671) Cirə meyvəsində hansı əsas təsiredici maddə var?
A) Efir yağı
B) Aşı maddələri
C) Vitaminlər
D) Saponinlər
E) Ürək qlikozidləri
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.249-252.
672) Dərman məqsədilə razyananın hansı hissəsindən istifadə olunur?
A) Çiçəklərindən
B) Yarpaqlarından
C) Kökündən
D) Meyvələrindən
E) Toxumundan
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.252.
673) Təbabətdə kəklikotundan nə məqsədlə istifadə olunur?
A) Ödqovucu kimi
B) Qankəsici kimi
C) Öskürək əleyhinə
D) Sakitləşdirici kimi
E) Sidikqovucu kimi
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.254.
674) Qaraqınıq otundan nə məqsədlə istifadə olunmur?
A) Sakitləşdirici kimi
B) Bəlğəmgətirici kimi
C) Qıcolma əleyhinə
D) Tərlədici kimi
E) Qurdqovucu kimi
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.256.
675) Bitkilərdən hansı körpə uşaqlarda bağırsaq sıxılmaları zamanı istifadə olunur?
A) Tozağacının tumurcuqları
B) Üskükotu yarpağı
C) Qızılçətir
D) Xoruzgülü otu
E) Razyana meyvəsi
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.252.
|