818) Çətinliklə poroşok halına gələn dərman maddəsi hansıdır?
A) Kamfora
B) Analgin
C) Streptosid
D) Akrixin
E) Riboflavin
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı-2005 səh 36
819) Poroşokların hazırlanma texnologiyasına hansı mərhələ aid deyil?
A) Dozalama
B) Həlletmə
C) Xırdalama
D) Qarışdırma
E) Bükmə
Ədəbiyyat: F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” BAKI 1989 səh 68
820) Protorqolun tərkibində neçə faiz gümüş var?
A) 100%
B) 8,3%
C) 10%
D) 20%
E) 70%
Ədəbiyyat: IX DF səh 387 Mockba 1961
821) Göstərilən maddələrdən hansı boyayıcı maddələrə aiddir ?
A) Bor turşusu, streptosid
B) Kamfora, novokain
C) Amidopirin, furasilin
D) Metilen abısı, analgin
E) Riboflavin, akrixin
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı,2005 səh 37
|