P.5.Portfolio.Onun qiymətləndirilməsi. Portfolio-şagird işlərinin məqsədyönlü toplanılmasıdır. Portfolio təlim prosesində (tapşırıqların yerinə yetirlməsində) şagirdin səyini, inkişafını, bir və ya bir neçə fənn üzrə nailiyyətlərini göstərir. Portfolido şagirdin özünüqiymətləndirmə üçün seçdiyi ən yaxşı işlər və planlaşdırılmış nəticələrin əldə edilməsi məqsədilə onun irəliləyiş və inkişafını göstərən fəaliyyət nümunələri olmalıdır.
Portfolionun funksiyası. Müasir təhsildə qiymətləndirmə şagirdin təlim prosesində fənlər üzrə əldə etdiyi bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin monitorinqinə yönəldilib. Portfolio:
-Şagirdlərin güclü və zəif tərəflərini əyani şəkildə göstərərək qiymətləndirmə
prosesini yaxşılaşdırır;
-Təlim məqsədlərinə nail olmaq üçün seçilmiş strategiyanı dəstəkləyir.
-Təlim prosesində dəyişiklik və irəliləyişləri əks etdirir.
-Şagird, müəllim və valideynlərin refleksiv-analiktik təfəkkürünə kömək edir.
Portfolionun istifadə məqsədləri:
-Məqəsdyönlü təlimi həvəsləndirmək
-Öyrənilən mövzu, material haqqında təsəvvürü genişləndirmək
-Öyrənmək bacarığını inkişaf etdirmək
-Planlaşdırılmış nəticələrin əldə edilməsində inkişafı nümayiş etdirmək
-Şagirdlərin özünüqiymətləndirməsinə imkan vermək
-Şagirdlərə qarşılıqlı dəstək və inkişaf üçün şərait yaratmaq
|