• Personal folder
  • Windows Explorer (Windows bələdçi
  • Qeyd: fayl və qovluqlar This PC qovluğuna kopyalana bilməz.  Network (Şəbəkə)




    Download 1,08 Mb.
    Pdf ko'rish
    bet25/39
    Sana23.12.2023
    Hajmi1,08 Mb.
    #127562
    1   ...   21   22   23   24   25   26   27   28   ...   39
    Bog'liq
    57042 (1)

    Qeyd: fayl və qovluqlar This PC qovluğuna kopyalana bilməz. 
    Network (Şəbəkə)–xüsusi qovluq olub, lokal şəbəkəyə qoşulmuş kompüterlərin diskləri 
    daxilində olan informasiyalara giriş və obyektlər üzərində müxtəlif əməliyyatların icrası üçün istifadə 
    olunur. 
    Personal folder qovluğu qeydiyyat yazısı olan şəxsin fayl və qovluqlarının saxlandığı xüsusi 
    qovluqdur. 
    Səbət (Recycle Bin). Silinmiş obyektlərin müvəqqəti saxlandığı xüsusi sistem qovluğudur. Yalnız 
    Recycle Bin qovluğunda iki eyni adlı obyekt ola bilər. ƏS kompüterə birinci dəfə quraşdırılarkən İş 
    masasında yalnız Səbətin nişanı olur. Səbətdən silinmiş obyekti geri qaytarmaq üçün Restore əmri, 
    səbətdəki bütün elementləri silmək üçün Empty Recycle Bin əmri icra olunur. 
    49. «Мои документы» (Sənəd) qovluğu 
    «Мои документы» qovluğu – içərisində sənədlərin, şəkillərin və tez müraciət tələb olunan 
    faylların saxlanması rahat olan qovluqdur. Ofis proqramları, WordPad və ya Paint kimi proqramlar, öz 
    fayllarını avtomatik olaraq «Мои документы» qovluğunda saxlayırlar.
    50. Windows -un Bələdçi (Explorer) proqramı. 
    Windows Explorer (Windows bələdçi) - əmrinin üzərində mausun sıxılması nəticəsində 
    qovluqlar üzrə hərəkət etmə üçün nəzərdə tutulmuş xüsusi qovluq pəncərəsi açılır.
    Windows Explorer (Windows bələdçisi, Проводник) xidməti proqram olub, fayl dispetçerləri 
    kateqoriyasına aiddir. WINDOWS EXPLORER kompüterin fayl strukturu üzrə naviqasiyası 
    (naviqasiyanın məqsədi lazımi qovluğa və onun içindəkilərə müraciəti təmin etməkdir.Fayl strukturu 


    23 
    ilə naviqasiya bələdcinin sol panelində aparılır.) və xidməti üçün, yəni fayl və qovluqlarla işləmək üçün 
    nəzərdə tutulmuş xüsusi xidmətediсi proqramdır. 
    Fayl və qovluqlarla işlərin təşkili dedikdə onların yaradılması, faylların və qovluqların disketə, işçi 
    masaya və başqa kataloqlara göndərilməsi, surətinin köçürülməsi, yerinin və adının dəyişdirilməsi, 
    silinməsi, fayl və qovluq haqqında məlumatların ekrana çıxarılması və s. başa düşülür. Bu işlərin 
    səmərəli təşkili birinci növbədə bu məqsədlə yaradılmış texnologiyadan asılıdır. Belə texnologiyalara 
    nümunə kimi Windows Explorer proqramını göstərmək olar. 
    Windows Explorer proqramını yükləmək üçün: 
    1.Пуск (Start) → Программы (Programs) → Стандартные → Проводник (Windows Explorer).
    2.Пуск (Start) → Kontekst menyu → Проводник (Windows Explorer).
    3.Мой компьютер → Kontekst menyu → Проводник (Windows Explorer). 
    4.İstənilən qovluq açılır → Alətlər panelində «Папки» düyməsi basılır. 
    Windows Explorer proqramı yükləndikdə ekrana onun eyni adlı pəncərəsi çıxır. Bu pəncərə iki 
    paneldən: sol (qovluqlar paneli) və sağ (qovluğun tərkibini göstərən panel) panellərdən ibarətdir. Sol 
    paneldə qovluqların adları yerləşir. Həmin adların qarşısında bəzən “+”, bəzən isə “-“ işarəsi olur. “+” 
    işarəsi bu qovluğun içərisində digər alt qovluqların olmasını, “-“ işarəsi isə bu qovluğun açıq olmasını 
    göstərir. 
    Windows Explorer pəncərəsinin sol panelindəki qovluqlarından yalnız biri açıq ola bilər. Qovluğu 
    açmaq üçün mausun sol düyməsini onun adının üzərində sıxmaq lazımdır. Pəncərənin sağ hissəsindəki 
    panelində açıq olan qovluqdakı elementlərin - fayl və qovluqların siyahısı verilir. 
    51. Fayl və onun tipləri. 

    Download 1,08 Mb.
    1   ...   21   22   23   24   25   26   27   28   ...   39




    Download 1,08 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Qeyd: fayl və qovluqlar This PC qovluğuna kopyalana bilməz.  Network (Şəbəkə)

    Download 1,08 Mb.
    Pdf ko'rish