253) “Cumulare” sözünün mənası nədir?
A) Əritmək
B) Parçalanmaq
C) Qan
D) Yerli
E) Toplanmaq
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 66
254) Tibbi təcrübədə dərmanlar hansı dozalarda işlənir?
A) Orta müalicə dozasında
B) Maksimal müalicə dozasında
C) Zəhərləyici dozada
D) Minimal müalicə dozasında
E) Zərbə dozasında
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 68
255) Hansı maddələr maddi kumulyasiya törədir?
A) Ürək qlikozidləri
B) Saponinlər
C) Sulfanilamidlər
D) Alkaloidlər
E) Antibiotiklər
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 66
256) Yerli anesteziyaedici maddələrin selikli qişadan sorulmasının qarşısını almaq üçün hansı preparat istifadə edilir?
A) Baralgin
B) Epinefrin (Adrenalin-hidroxlorid)
C) Validol
D) Lidokain
E) Atropin
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 76
257) Yerli anesteziyaedici dərman maddələrinin təsir mexanizminə aşağıdakılardan hansı aiddir?
A) Damarları genişləndirir
B) Na+ kanallarını blokadaya alır
C) İltihabı aradan qaldırır
D) K+ kanallarını blokadaya alır
E) Zulalları koagulyasıya edir
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 74
258) Yerli anesteziyaedici maddələrin təsir müddətini uzatmaq üçün bu maddələrdən hansı istifadə edilir?
A) Tannin məhlulu
B) Etil spirti
C) Benzilpenisillin
D) Hidrogen- peroksid
E) Fenilefrin (Mezaton)
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 76
259) Parçalanma məhsulu para-aminobenzoy turşusu olan yerli anesteziyaedici maddənin adı nədir?
A) Benzokain (Anestezin)
B) Prokain-hidroxlorid (Novokain)
C) Trimekain-hidroxlorid
D) Kokain
E) Lidokain
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005səh 78
260) Hansı xassəsinə görə Benzokain (anestezin) cərrahiyyə təcrübəsində istifadə edilmir?
A) Efirdə yaxşı həll olur
B) Suda yaxşı həll olur
C) Suda pis həll olur
D) Yağda yaxşı həll olur
E) Spirtdə yaxşı həll olur
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 79
|