833) Bu resept hansı poroşoklara aiddir?
Rp.: Acidi ascorbinici 0,1
Sacchari 0,3
M.f.pulv
D.t.d. №15
S. Bir poroşokdan gündə 3 dəfə
A) Dozalanmamış mürəkkəb poroşoklara
B) Sadə dozalanmış poroşoklara
C) Xaricə işlənən poroşoklara
D) Sadə dozalanmamış poroşoklara
E) Dozalanmış mürəkkəb poroşoklara
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı, 2005 səh 36
834) Aptekdə hazırlanmış qatı ekstrakt məhlulunun saxlanma müddəti neçə gündür?
A) 8 gün
B) 5 gün
C) 12 gün
D) 10 gün
E) 15 gün
Ədəbiyyat: F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 78
835) Dozalanmış mürəkkəb poroşoklar necə təyin edilir?
A) İslatma üçün
B) İmalə üçün
C) Qarqara üçün
D) Xaricə
E) Daxilə
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı, 2005 səh 35
836) Aptekdə zəhərli və narkotik dərman maddələrinin saxlanmasına cavabdeh şəxs kimdir?
A) Aptekin nəzarətçisi
B) Aptekin reseptarı
C) Aptekin defektarı
D) Əmrlə təyin edilən şəxs
E) Aptek müdirinin müavini
Ədəbiyyat: Ə.İ.İsmayılov və T.Ə.Təhməzov, S.Ə.Tağıyev. “Dərman formalarının texnologiyası” Bakı,1988 səh 38
|