594) Qoturluq xəstəliyinin müalicəsində istifadə edilən vasitə hansıdır?
A) Naftamon
B) Niklozamid( Fenasal)
C) Vermoks
D) Vilkinson məlhəmi
E) Furasilin
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh
595) Bitə qarşı istifadə edilən preparatlar necə adlanır?
A) Antasid
B) Hemotoşizotrop
C) Helmintoz
D) Sporontosid
E) Antipedikulyoz preparatlar
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 542
596) Bitə qarşı istifadə edilməyən vasitə hansıdır?
A) İtaks
B) Pedilin
C) Kükürd məlhəmi
D) Fenotrin (Anti-Bit)
E) Permetrin (Nittifor)
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 542
597) Tetrasiklin qrupundan olan antibiotiklərin təsir mexanizmi nədən ibarətdir?
A) Mikrob hüceyrələrində RNT sintezinə pozucu təsir göstərir
B) Mikrob hüceyrələrində zülal biosintezini tormozlayır
C) Mikrob hüceyrəsi divarının biosintezini pozur
D) Mikrob hüceyrələrində DNT sintezinə pozucu təsir göstərir
E) Mikrob hüceyrəsinin sitoplazmatik membranının keçiriciliyini pozur
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 477
|