• Təlim nəticələri Bədii nümunələrdə təsvir və ifadə vasitələrini bir- birindən fərqləndirir İnteqrasiya Fəndaxili İş üsulu
  • 3.4 Məlumat mubadiləsi və müzakirəsi (8 dəq)
  • 6. Yaradıcı tətbiqetmə (9 dəq)
  • Qruplar Meyarlar I qrup II qrup III qrup
  • Fənn Ədəbiyyat Sinif VII-XI mövzu




    Download 204,25 Kb.
    Pdf ko'rish
    Sana26.01.2024
    Hajmi204,25 Kb.
    #146222
    Bog'liq
    Bədii təsvir və ifadə vasitələri



    Fənn 
    Ədəbiyyat 
    Sinif 
    VII-XI 
    Mövzu 
    Bədii təsvir və ifadə vasitələrinin bir-birindən 
    fərqləndirilməsi 
    Altstandart 
    1.2.3. Bədii nümunələrdə təsvir və ifadə 
    vasitələrinin (epitet, təşbeh, mübaliğə, bədii sual, 
    təkrir, litota) rolunu aydınlaşdırı 
    Təlim nəticələri 
    Bədii nümunələrdə təsvir və ifadə vasitələrini bir-
    birindən fərqləndirir 
    İnteqrasiya 
    Fəndaxili 
    İş üsulu 
    Beyin həmləsi, müəllimin şərhi, müzakirə 
    İş forması 
    Kollektivlə iş, qrupla iş, fərdi iş 
    Resurs 
    Dərslik, komputer, proyektor, təqdimat 
    Dərs prosesi 
    1. 
    Motivasiya (5 dəq): Şagirdlər artıq həm bədii təsvir, həm də ifadə vasitələri 
    ilə tanışdır. Onlara Mikayıl Müşfiqin “Həyat sevgisi” şeirindən bir bəndi nümayiş 
    etdirib, burada hansı bədii təsvir və ifadə vasitələrinin olduğunu soruşuram.
     
    Ah, mən gündən-günə bu gözəlləşən 
    İşıqlı dünyadan necə əl çəkim? 
    Bu yerlə çarpışan, göylə əlləşən 
    Dostdan, aşinadan necə əl çəkim?
     
     
    Tədqiqat sualı : Bədii təsvir və ifadə vasitələrinin hansı xüsusiyyətləri var 
    2. 
    Tədqiqatın aparılması (10 dəq): Şagirdlər 3 qrupa bölünür. Hər bir qrupa iş 
    vərəqləri paylanır. Qruplara iş vərəqlərində qeyd olunmuş bədii nümunələrdə hansı 
    bədii təsvir və ifadə vasitələrinin istifadə olunduğunu tapmaq tapşırılır. 
     
     
     


    1-ci Qrup 
    Qar tutanda zirvələri
    Dərə, təpə, düz üşüyər.
    Soyuyanda ocaq yeri
    Kül bozarır, köz üşüyər. (H. Arif) metafora-köçürmə,
     
    Mən vətəni canım kimi sevirəm, 
    Ruhum, ətim, qanım kimi sevirəm. ( A. Səhhət) təşbeh-bənzətmə, 
     
    2-ci Qrup 
    Ömrə-günə nə deyim! 
    Yoxdur əsla dincliyim. 
    Mənim odlu gəncliyim, 
    Şimşək tək çaxdı getdi. (H. Arif) bədii sual, bədii təyin, epitet, təşbeh-bənzətmə 
    Su yerinə qan axar köksündəki hər çeşmədən 
    Dağ götürsə dərdimi tab eyləməz bu siqlətə. (S. Təbrizi) mübaliğə-şişirtmə. 
    3-cü Qrup 
    Öpür qayaları, öpür daşları 
    Bala sevgisiylə o ana dağlar 
    Nə yaman qışqırır sular dərədə 
    Səfərə çıxıbdır arana dağlar. (B. Vahabzadə) epitet-bədii təyin, metafora-köçürmə, 
    Mənə gəl-gəl deyir, Təbriz, Miyana 
    Sən necə baxırsan, Arazım, buna! (S. Rüstəm) metonimiya-addəyişmə, 
    3.4 Məlumat mubadiləsi və müzakirəsi (8 dəq): Hər bir qrup bir nümayəndə seçir və öz 
    nəticələrini təqdim edir. Qrupların nəticələri müzkirə olunur. 
    5. Ümumiləşdirmə və nəticə (5 dəq): Deməli, belə bir nəticəyə gəlirik ki, bədii təsvir 
    vasitələri daha çox hər hansı anlayışı, əşyanı, hadisəni, insanı təsvir etmək üçün, oxucuda bu 
    barədə dəqiq təsvir yaratmaq üçün işlədilir və çox vaxt məcazi mənada işlənir. Bədii ifadə 
    vasitələri isə hansısa bir fikri daha dəqiq, daha qüvvətli şəkildə ifadə edir. 
    6. Yaradıcı tətbiqetmə (9 dəq): “Durna teli” əsərini oxuyub buradakı bədii təsvir və ifadə 
    vasitələrini qeyd edin. 


    7. Qiymətləndirmə (dərs boyu aparıla bilər) (3 dəq) : Təlim məqsədlərinə əsasən 
    qiymətləndirməni fərqləndirmə üzrə apararam. 
     
    Qrup qiymətləndirməsi 
    Qruplar 
    Meyarlar 
     
     
    I qrup 
     
    II qrup 
     
    III qrup 
    Bədii təsvir və 
    ifadə vasitələrini 
    fərqləndirir 
    Təqdimetmə 
    Əməkdaşlıq 
    Vaxtdan səmərəli 
    istifadə 
    Yekun 
     
     
    Səviyyələr
     
     
    Meyarlar 
    Ⅰ səviyyə 
    Ⅱ səviyyə 
    Ⅲ səviyyə 
    Ⅳ səviyyə 
    Fərqləndirmə 
    Bədii 
    nümunələrdə 
    təsvir və ifadə 
    vasitələrini bir-
    birindən 
    çətinliklə 
    fərqləndirir 
    Bədii 
    nümunələrdə 
    təsvir və ifadə 
    vasitələrini bir-
    birindən 
    müəllimin 
    köməyi ilə 
    fərqləndirir 
    Bədii 
    nümunələrdə 
    təsvir və ifadə 
    vasitələrini bir-
    birindən əsasən 
    fərqləndirir 
    Bədii 
    nümunələrdə 
    təsvir və 
    ifadə 
    vasitələrini 
    bir-birindən 
    sərbəst 
    fərqləndirir 
    Ev tapşırığı:  

    Download 204,25 Kb.




    Download 204,25 Kb.
    Pdf ko'rish