Kafedra: Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi Fənnin adı: Nəqliyyat növlərinin konstruksiya xüsusiyyətləri SƏRBƏst iŞ. 2 Fakültə: Nəqliyyat və logistika




Download 42.05 Kb.
bet3/3
Sana27.11.2022
Hajmi42.05 Kb.
#31962
1   2   3
Bog'liq
Avtomobilin ilişmə muftası,onun növləri,quruluşu,vəzifəsi və iş prinsipi.

Şəkil 48. İlişmə mexanizmi qoşulmuşdur

Gəlin bunu necə etmək mümkün olduğunu birgə fikirləŞəkil Təsəvvür edin ki, siz qatara gecikmisiniz və o, artıq hərəkətə başlamışdır. Əgər ağıllı hərəkət etsəniz, əvvəlcə Siz qaçaraq ona çatmalı, onunla parallel hərəkət etməli, sonra qapı dəstəyindən tutmalı və Sizin sürətiniz tamamilə qatarın sürətilə bərabərləşdikdə, artıq cəsarətlə tullanaraq (atılaraq) vaqona da keçə bilərsiniz.


Lakin Siz fikirləşin ki, qorxulu yuxu da görə bilərsiniz və bu yuxuda Siz qatarın hərəkətinə əks istiqamətdə qaçaraq hərəkətdə olan qatara minmək istəyirsiniz. Əlbəttə vaqona düşə bilmirsiniz, başqa dəhşətli hadisə ancaq ona görə baş vermir ki, Siz soyuq tər içində yuxudan ayılırsmız. Ancaq əmin olun ki, bundan sonra (yəni dəhşətli yuxudan sonra) Siz ilişmə mexanizminin pedaını həmişə düzgün, yəni aşağıdakı üç mərhələ üzrə buraxmağa başlayacaqsınız.
İlişmə mexanizminin qoşulması üzrə işin birinci mərhələsində əvvəlcədən axıra qədər sıxılmış pedalı bir qədər buraxaraq sıxıcı diskin yaylarına imkan veririk ki, aparılan diski yüngül toxunmaya qədər nazimçarxa yaxınlaşdırsın (yəni, qaçaraq qatara çatdıq). Sürtünmə qüvvələrinin hesabına disk bir müddət nazimçarxa nəzərən sürüşərək fırlanmağa başlayacaqdır, Sizin avtomobil isə sakitcə yerindən tərpənəcəkdir.
İkinci mərhələdə aparılan diski hər hansı bir yerdəyişmədən saxlayırıq, yəni iki-üç saniyə ərzində ilişmə mexanizminin pedalını orta mövqedə saxlayırıq ki, nazimçarxın və diskin fırlanma sürətləri (artıq vaqondakı dəstəkdən yapışmısınız) bərabərləşsin. Avtomobil bu zaman hərəkət sürətini bir qədər artırmışdır.
Üçüncü mərhələdə artıq nazimçarx sıxıcı və aparılan disklərlə birlikdə sürüşmə olmadan və eyni sürətlə fırlanaraq, burucu momenti 100% ötürmələr qutusuna və ondan da avtomobilin aparılan təkərlərinə ötürürlər (vaqondasmız).
Bu, ilişmə mexanizminin qoşulmuş vəziyyətinə uyğundur, avtomobil hərəkət edir. Bundan sonra ilişmə mexanizminin pedalını tam buraxaraq, ayağı ondan götürmək lazımdır.
Əgər hərəkətin başlanğıcında ilişmə mexanizminin pedaını kəskin buraxsaq, avtomobil qabağa «tullanacaq», mühərrik isə sönəcək. Ən pis halda isə hər hansı bir hissə sına da biləər, çünki bu halda güclü zərbə dalğası yaranır ki, nəticədə mühərrikin detallarının və transmissiyanın aqreqatlarının yüklənməsi dəfələrlə artır.
İlişmə mexanizmini ayırmaq üçün sürücü pedalı sıxır, bu zaman sıxıcı disk nazimçarxdan aralanır və aparılan diski azad edir, burucu momentin mühərrikdən ötürmələr qutusuna ötürülməsi kəsilir (şəkil 49). İlişmə mexanizminin pedaını
kifayət qədər cəld, lakin kəskin olmayan, sakit hərəkətlə pedalın gedişinin axırına qədər sıxmaq lazımdır.
Şəkil 49. İlişmə mexanizmi ayrılmışdır


İlişmə mexanizmini qoşmaq və ayırmaq üçün sürücünün hərəkətləri (avtomobilili hərəkətə başlamaq üçün yerindən tərpətdikdə, dayandırdıqda və ötürmələri dəyişdikdə) dəfələrlə, xüsusilə də şəhər daxilində hərəkətdə dəfələrlə təkrarlanır. Lakin ilişmə mexanizminin pedalı b üç mərhələdə işləməyi öyrəndikdən sonra, bu hərəkətlər nəzərə çarpmayan faydalı vərdişlərə çevriləcək.
Download 42.05 Kb.
1   2   3




Download 42.05 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Kafedra: Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi Fənnin adı: Nəqliyyat növlərinin konstruksiya xüsusiyyətləri SƏRBƏst iŞ. 2 Fakültə: Nəqliyyat və logistika

Download 42.05 Kb.