• Kokslaşma sobası
  • Yanacaq təyinatlı koks İynəvari koks Qubkavari koks
  • Koksun İstehsal qurğularI
  • YarImfasiləsiz qIzdIrIlmayan koks kamerasInda(Tədrİcİ kokslaşma prosesİ
  • Qaynar qatda fasİləsİz kokslaşma
  • Dİqqətİnİz üçün təşəkkürlər!
  • İxtisas: Kimya mühəndisliyi Fakültə: sabah qrupları Fənn




    Download 0.52 Mb.
    Sana17.12.2022
    Hajmi0.52 Mb.
    #35635
    Bog'liq
    əmtəə Rəvanə Q.
    əmtəə Rəvanə Q.

    İxtisas: Kimya mühəndisliyi
    Fakültə:SABAH Qrupları
    Fənn:Əmtəə neft kimya məhsulları
    Mövzu: Elektrod kokslarının növləri və istifadə sahələri
    Müəllim: Dos. Gülşən Dədəyeva
    Tələbə:Rəvanə Qurbanova
    Kokslaşma
    Kokslaşma prosesi – ağır xammalın bərk koksa və daha aşağı temperaturda qaynayan məhsullara çevrilməsi prosesidir.Bu məhsular neft emalının digər proseləri üçün (qiymətli mühərrik yanacaqları almaq üçün) xammal kimi yararlıdır. Kimya nöqteyi- nəzərdən kokslaşma reaksiyalarına dərin termiki krekinq prosesi kimi baxılır və onun son məhsullarından biri koksdur ki, o da əsasən karbondan ibarətdir. Əslində əmələ gələn koks müəyyən miqdar uçucu madələrə və yüksək tempetraturda qaynayan karbohidrogenlərə malik olur. Uçucu maddələri kənarlaşdırmaq üçün koks 980-dan 13250C-ə qədər temperaturda közərdilir.
    Kokslaşma sobası
    Ağır neft məhsullarının termiki krekinqi zamanı yüksək çıxarla koks almaq istədikdə açıq rəngli neft məhsullarının çıxarı da artır.Kokslaşma zamanı koksla yanaşı benzin,kerosin-qazoyl fraksiyası və ağır qazoyl fraksiyası alınır. Alınan benzin fraksiyasının oktan ədədi çox da yüksək olmur. Benzini hidrotəmizləmə və katalitik riforminq proseslərindən keçirdikdə oktan ədədi 80-dən az olmayan benzin alınır.Kerosin qazoyl fraksiyası tərkibindəki kükürdlü birləşmələr vəolefinlərdən təmizləndikdən sonra dizel yanacaqlarına komponent kimi əlavə edilir. Ağır qazoyl fraksiyasından katalitik krekinq və hidrokrekinq proseslərində xammal kimi istifadə edildikdə 60-65% açıq rəngli məhsullar alınır.
    Emal prosesindən, onun şəraitindən və xammalın xassələrindən asılı olaraq bir neçə növ neft koksu alınır.
    Yanacaq təyinatlı koks
    İynəvari koks
    Qubkavari koks
    Yanacaq təyinatlı koks - emal olunmamış (xam) vəziyyətdə istifadə olunur. İynəvari koks – o, bu adı uzadılmış formalı mikrokristalardan ibarət struktura görə almışdır. Katalitik krekinq qurğusunun qalığı,ağır piroliz qatranı,yağların seleksiv təmizləmə qalığı,termiki krekinq qalığı iynəvari koksun alınmasında xammal kimi istifadə edilir.İynəvari koksun alınmasında geniş vakuum distillatından alınan koks qudrondan alınan koksdan daha keyfiyyətli olur.Çünki tərkibində kükürdlü,azotlu birləşmələr,mexaniki qarışıqlar və s. Miqdarı az olur.İynəvari koks kublarda əldə olunur.Elektrod istehsalı zamanı iynəvari koksdan istifadə olunur. Qubkavari koks - belə koks ölçüləri 50sm-dan qədər olan məsaməli bərk kəsiklərdir. Ləngidilmiş kokslaşma qurğularında əmələ gəlir.Belə koks xarici görünüşünə görə qara qubkanı xatırladığından, qubkavari koks adlanır.
    Tətbİqİ
    Neft koksları, əsasən aşağıdakı məqsədlər üçün istifadə olunur:

