EHM nəsilləri.
1943-cü il. Amerikalı Qovard Aykenin rəhbərliyi və IBM firmasının sifarişi və dəstəyi ilə Mark-1 adlı ilk proqramla idarə edilən kompüter yaradıldı. Bu, elektromexaniki relelər üzərində qurulmuşdu. Verilənlərin emalı proqramları perfolentdən daxil edilirdi.
1945-ci il. Amerikalı Con fon Neyman ―Eniak maşını barədə ilkin məruzə‖ adlı hesabatda müasir proqramla idarə edilən kompüterin iş prinsiplərini və komponentlərini elan etdi. Bu komponentlər aşağıdakıla idi:
-hesab-məntiq qurğusu;
-idarəetmə qurğusu;
-yaddaş;
-informasiyanın daxil edilməsi və çıxarılması qurğusu.
52 Yaxın illərədək çobanlar otardıqları qoyun sürüsünün sayını və tərkibini çomaq, qamçı sapı və s. üzərinə naxışlara bənzər xüsusi yazı formasında qeyd edirdilər. Bəzi kəndlərdə indi də qonşular süd xapı edərkən divarda, kərəndə, dirəkdə və s. yanaşı şaquli xətlər çəkmək, xapı qaytardıqca həmin xətlərin üstündən çəpəki xətt çəkmək üsulundan istifadə edirlər (İ.M.)
Bu günədək istehsal edilən kompüterlərin böyük əksəriyyəti fon Neyman arxitekrturası ilə buraxılır.
1946-cı il. Amerikalı Con Presper Ekert və Con Uilyam Moçli Mark-1 maşınından 1000 dəfə sürətli olan ―Eniak‖53 adlı ilk güclü elektron-rəqəm kompüterini yaratdılar.
1956-cı il. Yüksək səviyyəli ilk alqoritmik dil olan FORTRAN yaradıldı. Bu dil, əslində, 1954-cü ildən 1957-ci ilədək Con Bekusun rəhbərliyi altında IBM korporasiyasında proqramçılar qrupu tərəfindən yaradılmışdı54. FORTRAN adı FORmula TRANslator sözlərindən yaradılmış və düsturların tərcüməçisi deməkdir. Bu dil bu gün də elmi və mühəndis hesablamalarının aparılmasında geniş istifadə edilir.
1958-ci il. Amerikalı Cek Kilbi ilk inteqral sxem qurdu.
1960-cı il. ALQOL-60 alqoritmik dili yaradıldı.
1963-cü il. Dartmut kollecinin professorları Tomas Kurt və Con Kemeni BASİC55 adlı alqoritmik dil işləyib hazırladılar. Bu dil proqramlaşdırmanı öyrətmək üçün nəzərdə tutulmuşdu.
1964-cü il. Aprelin 7-də IBM firması System-360 kompüterləri ailəsinin yaradılması barədə elan verdi. Bu, kompüterlərin unifikasiyası, birgəliyi və standartlaşdırılması yolunda ən mühüm addım idi. Həmin ildə nəşr edilən elmi məqalələrdə ilk dəfə ―fərdi kompüter‖ termini işlədilmişdi.
1970-ci il. İsveçrəli Niklaus Virt Paskal adlı proqramlaşdırma dili işləyib hazırladı ki, bu da sonra proqramlaşdırmanın öyrədilməsində geniş tətbiq edildi.
1971-ci il. Intel firmasının mühəndisi Ted Xoffun rəhbərliyi altında 4 mərtəbəli (4004) ilk mikroprosessor yaradıldı ki, buna da ―bir kristalda yaradılmış kompüter‖ deyirdilər. Bu mikroprosessor 2250 tranzistordan yığılmışdı və universal kompüterin mərkəzi prosessorunun bütün funksiyalarını icra edə bilirdi.
1974-cü il. İntel 8080 prosessoru bazasında yaradılmış ―Altair‖ adlı ilk mik- rokompüter bazara çıxarıldı. Hər bir alıcıya maşın təklif edən Albukerk şəhərindən olan kiçik MİTS şirkəti İBM və DEC firmalarının şahlıq etdiyi bazarın sakit həyatını pozdu.
1975-ci il. Pol Allen və Bill Qets adlı iki tələbə Altair adlı fərdi kompüter üçün Basic dilinin interpretatorunu hazırladılar. Bu gün fərdi kompüterlərin proqram təminatı üzrə
53 ENIAC - Electronic Numerical Integrator and Calculator
54 1945-ci ildə Plankalkul adlı dil ixtira edilsə də, 2000-ci ilədək reallaşdırıla bilmədi.
55 BASIC - Beginner's All-purpose Symbolic Instruction Code - универсальный код символических инструкций для начинающих; Basic - основной, базовый)
nəhəng istehsalçıya çevrilmiş məşhur Microsoft şirkətinin təməlini həmin tələbələr qoymuşlar. Həmin dövrdə MOP-technoloqy 6502 adlı mikroprosessor yaradıldı ki, bu da 4300 tranzistordan yığılmışdı və o dövrün fərdi kompüterlərində geniş istifadə edilirdi. IBM firması ilk lazer printerlərdən biri olan IBM 3800 adlı printeri bazara çıxardı.
1977-ci il. Bu ildə 6502 prosessoru bazasında Apple-2 (Apple komputer), 8088 prosessoru bazasında PET (Commodore) və Z80 prosessoru bazasında TRS-80 (Tendy Corporation) adlı üç fərdi kompüter kütləvi istehsala buraxıldı.
