• Hörmətlə, Baş direktor prof. Məmməd Əliyev
  • Konfransın işi aşağıdakı istiqamətlər üzrə planlaşdırılır
  • Konfransın işçi dilləri
  • Tezislərin tərtibinə dair tələblər
  • Elektron ünvan: mekkonfrans.az @ gmail.com Konfransla əlaqədar hər hansı təklif və sualla bağlı: mekkonfrans.az@gmail.com
  • Konfrans 28-29 noyabr 2023-cü il tarixlərində saat 11:00 -da Mərkəzi Elmi Kitabxanada keçiriləcək. Konfransın keçirilmə forması
  • Hörmətli Ceyran xanım!




    Download 15.91 Kb.
    Sana31.08.2023
    Hajmi15.91 Kb.
    #79972
    Bog'liq
    AMEA konfrans
    analiz-primeneniya-metadannyh-v-elektronnyh-bibliotekah-informatsionnyh-resursov

    Hörmətli Ceyran xanım!
    Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Multikultural cəmiyyətdə kitabxanaların rolu” adlı beynəlxalq elmi konfrans keçiriləcəkdir.
    Sizi və əməkdaşlarınızı Azərbaycanda kitabxana quruculuğunun inkişafına əvəzsiz töhfələr vermiş Ümummilli Lider Heydər Əliyevə həsr olunacaq beynəlxalq konfransda məruzə ilə iştirak etməyə dəvət edirik.
     
     
     
    Hörmətlə,
    Baş direktor prof. Məmməd Əliyev
     
     
     
     
     
     28-29 noyabr 2023-cü il tarixlərində AMEA Mərkəzi Elmi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Multikultural cəmiyyətdə kitabxanaların rolu” adlı beynəlxalq elmi konfrans keçiriləcəkdir.
    Konfransın işi aşağıdakı istiqamətlər üzrə planlaşdırılır:
    1. Multikulturalizmin inkişafında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin rolu;
    2. Heydər Əliyev və Azərbaycanda kitabxanaşünaslıq elmi;
    3. Heydər Əliyev və Azərbaycan mədəniyyəti;
    4. Multikultural cəmiyyətdə kitab mədəniyyəti və kitab nəşri;
    5. Multikultural cəmiyyətdə müasir tələblər və çağırışlar;
    6. Multikulturalizmin Azərbaycan modeli: tarixi ənənələr və perspektivlər;
    7. Türk xalqlarının multikultural dəyərləri;
    8. Postsovet ölkələrində multikultural ənənələr;
    9. Kitabxanalar milli dəyərlərin və tarixi irsin qorunması bazası kimi;
     
     
     
    Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis, rus 

    Konfransın əsas tarixləri:
     


    Tezislərin göndərilməsinin son tarixi

    30 oktyabr 2023-cü il

    Konfrans proqramının elan olunması

    20 noyabr 2023-cü il

    Konfransın keçirilməsi tarixi

    28-29 noyabr 2023-cü il

    Tezislərin nəşri

    dekabr 2023-cü il

     
     

     

    Konfrans kitabxanaşünaslıq, kitabşünaslıq, biblioqrafiyaşünaslıq, mədəniyyətşünaslıq, arxivşünaslıq, fəlsəfə, tarix, sosiologiya və digər ictimai, humanitar elm sahələri üzrə keçirilir. 
     

     

     
     
    Tezislərin tərtibinə dair tələblər:
    Tezislər Azərbaycan, türk, ingilis və rus dillərindən birində yazılmalı və elektron formada təqdim edilməlidir: 
     təqdim olunan tezislər əvvəllər çap olunmamalıdır;
     mövzu konfransın istiqamətlərindən birinə uyğun olmalıdır;
     Məruzə Microsoft Word mətn redaktorunda A4 formatında, Times New Roman şrifti ilə 12 pt. ölçüdə, vahid sətirlərarası intervalla və mətndaxili yazıda 1 sm. abzas buraxmaqla hazırlanmalıdır.
     Xülasə və açar sözlər (Azərbaycan, rus və ingilis), istifadə edilmiş ədəbiyyat siyahısı olmalıdır.
     Müəllif haqqında məlumat (soyad, ad, ata adı, elmi dətəcə, elmi və fəxri ad, iş yeri, vəzifə, telefon nömrəsi, e-mail ünvan) qeyd edilməlidir.
     
    Elektron ünvan: mekkonfrans.az@gmail.com
    Konfransla əlaqədar hər hansı təklif və sualla bağlı: mekkonfrans.az@gmail.com elektron poçt ünvanına və ya aşağıdakı əlaqələndirici nömrəyə müraciət edə bilərsiniz.
    Konfrans 28-29 noyabr 2023-cü il tarixlərində saat 11:00 -da Mərkəzi Elmi Kitabxanada keçiriləcək.
     Konfransın keçirilmə forması: onlayn (ZOOM proqramı vasitəsilə) və üz-üzə
    Qeyd:Konfransda iştirak ödənişsizdir.  
    Tezislər nəşr olunacaqdır.
     Əlaqə telefonu: (+99412) 5396177
    Əlaqələndirici şəxslər: dos. Şəhla Tahir qızı Quliyeva, tar.üz.fəls. dok.Rövşən Ulduz oğlu Məmmədli
     
    Download 15.91 Kb.




    Download 15.91 Kb.