s.) nisbətən xeyli çoxdur. Odur ki, avtomobil nəqliyyatı başqa nəqliyyat növləri içərisində ən kütləvi nəqliyyat növüdür.

Azərbaycanda 2004-cü ildə daşınan 96,9 milyon ton yükün 25,05%-i dəmir yolu, 13,83%-i su və və 65,12%-i isə avtomobil nəqliyyatı ilə daşınımşdır. Deməli, avtomobil nəqliyyatı ilə daşınan yüklərin miqdarı nəqliyyat sistemindəki başqa nəqliyyat növləri ilə birlikdə daşınan yüklərin miqdarından təxminən 2 dəfə çox olmuşdur. Sərnişin daşınmasında da avtomobil nəqliyyatı üzrə göstəricilər, başqa nəqliyyat növlərinə nisbətən daha yüksək olmuşdur. Belə ki, 2000-ci ildə respublikamızda ümumi sərnişin daşımalarının 85,30%-i avtomobil nəqliyyatı ilə həyata keçirilmişdir.

Avtomobillərin texniki istismarı avtomobil nəqliyyatının əsas sistemlərindən biridir. Onun inkişafı və təkmilləşdirilməsi aşağıda göstərilən səbəblərə görə vacibdir: Respublikamızın nəqliyyat sistemində avtomobil nəqliyyatının və onun rolunun intensiv inkişafı, yük və sərnişin daşımalarında əmək, material, yanacaq və energetika resurslarına qənaət edilməsinin labüdlüyü; nəqliyyat sisteminin etibarlı işləyən, yüksək keyfiyyətli hərəkət tərkibi (bütün tip avtomobillər, qoşqular və yarımqoşqular) ilə təmin edilməsi.

A

3
vtomobil nəqliyyatının qarşısında duran ən mühüm problemlərdən biri avtomobillərin istismar etibarlılığının yüksədilməsi və onların saxlanmasına xərclərin azaldılmasından ibarətdir. Bu problemin həlli bir tərəfdən yüksək etibarlılığa malik avtomobillər istehsal edən avtomobil sənayesindən və digər tərəfdən-texniki istismarın metodlarının təkmilləşdirilməsindən, əmək məhsuldarlığının yüksədilməsindən, təmirlər arası yürüşləri artırmaqla avtomobillərin texniki xidmət (TX) və təmirinə əmək və istismar xərclərini azaltmaqdan ibarətdir.



Başqa nəqliyyat növlərindən avtomobil nəqliyyatının üstünlüyü aşağıdakılardır:

  1. Manevrlilik - tələb edilən halda nəqliyyatın bir yerə toplanma imkanı. Avtomobil hərəkət edə biləcəyi bütün məntəqələrdə yüklərin və sərnişinlərin birbaşa yığılması və daşınması. Başqa nəqliyyat növlərinə nisbəton daxili daşınmalarda bu xarakteristika daha yüksək səviyyədə avtomobil nəqliyyatının üstünlüyünü sübut edir.



  2. Download 61.5 Kb.
1   2   3   4




Download 61.5 Kb.