1983-cü il. Apple Computer firması Apple Lisa adlı ―mış‖-la idarə edilən ilk fərdi kompüter qurdu. Həmin ildə çevik disklərin (disketlərin) kütləvi istifadə edilməsinə başlandı.
1985-ci il. Microsoft firması Windows 1.01 qrafik interfeysi əsasında fərdi kompüter üçün çoxməsələli əməliyyat mühiti yaratmağa ilk cəhd etdi.
1988-ci il. Apple firmasının banisi Stiv Cobs özünün Next Computer adlı yeni firmasında Next adlı kompüter və Next Step adlı əməliyyat sistemi yaradılmasına nail oldu. Philips firması CD-I (CD-Interactive) kompakt-disk üçün yazı standartı işləyib hazırladı.
1989-cu il. Tim Berners-Li56 ―bəşəri biliyin birləşdirilməsi‖ məqsədi ilə
―Ümumdünya hörümçək toru‖ (World Wide Web - WWW) adlandırdığı paylanmış informasiya sistemi konsepsiyasını təklif etdi. Bunun yaradılması üçün iki mövcud texnologiyanı – verilənlərin ötürülməsi üçün IP-protokollar texnologiyası ilə hiper-mətn texnologiyasını (Hypertext Technology) birləşdirdi.
1991-ci il. Hiper-mətnə baxış üçün əmr sətri rejimində işləyən ilk kompüter proqramı
– brauzer ((Browser) yaradıldı. Bunun tətbiqi 1992-ci ildə son yekunda bütün planeti əhatə edən ―tikişsiz informasiya mühiti‖ (Seamless Informational Area) yaradılmasına yönəldilmiş layihənin uğurla icrasına imkan verdi.
1993-cü il. Intel firması Pentium mikroprosessorunu təqdim etdi. Siemens firması özünün ―Synapse1‖ adlı neyrokompüterini təqdim etdi ki, bunun da gücü 8000 işçi stansiyanın gücünə ekvivalentdir. Bu kompüter süni neyronlar şəbəkəsindən aldığı informasiyanın paralel emalını həyata keçirir. Sözü gedən neyrokompüter şəklin və niqtin tanınması üzrə həll edilən məsələlər üçün ideal qurğudur.
56 Tim Berners-Lee, Conseil Europeen pour la Recherche Nucleaire - CERN, Женева
1995-ci il. Fərdi kmpüterlərin proqram təminatı sahəsində dünyəvi hadisə baş verdi: Windows-95 adlı çoxməsələli universal əməliyyat sistemi yaradıldı. 1995-ci ilin sentyabrında buraxılmış Windows-95 əməliyyat sistemi IBM PC kompüterləri üçün ilk qrafik interfeysli əməliyyat sistemi oldu. Sonra bu inkişaf etdirilərək Windows-98-ə, daha sonra isə növbəti versiyalara çevrildi. Aparat-proqram təminatı istehsalçıları qovşaq və qurğuları elə düzəldirlər ki, Windows əməliyyat sistemi ilə uyuşan olur. Yəni indiki kompüterlərə istənilən qurğunu qoşmaq heç bir problem yaratmır. Microsoft firması özüsazlanan qurğular üzrə yeni standart57 daxil etdi.
1996-cı il. Hər bir sonrakı EHM nəslinə aid olan maşınlar əvvəlkilərdən daha cəld, daha etibarlı, daha ucuz və daha kiçik qabaritli olmaqla, daha mükəmməl giriş-çıxış qurğularına malik idi. Kompüter insanın informasion funksiyalarının texniki modeli kimi qəbul edildiyindən, giriş qurğuları görmə, eşitmə və taktil-toxunma kimi təbii dərketmə kanallarına yaxınlaşdırılmaq istiqamətində inkişaf etdirilir. Buna görə də kompüterdə iş günü-gündən daha münasib şəkil alır.
XX əsrin son rübündə sənaye EHM-ləri, sonra isə fərdi kompüterlər çoxfunksiyalı idarəedici sistemlərin və informasiya sistemlərinin yaradılmasının aparat-hesablayıcı təməlini təşkil etdi.
Aşağıdakı cədvəldə elektron-hesablayıcı qurğuların müxtəlif nəsillərinin parametrləri verilmişdir:
EHM
nəsli
|
Element bazası
|
İşləmə sürəti
|
Proqram təminatı
|
Tətbiqi
|
Nümunələr
|
I (1946-
1959)
|
Elektron lampaları
|
10-20 min əməl/san
|
Maşın dilləri
|
Hesablama məsələləri
|
ENIAK (ABŞ), MESM (SSRİ), URAL (SSRİ)
|
II (1960-
1969)
|
Yarımkeçiri- cilər
|
100-500 min əməl/san
|
Alqoritmik dillər, dispetçer sistemləri, paket rejimi
|
Mühəndis, elmi, iqtisadi məsələlər
|
IBM 701
(ABŞ), BESM-6, BESM-4,
Minsk-22 (SSRİ)
|
III (1970-
1979)
|
İnteqral sxemlər
|
1 milyon əməl/san
|
Əməliyyat sistemləri, vaxt bölgüsü rejimi
|
AİS, LİAS, elmi-
texniki məsələlər
|
IBM 360 (ABŞ),
ES-1030,1060 (SSRİ)
|
IV (1980
və sonra)
|
Super BİS, mikrosxemlər
|
Yüzlərlə mln. əməl/san
|
VB və VBS-lər
|
İdarəetmə, kommunikasiya,AİY, mətn emalı, qrafika
|
Fərdi kompüterlər, serverlər
|
|