722) Hansı dərman forması rəvənd kökünün preparatlarına aid deyil?
A) Toz
B) Tinktura
C) Məlhəm
D) Tablet
E) Quru ekstrakt
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.538-540.
723) Xalq təbabətində at əvəliyi kökündən hansı xəstəlikdə istifadə olunur?
A) Osteoxondroz
B) Hipotoniya
C) Taxikardiya
D) Revmatizm
E) Kolit
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 526.
724) At əvəliyi kökünün bişirmə və duru ekstraktından hansı xəstəliklərdə istifadə olunmur?
A) Ürək xəstəliklərində
B) Babasildə
C) Kolit zamanı
D) Mədə-bağırsaq xəstəliklərində
E) Qanazlığında
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 526.
|