• Faylın surətinin çıxarılması
  • Faylın ləğv edilməsi
  • (Recycle Bin, Корзина )
  • Klasterlər
  • Faylın adının dəyişdirilməsi




    Download 1,08 Mb.
    Pdf ko'rish
    bet27/39
    Sana23.12.2023
    Hajmi1,08 Mb.
    #127562
    1   ...   23   24   25   26   27   28   29   30   ...   39
    Bog'liq
    57042 (1)

    Faylın adının dəyişdirilməsi – bu əməliyyat faylın adının dəyişdirilməsi üçündür. Bunun üçün 
    kontekst menyudan Rename (Переименовать) əmrini yerinə yetirib yeni adı klaviaturadan daxil 
    etməliyik. Faylın adını dəyişdirmək üçün onun adının üzərində fasilə ilə iki dəfə mausla vurmaq, ya da 
    həmin faylı seçib, klaviaturadan F2 düyməsini vurmaq lazımdır. 
     
    Faylın yerinin dəyişdirilməsi – Əgər biz faylın surətini əvvəlki qovluqda saxlamadan başqa bir 
    yerdə saxlamaq istəyiriksə, onu həmin yerdən “kəsib” götürə bilərik: kontekst menyudan Cut 
    (Вырезать) , (Ctrl+X) əmrini yerinə yetirdikdən sonra lazım olan yeri seçib, Paste (Вставить) , (Ctrl+V) 
    əmrini yerinə yetiririk.
    Faylın surətinin çıxarılması : bu əməliyyat faylın surətini yaradıb onu başqa yerdə yadda 
    saxlamaq üçündür. Bunun üçün həmin faylı qeyd edib kontekst menyudan Copy (Копировать) , 
    (Ctrl+C) əmrini yerinə yetirmək, sonra surətin yerləşəcəyi qovluğu və ya diski açıb kontekst menyudan 
    Paste (Вставить) , (Ctrl+V) əmrini yerinə yetirmək lazımdır.
    Faylın ləğv edilməsi : bu əməliyyat lazımsız faylları silmək üçündür. Bunun üçün faylı qeyd edib, 
    kontekst menyudan Delete (Удалить) , (Del) əmrini seçmək , və ya klaviaturanın Delete düyməsini 
    sıxmaq lazımdır. Ləğv edilmiş fayllar səbətə (Recycle Bin, Корзина )düşür. Əgər faylları səbətə 
    göndərilmədən ləğv etmək lazımdırsa, Shift+Del kombinasiyasından istifadə edilməlidir.
    Faylı digər bir yerə göndərmək : faylı qeyd etdikdən sonra kontekst menyunun Send To 
    (Отправить) bölməsinin əmrlərindən birini yerinə yetirməklə faylı elektron poçtla bir ünvana , “My 
    documents” qovluğuna , Flash diskə və s. göndərmək olar.
    Faylın yaradılması və onda edilmiş dəyişikliklərin tarixi, tipi, ölçüsü, atributları haqqında 
    məlumat əldə etmək üçün onu qeyd edib kontekst menyudan Properties (Свойства) əmrini yerinə 
    yetirmək kifayətdir. 
    53. Klaster və sektor. 


    25 
    Yaddaş diskləri klaster adlanan və nömrələnmiş kiçik hissələrə bölünür ki, fayllar yaddaşa yazılan 
    zaman informasiya müxtəlif klasterlərə yığılır. Əgər bir fayl klasterin müəyyən hissəsini tutubsa, boş 
    qalan hissəyə başqa bir fayl yazıla bilməz. Komputerin sürətli inkişafı nəticəsində yaddaş qurğularının 
    həcmi də artırdı və buna uyğun olaraq bir klasterədüşən yaddaş sahəsi də böyüdülmüş oldu. Lakin 
    yazılan fayl çox kiçik olsa belə ən azı bir klateri tutur və həmin klasterdə tutur və həmin klastredə 
    istifadə olunmayan yaddaş sahəsi də istifadədən kənarda qalır, yəni ititr. Klasterlər (cluster) diskin 
    ölçüsündən asılı olaraq bir və ya bir neçə sektordan ibarətdir, faylın və ya faylın bir hissəsinin 
    yazılması üçün nəzərdə tutulur.Sektor faylın oxunub - yazılması üçün ən kiçik disk hissəsidir. Windows 
    7 əməliyyat sistemində NTFS fayl sistemindən istifadə edilir və burada klasterin həcmi 512 bayt-dan 
    64 Kbayt-a qədər ola bilər (adətən 4 Kbayt olur). Disk sektorunun ölçüsü isə 512 bayt təşkil edir.Fayl 
    sistemləri tərəfindən diskin klasterə ayrılması fiziki
    54. NTFS fayl sistemi. 
    55. Fayl .Fayl sistemləri 
    Windows ƏS-də birneçə fayl sistemi mövcuddur: FAT 16, FAT 32, NTFS.

    Download 1,08 Mb.
    1   ...   23   24   25   26   27   28   29   30   ...   39




    Download 1,08 Mb.
    Pdf ko'rish