682) “İmmunal”preparatının tərkibində hansı bitkinin şirəsi vardır?
A) Erkək ayıdöşəyinin
B) Termopsis otunun
C) Kəklikotunun
D) Çobanyastığının
E) Qırmızı exinaseyanın
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.471-474.
683) Boymadərənotu hansı məqsədlə istifadə olunur?
A) Sakitləşdirici kimi
B) Sidikqovucu kimi
C) Qurdqovucu kimi
D) Qankəsici kimi
E) Ödqovucu kimi
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.245-247.
684) Gəcəvər (iyir) bitkisinin hansı hissəsi dərman məqsədilə istifadə olunur?
A) Meyvəsi
B) Kökümsovu
C) Yarpağı
D) Çiçəyi
E) Toxumu
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.228-229.
685) “Vikalin”, “Vikair” preparatlarının tərkibinə hansı bitkinin poroşoku daxildir?
A) Acıçiçək kökünün
B) Psoraleya kökünün
C) Qurd pəncəsinin kökümsovunun
D) Palıd qabığının
E) Gəcəvər ( İyir ) kökümsovunun
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.228-229.
|