• Müəllim: Cahangirov Akif Tələbə: Təhməzov Nicat
  • Kafedra: Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi Fənnin adı: Nəqliyyat növlərinin konstruksiya xüsusiyyətləri SƏRBƏst iŞ. 2 Fakültə: Nəqliyyat və logistika




    Download 42.05 Kb.
    bet1/3
    Sana27.11.2022
    Hajmi42.05 Kb.
    #31962
      1   2   3
    Bog'liq
    Avtomobilin ilişmə muftası,onun növləri,quruluşu,vəzifəsi və iş prinsipi.


    Azərbaycan Texniki Universiteti
    Kafedra: Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi


    Fənnin adı: Nəqliyyat növlərinin konstruksiya xüsusiyyətləri


    SƏRBƏST İŞ. 2


    Fakültə: Nəqliyyat və logistika


    İxtisas: Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi


    Qrup: 160a1


    Müəllim: Cahangirov Akif


    Tələbə: Təhməzov Nicat

    Avtomobilin ilişmə muftası,onun növləri,quruluşu,vəzifəsi və iş prinsipi.


    İlişmə muftası transmissiyanın birinci mexanizmidir və onun vəzifəsi burucu momenti mühərrikin nazimçarxından ötürmələr qutusunun aparan valına ötürməkdir. Eyni zamanda ilişmə muftası sürücüyə burucu momenti qısa müddətə kəsmək, necə deyərlər mühərriki transmissiyadan ayırmaq və sonradan onları səlis birləşdirmək imkanı verir.
    İlişmə muftası  intiqaldan və mexanizmin özündən ibarətdir.

    İntiqal terminini bilmədən avtomobilin sonrakı öyrənilməsini davam etdirmək mümkün deyil. Onu birdəfəlik aydınlaşdırmağa çalışaq. Adi həyatda adam öz ayaqlarının və əllərinin köməkliyi ilə küçədə və otaqda hərəkət edir, qüvvə sərf edir və onu ətraf cisimlərə tətbiq edir. Yəni nəyi isə açır və bağlayır, yandırır və söndürür və bunları hər hansı bir boru xətti və ya linglərin köməyi olmadan edir.


    Avtomobildə qüvvəni, məsələn sürücüdən hər hansı bir mexanizmə ötürmək lazım gəldikdə, bu halda problemlər yarana bilər. Axı maşında hər şey kuzovun

    müxtəlif yerlərində etibarlı bərkidilib, sürücüdə sükanın arxasından tərpənib, məsələn əlləri ilə karbüratorun drossel qapağını aça bilməz. Avtomobilin saz işləməsi, sürücünün isə öz yerində qalması üçün intiqal mexanizmləri mövcuddur. Təsəvvür edin ki, sizə daim nəyi isə açmaq və bağlamaq lazımdır, siz isə özünüz hərəkət edə bilmirsiniz. Bunu təsəvvür etmək çətindirsə özünüzü sevimli divanınıza bərk bağlayın. İndi isə giriş qapısını açmağa cəhd edin?! Məsafədən qüvvəni ötürməklə qapını «açıb» və «bağlamaq» üçün siz ipdən, ağacdan və ya


    məsafədən idarə etmədən və ya başqa nədənsə istifadə etməlisiniz.
    Qoy bu bir ucu sizin əlinizə, digər ucu isə qapının dəstəyinə iplə bağlanmış uzun ağac olsun. Sonra isə cəsarət edib – dartın və itələyin və dəvət olunmuş qonaqları içəri buraxın. Bu halda, ağac iplə məsafədən qüvvəni ötürən «intiqal» olacaq.
    Avtomobildə praktiki olaraq hər bir mexanizmin öz intiqalı var və onun köməkliyi ilə hərəkətə gətirilir. İntiqal çoxlu sayda ayrı-ayrı qovşaq və detallardan təşkil oluna bilər, mexaniki, hidravlik və ya başqa tipli ola bilər.

    Download 42.05 Kb.
      1   2   3




    Download 42.05 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Kafedra: Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi Fənnin adı: Nəqliyyat növlərinin konstruksiya xüsusiyyətləri SƏRBƏst iŞ. 2 Fakültə: Nəqliyyat və logistika

    Download 42.05 Kb.