872) İnyeksiya məhlullarını nə vaxt sterilizə etmək lazımdır?
A) Dərman maddəsi və su ayrılıqda sterilizə edildikdən sonra
B) Dərman maddəsini sterilizə etdikdən sonra
C) Destillə suyu sterilizə edildikdən sonra
D) Məhlulu analiz etdikdən sonra
E) Məhlulu hazırladıqdan sonra
Ədəbiyyat: F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 218
873) İnyeksiya məhlullarını sterilizə etdikdə flakonun üzərində üçkünc yarlıq olarsa məhlulun tərkibində hansı dərman maddəsi var?
A) Güclü təsiredici dərman maddəsi
B) Qlükoza
C) Zəhərli dərman maddəsi
D) Kofein natrium- benzoat
E) Novokain
Ədəbiyyat: F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 218
874) Yüksək temperatura davamsız maddənin inyeksiya məhlulu hansı üsulla hazırlanır?
A) Su buxarında sterilizə etməklə
B) Suda qaynatmaqla
C) Aseptik üsulla
D) Avtoklavda sterilizə etməklə
E) Kimyəvi üsulla
Ədəbiyyat: F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 219
875) Sterilizasiya zamanı parçalanan maddələrdən inyeksiya üçün məhlullar necə hazırlanır?
A) Suda həll etməklə
B) Qaynatmaqla
C) 0,5% fenol əlavə etməklə
D) Birbaşa sterilizə etməklə
E) Süzməklə
Ədəbiyyat: F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 219
|