      • Yanacaq kimi
      • Elektrolitik reduksiya ilə alüminium istehsalı üçün anod hazırlamaq məqsədli material kimi


      • Elementar fosfor , kalsium karbid və silisium karbid istehsalında karbon mənbəyi kimi
      • Polad,elementar fosfor,kalsium karbid,silisium karbid və titan dioksid istehsalı üçün elektrik sobasında istifadə edilən elektrodların hazırlanmasında material kimi


      • Qrafit istehsalı üçün
      • Hərbi sahəsində və Atom reaktorlarında sürəti azaltmaq üçün(iynəvari koks)

    Koksun İstehsal qurğularI
    Sənayedə koks üç tip qurğularda istehsal olunur:
    1.Dövri işləyən koks kublarında
    2.Yarımfasiləsiz qızdırılmayan koks kamerasında(Tədrici kokslaşma prosesi)
    3.Qaynar qatda fasiləsiz işləyən qurğular
    Dövri işləyən koks kubları
    Hazırda bu üsul ilə xüsusi növ elektrod və konstruksiyalar üçün koks almaq üçün piroliz qatranı kokslaşdırılır. Xammal kimi kerosin-qazoyl fraksiyasının pirolizindən alınan yüksək aromatlaşmış ağır piroliz qatranından istifadə edilir. Götürülən piroliz qatranının tərkibi karbidlər,karbenlər,asfaltenlər və yağdan ibarətdir.Bu prosesdə xammalda olan yağ və qatranlar tədricən asfaltenlərə,sonra isə karboidlərə çevrilir.Karboidlər və aromatlaşmış yağlar kokslaşma prosesinin son məhsullarıdır.
    YarImfasiləsiz qIzdIrIlmayan koks kamerasInda(Tədrİcİ kokslaşma prosesİ
    Burada koks hissəciklər şəklində alındığı üçün onun çeşidlənməsi asanlaşır. Qurğu sadədir və onda ağır maye məhsulların resirkulyasiyasından istifadə edilir. Koksun çıxar faizi fasiləsiz işləyən qaynar qatda aparılan kokslaşma prosesinə nisbətən yüksək olur. Qurğuda koksun kameralardan boşaldılması tamamilə mexanikləşdirilmişdir.Tədrici kokslaşma qurğusunda alınan neft elektrod koksu 3 fraksiyadan ibarətdir:
    1.Kazeen 0,6
    2.Kazeen 0,6-0,25
    3.Kazeen 25-dən yuxarı
    Qaynar qatda fasİləsİz kokslaşma
    Fasiləsiz kokslaşma prosesini sənayedə tətbiq etmək üçün koksu fasiləsiz reaktordan xaric edən xüsusi tərtibat nəzərdə tutulmalıdır.Buna görə də qaynar qat prinsipi ilə işləyən reaktorlar layihələndirildi.Bu reaktorlardan koks toz halında fasiləsiz xaric edilir. Burada kokslaşma istilikdaşıyıcı kimi istifadə edilən koks hissəcikləri üzərində gedir.
    İstifadə olunan ədəbiyyat
    1.V.M. Abbasov, H.C. İbrahimov, S.R. Hacıyeva, S.Ə. Məmmədxanova, E.Ş. Abdullayev, F.Ə. Əmirov
    NEFT VƏ QAZ EMALI PROSESLƏRİNİN KİMYASI VƏ TEXNOLOGİYASI
    2.Səfərov Qəşəm İskəndər oğlu
    Neft və qaz emalının texnologiyası
    Dİqqətİnİz üçün təşəkkürlər!
    Download 0.52 Mb.




    Download 0.52 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    İxtisas: Kimya mühəndisliyi Fakültə: sabah qrupları Fənn

    Download 0.52 Mb.