Kafedra: Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi Fənnin adı: Nəqliyyat növlərinin konstruksiya xüsusiyyətləri SƏRBƏst iŞ. 2 Fakültə: Nəqliyyat və logistika




Download 42.05 Kb.
bet2/3
Sana27.11.2022
Hajmi42.05 Kb.
#31962
1   2   3
Bog'liq
Avtomobilin ilişmə muftası,onun növləri,quruluşu,vəzifəsi və iş prinsipi.

İlişmə muftasının ayırıcı intiqalı (hidravlik tipli) aşağıdakılardan ibarətdir (şəkil 40):

  • pedal;

  • baş silindr;

  • işçi silindr;

  • ilişmə muftasının ayırıcı çəngəli;

  • sıxıcı yastıq;

  • boru xətləri.



Şəkil 47. İlişmə muftasının hidravlik ayırıcı intiqalının və ilişmə muftası mexanizminin sxemi: 1 – dirsəkli val; 2 – nazimçarx; 3 – aparılan disk; 4 sıxıcı disk; 5 – ilişmə muftasının örtüyü; 6 – sıxıcı yaylar; 7 – sıxıcı linglər; 8 – sıxıcı yastıq; 9 – ilişmə muftasının ayrılması üçün çəngəl; 10 – işçi silindr; 11 – boru xətti; 12 – baş silindr; 13 – ilişmə muftasının pedalı; 14 ilişmə muftasının karteri; 15 aparan valın dişli çarxı; 16

  • ötürmələr qutusunun karteri; 17 ötürmələr qutusunun aparan valı

İlişmə muftasının pedalını basdıqda sürücünün ayağının qüvvəsi ştok və porşen vasitəsi ilə mayeyə ötürülür, o isə öz növbəsində baş silindrin porşenindən təzyiqi işçi silindrin porşeninə ötürür. Sonra isə işçi silindrin ştoku ilişmə muftasının ayırıcı çəngəlini və sıxıcı yastığını hərəkət etdirir, o isə qüvvəni ilişmə mexanizminə ötürür. Sürücü pedalı buraxdıqda, geri qaytarıcı yayların təsiri ilə intiqalın bütün detalları ilkin vəziyyətinə qayıdır.


VAZ avtomobillərinin hidravlik sistemində «Neva», «Rosa», «Tom» və onlara analoji başqa tormoz mayeləri istifadə edilir. Lakin mayeni aldıqda və ya heç olmasa baka tökməzdən əvvəl flakonun etiketində yazılanı oxumaq lazımdır. Onu sizin avtomobilin ilişmə muftasının hidravlik intiqalına tökülənlə qarışdırmağa icazə verilirmi? Adətən cavab müsbət olur, lakin elə mayelər var ki, onları başqaları ilə qarışdırmağa icazə verilmir.
Voljsk avtomobil zavodunun qabaq intiqallı avtomobillərində mexaniki intiqal istifadə edilir, burada ilişmə muftasının pedalı ayırıcı çəngəllə metal trosla birləşir. İlişmə mexanizmi burucu momenti sürtünmə qüvvələrinin işi hesabına oturan qurğudur. Məhz ilişmə mexanizmi mühərriki və ötürməbr qutusunu bir-birindən qısa müddətli ayırmağa, sonra isə yenidən onları səlis birbşdirməyə imkan verir. Mexanizmin elementləri ilişmə (mexanizminin) (mühərrikin karterinə bərkidilən) katerində yerləşdirilmişdir. İlişmə mexanizmi (şəkil 48-ə bax): karter və örtük; aparan disk (mühərrikin dirsəkli valının nazimçarxı); sıxıcı disk (yaylı və ya digər dartıcı elementli); xüsusi yeyilməyə davamlı üstlükləri olan aparılan disk
Ötürmələr qutusunun birinci valı ilə əlaqəli olan apalılan disk çox güclü yayların təsiri altında sıxıcı disklə nazimçarxa sıxılmışdır. Mühərrik işlədikdə, nazimçarx, aparılan və sıxıcı disklə r arasında böyük sürtünmə qüvvələri hesabına, bütün bunlar hamısı bütöv bir hissə kimi fırlanır. Bu yalnız o zaman belədir ki, sürücü avtomobilin hərəkət etməyindən və ya yerində durmağından asılı olmayaraq, ilişmə mexanizminin pedalına toxunmur.
Avtomobili yerindən tərpədərək hərəkətə gətirmək üçün ilişmə muftasını işdən ayırmaq, ötürmələr qutusunun lazımi pilləsini (adətən, ən aşağı I pilləni) qoşmaq (yəni işləyən mühərriklə transmissiyanı əlaqələndirmək, birləşdirmək) lazımdır. Bunun üçün, yəni ilişmə mexanizmini qoşmaq üçün aparan təkərlərlə əlaqəli olan (ötürmələr qutusunun birinci valı və transmissiyanm digər tərkib hissələri vasitəsilə) aparılan diski fırlanan nazimçarxa sıxmaq (şəkil 48) ilişmə mexanizminin monolit vəziyyətə gətirmək lazımdır. Bu bir qədər çətin məsələdir, çünki baxılan halda nazimçarxın fırlanma bucaq sürəti 20 ... 25 dövr/san-dir, aparan təkərlərin fırlanma sürəti «sıfırdır».


Download 42.05 Kb.
1   2   3




Download 42.05 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Kafedra: Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi Fənnin adı: Nəqliyyat növlərinin konstruksiya xüsusiyyətləri SƏRBƏst iŞ. 2 Fakültə: Nəqliyyat və logistika

Download 42.05 Kb.