Beynəlxalq qiymətləndirmə. Azərbaycan artıq bir neçə ildir ki, Təhsil İslahatları proqramı çərçivəsində Beynəlxalq qiymətləndirmə üzrə bir sıra proqramlarda iştirak edir və PISA – 2006 proqramına qoşulmuşdur.
Beynəlxalq qiymətləndirmənin əsas məqsədləri. Beynəlxalq qiymətləndirmə ölkədə təhsilin vəziyyəti haqqında məlumatın toplanılması, əldə olunan nəticələrin digər ölkə nəticələri ilə müqayisəsi, təhsildə aktual probremlərin üzə çıxarılması, benəlxalq səviyyəli müqayisələrin təşkili, şagirdlərin nəticələrinə təsir edən amillərin müəyyənləşdirilməsi, şagirdlər, valideynlər və eləcə də təlim prosesinin xüsusiyyətləri haqqında məlumatların əldə edilməsi, təhsilin məzmununun təkmilləşdirilməsi, tədris proqramlarının hazırlanmasında təlim nəticələrinin təyin edilməsi, tətqiqatların təşkili, təlim diferensiallaşmanın aparılması, təlim məqsədlərinin təlim nəticələri ilə müqayisəsi, qiymətləndirmə vasitələrinin hazırlanması, təhsilin məzmununun ictimaiyyət tərəfindən müzakirə edilməsi məqsədi daşıyır.
|