729) Dazı otu preparatları hansı xüsusiyyətə malik deyil?
A) İşlədici
B) Revmatizm əleyhinə
C) Antiseptik
D) Sakitləşdirici
E) Büzüşdürücü
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.543-545.
730) Qaragilə yarpaqlarında olan flavonoidlər hansı təsirə malikdir?
A) Qanda şəkəri azaldıcı
B) Sidikqovucu
C) Qurdqovucu
D) Ödqovucu
E) Yuxugətirici
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 626-628.
731) Yemişan çiçəkləri və meyvəsindən hansı xəstəliklərdə istifadə edilir?
A) Qaraciyər xəstəliklərində
B) Mədə altı vəzin xəstəliklərində
C) Ürək-damar xəstəliklərində
D) Tənəffüs yollarının xəstəliklərində
E) Qan-damar xəstəliklərində
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 567-569.
|