Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət İqtisad Universiteti
Fakultə: Uçot-İqtisad
Kurs: I
Qrup: 480
Tələbə: Kürdədehli Simran
Sərbəst iş No:2
Fənn: İqtisadi İnformatika
Mövzu:Kompüterin və kompüter texnologiyalarının
Inkişaf tarixi
Bakı-2014
Kompüter və kompüter texnologiyalarının inkişaf tarixi.
Kompüter — istifadəçidən aldığı məlumatlarla məntiqi hesablamalar aparan, hesablamaların nəticəsini saxlaya bilən, saxladığı məlumatları istənilən vaxt yenidən işlədə bilinən bir elektron maşındır. Başqa sözlə kompüter, informasiyanı emal etmək üçün nəzərdə tutulmuş maşındır.
Kompüter sistemi — müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatik işlənməsini həyata keçirən hər hansı qurğunu və ya qarşılıqlı qoşulmuş və ya əlaqəli qurğular qrupunu nəzərdə tutur.Kompüterin normal işləməsi üçün həm aparat təminatı, həm də proqram təminatı tələb olunur.Proqram təminatı dedikdə , əməliyyat sistemi , proqramlaşdırma dilləri və texniki xidmət proqramları nəzərdə tutlur.Kompüter özü isə sistem bloku , monitor , klaviatura , maus (siçan) kimi əsas , printer ,skaner ,modem ,səs gücləndiriciləri və s. Kimi əlavə(periferiya) qurğularından təşkil olunmuşdur.
Müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ-da ENİAK adlı universal kompüterin yaradılması ilə həyata keçirilmişdir. Bu tarix müasir kompüter texnikasının yaranma tarixi hesab olunur. Elə həmin vaxtdan etibarən kompüter texnikası və texnologiyası yüksək sürətlə inkişaf etməyə başlamış və aşağıdakı mərhələlərdən keçmişdir:
I nəsil (1950-1959) – elektron lampalı kompüterlər. Onlardan əsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu.
II nəsil (1960-1969) – element bazası əsasən yarımkeçiricilərdən ibarət olan elektron hesablama maşınları. Elektron lampalar yarımkeçirici elementlərlə-tranzistorlarla və diodlarla əvəz olundu. Onların funksional imkanları xeyli artmışdır
III nəsil (1970-1985) – element bazalı mikroelektronika və inteqral sxemlərdən ibarət olan kompüterlər. Bu nəslin əsasını İBM 360/370 təşkil edirdi. Bu nəsil kompüterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional tələblərə, başqa sözlə biliklər bazaları ilə işləməyə, ən yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verməlidirlər. Yeni quruluşa və texnologiyaya malik neyrokompüterlər real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrinə əsaslanırlar.
IV nəsil (1981-dən sonraki dövr) böyük və çox böyük inteqral sxem texnologiyası ilə yaradılan mikro və mini kompüterlər. Bu nəslin ayrıca sinfi fərdi kompüterlərdir . Onların yaradılması prinsipcə inqilabi mahiyyət kəsb edirdi.
V və sonraki nəsil – yeni və ən yeni elektron texnologiyalarına əsaslanan indiki və gələcəyin kompüterləri. Bu nəsil kompüterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional tələblərə, başqa sözlə biliklər bazaları ilə işləməyə, süni intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə və s. imkan verməlidirlər. Yeni arxetikturaya və texnologiyaya malik neyrokompüterlər real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrinə əsaslanırlar. Bunlarla yanaşı olaraq kompüterlərin məhsuldarlığı bəzi hallarda və sahələrdə tətbiq üçün kifayət etmədiyindən super kompüterlərin yaradılmasına ciddi ehtiyac yaranmışdır.
Kürdədehli Simran , Uçot-İqtisad , Qrup 480
|