Güc transformatorları və şuntlayıcı yağ reaktorları




Download 135.69 Kb.
bet3/21
Sana31.03.2022
Hajmi135.69 Kb.
#19124
TuriQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   21
Bog'liq
Elektik stansiyalarin v B K L R N n texniK ST smar qaydalar
Daten#bersicht - Kran ma#inisti , Generator deyilir. V ya Mexaniki enerjini elektrik enerjisin , M hazir materiallar M llim t e. n. Salahov Rafiq Azad o lu, 1840-cı illər islahatları, Araz Çayı
3. Güc transformatorları və şuntlayıcı yağ reaktorları


3.1. Transformatorları (avtotransformatorları) və şuntlayıcı yağ reaktorlarını (bundan sonra reaktorlar) istismar edərkən onların etibarlı və uzunmüddətli işləməsi şərtləri təmin edilməlidir. Transformatorların (reaktorların) yükləri, gərginlik səviyyəsi və ayrı-ayrı elementlərinin temperaturu, yağın xarakteristikaları və izolyasiyanın parametrləri buraxıla bilən normalar həddində olmalıdır. Soyudulma, gərginliyin tənzimlənməsi qurğuları və digər elementlər saz vəziyyətdə olmalıdır.
3.2. Qaz mühafizəsi qurğusu ilə təchiz olunmuş transformatorlar (reaktorlar) elə quraşdırılmalıdır ki, qapağın qaz relesi istiqaməti üzrə yuxarıya meyilliyi 1%-dən, yağ kəmərinin genişləndiriciyə tərəf yuxarıya meyilliyi isə 2%-dən az olmasın. İşlənmiş qazlar çıxan borunun boşluğu (bacası) genişləndiricinin boşluğu ilə birləşdirilməlidir. Lazım gələrsə, işlənmiş qazlar çıxan borunun çıxışındakı membrana (diafraqma) istehsalçı zavod tərəfindən istehsal edilən oxşar diafraqma ilə əvəz edilməlidir.
3.3. Yağqəbulediciləri, yağayırıcıları və yağyığıcıları, stasionar yanğınsöndürmə vasitələri daima saz vəziyyətdə olmalıdır.
3.4. Açıq havada quraşdırılan transformatorların çənlərində və reaktorların üzərində stansiya (yarımstansiya) nömrələri göstərilməlidir. Bu cür nömrələr transformator məntəqələrinin və kameralarının qapılarında və içərisində də olmalıdır. Birfazalı transformatorların çənlərində və reaktorlarda fazanın rəngi göstərilməlidir. Açıq havada quraşdırılan transformator və reaktorlar havanın və yağların təsirinə davamlı olan açıq rənglə boyanmalıdır.
3.5. Transformatorların (reaktorların) soyuducu qurğularının elektrik mühərriklərinin qidalanması, bir qayda olaraq iki mənbədən, yağın məcburi dövranı ilə soyudulan transformatorlar (reaktorlar) üçün isə EAQ (ehtiyatın avtomatik qoşulması) tətbiq etməklə, yerinə yetirilir.
3.6. Transformatorların yük altında gərginliyin tənzimlənməsi (YAT-yük altında tənzimləmə) qurğusu işdə avtomatik rejimdə olmalıdır. Əgər şəbəkədə gərginliyin dəyişilməsi elektrik enerjisi istehlakçılarının tələblərini təmin edən hədlər daxilindədirsə, enerjisistemin texniki rəhbərinin göstərişi ilə YAT qurğusunun qeyri-avtomatik iş rejimində istifadəsi mümkündür. Bu halda YAT qurğusunda əməliyyatlar məsafədən idarəetmə pultundan aparılır.
Gərginlik altındakı transformatorun YAT qurğusunda əllə (dəstəklə) əməliyyatın aparılması qadağandır.

Download 135.69 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   21




Download 135.69 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Güc transformatorları və şuntlayıcı yağ reaktorları

Download 135.69 Kb.