837) Reseptdə rezerpinin triturasiyadan (1:100) nə qədər götürülür?
Rp.: Reserpini 0,0002
Dibasoli 0,01
Barbitali natrii 0,2
M.f.pulv
D.t.d. №10
S. Bir poroşokdan gündə 3 dəfə
A) 0,25
B) 0,3
C) 0,2
D) 0,1
E) 0,15
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı, 2005 səh 37
838) Yığıntıların tərkibinə duz necə əlavə olunur?
A) Bitki hissələri ilə qarışdırılır
B) Duz verilmir
C) Poroşok şəklində bükülüb verilir
D) Suda həll edilir ,üzərinə çilənir
E) Yağda həll edilir üzərinə səpilir
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı, 2005 səh 61
839) Göstərilən hansı dərman maddəsindən triturasiya hazırlanır?
A) Eufillin
B) Sulfadimezin
C) Skopolamin-hidrobromid
D) Analgin
E) Anestezin
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.”Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı, 2005 səh 37
840) Daxilə qəbul edilən məhlulların hazırlanmasında hansı həlledicidən istifadə olunmur?
A) Günəbaxan yağı
B) Şaftalı yağı
C) Etil spirti
D) Terpentin yağı
E) Destillə suyu
Ədəbiyyat: F.Ə.Təhməzov, Ə.İ. İsmayılov, S.Ə.Tağıyev. “Dərman formalarının texnologiyası”. Bakı, 1989 səh 84
|