Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası




Download 27.4 Kb.
bet1/7
Sana26.06.2023
Hajmi27.4 Kb.
#75780
  1   2   3   4   5   6   7
Bog'liq
Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası


Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.3.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 11 fevral 2020-ci il
№ 41



Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası
QAYDASI
Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası üzrə münasibətləri tənzimləyir.
1. Ümumi tələblər
1.1. Tətbiq sahələri
1.1.1. Bu Qayda elektrik və istilik sahəsində fəaliyyətdə olan və yenidən qurulan elektrik stansiyalarının və istilik məntəqələrinin, həmçinin elektrik və istilik şəbəkələrinin, qızdırıcı qazanxanaların mexaniki və suhazırlayan avadanlıqların, avtomatika və nəzarət ölçü cihazlarının (NÖC) istismarı, təmiri, əməliyyat çevirmələri, saxlanması, sazlanması və sınağı ilə məşğul olan heyətə aiddir.
1.1.2. Bu Qaydanın tələblərinə riayət etmək məcburidir. Hər bir işçi, bu Qaydanın tələblərinin pozulma hallarının qarşısını ala bilmədikdə, birbaşa öz rəhbərinə, o olmadıqda isə yuxarı vəzifəli rəhbərliyə, insan həyatına təhlükə yaradan bütün pozuntular, avadanlığın, maşın və mexanizmlərin, alət və mühafizə vasitələrinin, aparatların sıradan çıxması haqqında məlumatlandırmalıdırlar.
İnzibati-texniki heyət yerli şəraitlərə uyğun olaraq, işlərin təhlükəsizliyini artırmaq üçün müxtəlif hallarda əlavə tədbirlər görməlidir.
Elektrik və istilik qurğularına xidmət edən elektrotexniki heyətə olan tələblər “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”na uyğun həyata keçirilməlidir.
1.1.3. Elektrik və istilik qurğularının əsas və yardımçı avadanlıqlarının mexaniki və avtomatlaşdırılmış vasitələrinin layihələndirilməsi, tikilməsi, quraşdırılması və istismarının təşkili qüvvədə olan qaydalara və tikinti normalarına uyğun olmalıdır.
1.1.4. Bu Qayda elektrik və istilik qurğularının istismarı zamanı təhlükəsizlik texnikasına riayət edilməsi tələblərini özündə əks etdirir, işə buraxılan və işləyən heyətə istismar, təmir, sazlanma və sınaq zamanı bu Qaydanın tələblərindən kənara çıxmaq yol verilməzdir.
1.1.5. İstismar zamanı istifadə edilən mühafizə vasitələri və alətlər “Elektrik qurğularında istifadə olunan mühafizə vasitələrinin istismar və sınaq Qaydaları”na və qüvvədə olan normalara uyğun istifadə olunmalıdır və sınaq müddətlərinə uyğun yoxlamadan keçməlidir.
1.1.6. İnsanlarla əlaqəli bədbəxt hadisələr baş verdikdə, zərərçəkəni xilas etmək üçün, icazə almadan onu dərhal elektrik cərəyanının təsirindən azad etmək lazımdır. Elektrik cərəyanı təsirindən azad olma AZS 587-2011. “Elektrik stansiyaları və istilik şəbəkələri istilik-mexaniki avadanlıqlarının istismarında təhlükəsizlik texnikası Qaydaları”na əsasən aparılmalıdır.

Download 27.4 Kb.
  1   2   3   4   5   6   7




Download 27.4 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası

Download 27.4 Kb.