697) Hansı bitkinin quru ekstraktı “Adonis-brom” tabletinin tərkibinə daxildir?
A) Kəndir kökünün
B) Güyəmə qabığının
C) Strofant toxumunun
D) Xoruzgülü otunun
E) İnciçiçəyi otunun
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 279-281.
698) Xoruzgülü otunun preparatları hansı xəstəlikdə istifadə edilmir?
A) Mədə-bağırsaq xəstəliklərində
B) Nevrozlarda
C) Epilepsiyada
D) Yuxusuzluq zamanı
E) Ürək çatışmazlığı zamanı
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 279-281.
699) Hansı bitkinin preparatları ürəyin fəaliyyətini tənzimləyir?
A) Evkalipt yarpağı
B) İnciçiçəyi otu
C) Adaçayı yarpağı
D) Keşniş meyvəsi
E) Zirə meyvəsi
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.282-283.
|