706) Hansı bitki jenşen kökünü əvəz edə bilər?
A) İyir kökümsovu
B) Zəncirotu kökü
C) Eleuterokokkun kökümsovu
D) Bəlğəmotu kökü
E) Zəyərək toxumu
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.512-514.
707) Tibbidə dərman xammalı kimi ayıqulağı bitkisinin hansı hissəsindən istifadə edilir?
A) Toxumundan
B) Kökündən
C) Çiçəyindən
D) Gövdəsindən
E) Yarpağından
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 465.
708) Ayıqulağı yarpaqlarından hazırlanmış preparatlar hansı xəstəliklərdə istifadə edilir?
A) Sidik yollarının xəstəliklərində
B) Qan-damar sisteminin xəstəliklərində
C) Qaraciyər xəstəliklərində
D) Yuxarı tənəffüs yollarının xəstəliklərində
E) Sinir sisteminin xəstəliklərində
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.465.
|