1002) Vişnevski linimentinin tərkibinə hansı bitki yağı daxildir?
A) Gənəgərçək yağı
B) Günəbaxan yağı
C) Dəlibəng yağı
D) Efir yağı
E) Batbat yağı
Ədəbiyyat: F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, S. Ə. Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989, səh 149
1003) Streptosid, bor turşusu məlhəm əsası ilə hansı növ məlhəm əmələ gətirir?
A) Qarışıq tipli məlhəm
B) Ekstraksion məlhəm
C) Emulsion məlhəm
D) Suspenzion məlhəm
E) Homogen məlhəm
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri” Bakı 2005 səh 186
1004) Kollarqol məlhəmi necə hazırlanır?
A) Birbaşa bitki yağında həll edilir vazelinlə qarışdırılır
B) Birbaşa lanolinlə qarışdırılır
C) Uçucu mayelərdə həll edilir vazelinlə qarışdırılır
D) Birbaşa vazelinlə qarışdırılır
E) Destillə suyunda həll edilir, emulqatorla qarışdırırlır, məlhəm əsasına verilir
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri” Bakı;2005 səh 188
|