Həyatin gerçƏK




Download 1.74 Mb.
bet33/209
Sana24.03.2017
Hajmi1.74 Mb.
#1343
1   ...   29   30   31   32   33   34   35   36   ...   209

Canlıların təsnifatı

Canlılar bioloqlar tərəfindən təsnif olunurlar. “Taksonomiya” və ya “sistematika” adlanan bu təsnifatın tarixi Linney kimi tanınan XVIII əsrin isveçli elm adamı Karl von Linneyə qədər gedib çıxır. Linneyin tərtib etdiyi təsnifat sistemi dövrümüzə qədər təkmilləşdirilərək davam etmişdir.


Bu təsnifatda iyerarxik kateqoriyalar var. Canlılar əvvəlcə “aləm”lərə ayrılırlar, bitkilər və ya heyvanlar aləmi kimi. Sonra bu aləmlər öz daxilində şöbələrə bölünür. Şöbələr də alt qruplara ayrılır. Təsnifat yuxarıdan aşağıya doğru belədir:

Aləm (Kingdom)

Şöbə/ tip (Filum)

Sinif (Class)

Dəstə (Order)

Fəsilə(Family)

Cins (Genus, cəmi Genera)

Növ (Species)

Bu gün bioloqların əksəriyyəti beş (və ya altı) ayrı aləm olduğunu qəbul edir. Bitkilər və heyvanlardan başqa göbələklər, protista (yosun və amöb kimi hüceyrə nüvəsi olan təkhüceyrəlilər) və monera (bakteriyalar kimi hüceyrə nüvəsi olmayan təkhüceyrəlilər) hər biri ayrı aləm hesab edilir. Bəzən bakteriyalar eubakteriya və arxeobakteriya adlanan iki yarımqrupa ayrılırlar, bəzən də eubakteriya, arxeobakteriya və eukariot şəklində üç aləmə bölünürlər. Bu aləmlərin ən mühümü, şübhəsiz, heyvanlar aləmidir. Heyvanlar aləminin öz daxilindəki ən böyük təsnifat isə əvvəldə də bildirdiyimiz kimi, müxtəlif şöbələrdir. Bu şöbələr müəyyən edilərkən hər birinin tamamilə fərqli bədən quruluşlarına malik olduqları nəzərə alınmışdır. Məsələn, artropodlar (həşəratlar, hörümçəklər və digər buğumayaqlılar) ayrıca bir şöbədir və şöbəyə daxil edilən bütün canlılar, əsasən, bənzər bədən quruluşuna malikdirlər. Chordata (xordalılar) adlandırılan şöbə isə notochord (embrionun arxa tərəfində onurğanı təşkil edən hüceyrə yığınının əmələ gətirdiyi uzun xorda) və ya daha çox onurğaya malik olan canlıları əhatə edir. Bizim üçün tanış olan balıqlar, quşlar, sürünənlər, məməlilər kimi onurğaya malik olan heyvanların hamısı Chordatanın yarımsinfi olan onurğalılar yarımtipinə daxildir.

Təqribən 35 fərqli canlı şöbəsi arasında osminoqlar kimi yumşaqbədənli canlıları əhatə edən molyusklar şöbəsi və ya girdə soxulcanların daxil olduğu nemotada şöbəsi kimi çox fərqli kateqoriyalar var. Bu kateqoriyaların ən mühüm xüsusiyyəti isə əvvəldə də bildirdiyimiz kimi, tamamilə fərqli bədən quruluşlarına malik olmalarıdır. Şöbələrin yarımkateqoriyaları əsasən bənzər bədən quruluşlarına malikdir, amma şöbələr bir-birlərindən çox fərqlidir.

Bioloji təsnifat haqqındakı bu ümumi məlumatdan sonra indi də bu şöbələrin necə və nə zaman yer üzündə üzə çıxdıqları sualına cavab verək.


Download 1.74 Mb.
1   ...   29   30   31   32   33   34   35   36   ...   209




Download 1.74 Mb.