|
Mövzu 11. İntellektual ölçmə vasitələrinin çevirmə xarakteristikasını kombinəedilmiş xəttiləşdirmə üsulu
|
bet | 10/15 | Sana | 04.12.2023 | Hajmi | 0,92 Mb. | | #110651 |
Bog'liq İntellektual mühazirəMövzu 11. İntellektual ölçmə vasitələrinin çevirmə xarakteristikasını kombinəedilmiş xəttiləşdirmə üsulu
Kombinəedilmiş xəttiləşdirmə üsulunun mahiyyəti
Kombinəedilmiş xəttiləşdirmə üsulunun mahiyyəti ondan ibarıtdir ki, ÖV-nin qeyri-xətti xarakteristikasının bəzi parçaları multiplikativ, qalanları isə additiv xəttiləşdirmə üsulundan istifadə edilməklə xəttiləşdirilir.
Praktikada elə hallar olur ki, kombinəedilmiş üsul multiplikativ və additiv xəttiləşdirmə üsullarından effektiv olur.
Kombinəedilmiş xəttiləşdirmə üsulundan istifadə edərkən multiplikativ və ya additiv xəttiləşdirmə üsullarının rasional seçiminə xüsusi diqqət yetirilməlidir. Bu, ÖV-nin qeyri-xətti çevirmə xarakteristkasının xüsusiyyətlərindən və onun xətti xarakteristika ilə qarşılıqlı yerləşmə vəziyyətindən asılıdr.
Qeyd etmək lazımdır ki, xətti xarakteristikadan yuxarıda yerləşən qabarıqlığı aşağıya yönəlmiş qeyri-xətti xarakteristikalar üçün və xətti xarakteristikadan aşağıda yerləşən qabarıqlığı yuxarıya yönəlmiş qeyri-xətti xarakteristikalar üçün multiplikativ xəttiləşdirmə üsulunun xətası additiv üsula nisbətən daha kiçik olur.
Beləliklə, kombinəedilmiş xəttiləşdirmə üsulundan istifadə olunma məsələsi xətti xarakteristikadan aşağıda yerləşən (və ya onunla kəsişən) qabarıqlığı aşağı yönəlmiş və xətti xarakteristikadan yuxarıda yerləşən (və ya onunla kəsişən) qabarıqlığı yuxarı yönəlmiş qeyri-xətti xarakteristikaları xəttiləşdirən zaman qarşıya çıxa bilər.
Bu zaman ÖV-nin qeyri-xətti xarakteristikasının və xətti xarakteristikanın artımının təxminən bərabər olduğu parçalarda additiv üsulun xətası multiplikativ üsuldan az olur. Bu artımların çox fərqləndiyi qalan parçalarda isə additiv üsulun xətası multiplikativ üsuldan böyük olur.
Bu üsulların xətaların bərabər olduğu halda alınan parçaların sayına görə müqaisəsi nəticəsində məlum olmuşdur ki, işçi diapazonun başlanğıcından multiplikativ üsul additiv üsula nisbətən daha azsaylı parçaların alınmasını təmin edir. Multiplikativ üsulun tətbiqi additiv üsulun əlverişli olduğu bölmə parçasına qədər davam etdirilir. Bu parçadan başlayaraq işçi diapazonun sonuna qədər additiv üsul tətbiq edilir.
Kombinəedilmiş üsulla xəttiləşdirilmiş qeyri-xətti xarakteristikanın qrafiki təsviri
Şəkil 11.1-də kombinəedilmiş üsulla xəttiləşdirilmiş qeyri-xətti xarakteristika göstərilmişdir.
Kombinəedilmiş xəttiləşdirilmə üsulunda multiplikativ və ya additiv üsulun rasional seçilməsi prossesinin riyazi modeli
Kombinəedilmiş xəttiləşdirilmə üsulundan istifadə edərkən multiplikativ və ya additiv üsulun rasional seçilməsi prossesinin riyazi modeli aşağıdakı kimidir:
Burada:
– ÖV-nin çıxış kəmiyyəti;
zmax – ÖV-nin çıxış kəmiyyətinin dəyişmə diapazonunun maksimal həddi;
zн – multiplikativ üsuldan additiv üsula keçmə nöqtəsi;
Мi – ÖV-nin qeyri-xətti xarakteristikasını [zi-1, zi ] intervalında
multiplikativ xəttiləşdirmə əmsalı;
Аi – ÖV-nin qeyri-xətti xarakteristikasını [zi, zi+1 ] intervalında
xəttiləşdirmək üçün ölçmə nəticəsinə daxil edilən additiv düzəlişin ədədi qiyməti.
Kombinəedilmiş xəttiləşdirmə üsulunun funksional-struktur modeli
Kombinəedilmiş xəttiləşdirmə üsulunun funksional-struktur modeli şəkil 11.2-də göstərilmişdir.
Funksional operatorların məzmunu aşağıdakı kimi izah edilir:
– ölçmə nəticəsinin mikroprosessora və müqayisə qurğusuna
ötürülməsi;
İ1(S:Zн); i = 1, s – multiplikativ xəttiləşdirmə üsulundan additiv üsula
keçid nöqtəsinin qiymətinin yaddaşda saxlanılması;
|
| |