590) İnterferon nədən alınır?
A) İri buynuzlu heyvanların sekresiya vəzilərindən
B) Ağ ciyərdən
C) Qaraciyərdən
D) Virusa yoluxdurulmuş insan qanından
E) Hamilə qadının sidiyindən
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 512
591) Malyariyada istifadə edilməyən preparat hansıdır?
A) Xloroxin(Delagil)
B) Remantadin
C) Primaxin
D) Pirimetamin(Xloridin)
E) Proqvanil-hidroxorid(Biqumal)
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005
592) Trixomonozun müalicəsində istifadə edilən preparat hansıdır?
A) Niklozamid(Fenasal)
B) Pirimetamin( Xloridin)
C) Flukonazol(Flukanol)
D) Akrixin
E) Tinidazol
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 531
593) Metronidazol hansı parazitlərə təsir göstərir?
A) Göbələklərə
B) Bağırsaq çöplərinə
C) Amöblərə və lyamblilərə
D) Qonokokklara
E) Solğun spirixetlərə
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 530
|