747) Dərman gülxətmisinin latınca adı necədir?
A) Carum carvi
B) Althaea officinalis
C) Zea mays
D) Coriandrum sativum
E) Linum usitatissimum
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.80.
748) Pişikotu bitkisinin hansı hissələri dərman xammalıdır?
A) Toxumu
B) Çiçəyi
C) Yarpağı
D) Meyvəsi
E) Kök və kökümsovu
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 214.
749) Qızılağacın hamaş meyvəsi təbabətdə hansı xəstəliklərdə istifadə edilir?
A) Mədə-bağırsaq xəstəliklərində
B) Ağ ciyər xəstəliklərində
C) Ürək xəstəliklərində
D) Zob xəstəliyində
E) Sinir-sisteminin xəstəliklərində
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 615-617.
750) Ayıdöşəyi kökümsovunun preparatları nə məqsədlə istifadə olunur?
A) Qankəsici kimi
B) Sidikqovucu kimi
C) Qurdqovucu kimi
D) Ödqovucu kimi
E) Yuxugətirici kimi
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.474-476.
|