P.1.Qiymətləndirmənin istiqamətləri. Qiymətləndirmənin istiqamətləri ayrı-ayrı forma, məzmun və məqsədə malik qiymətləndirmələri nəzərdə tutur. Azərbaycanda qiymətləndirmə 3 istiqamət üzrə aparılır.
1.Beynəlxalq qiymətləndirmə
2.Milli qiymətləndirmə
3.Məktəbdaxili qiymətləndirmə
Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün müəyyən tədris dövrünün sonunda mütəmadi olaraq həyata keçirilir və şagird nailiyyətlərinin qiymətləndirilməsini təmin edir. Seçim əsasında, 4-cü və 9-cu sinif şagirdləri arasında test, sorğu vərəqələri və digər tapşırıqlar vasitəsilə 4-5 ildən bir aparılır və əldə olunan nəticələr kurikulumun, təlim-tədris prosesinin kefiyyətinin yüksəlməsinə xidmət edir və ümumilikdə təsilin keyfiyyətinə nəzarət məqsədilə həyata keçirilir.
Milli qiymətləndirmənin məqsədləri. Milli qiymətləndirmə şagirdlərin zəif və güclü tərəflərini üzə çıxarmaq, ümumi mənimsəmə səviyyəsini və onun dinamikasını müəyyənləşdirmək, şagirdlər təlim nəticələrinə təsir edən amilləri təsvir etmək, nəticələr arasındakı fərqli müqayisə etmək, şagirdlərin, ailələrinin, təhsil müəssisələrinin xüsusiyyətlərini öyrənmək, təhsil siyasətini müəyyənləşdirmək, təhsilin vəziyyəti haqqında müvafiq məlumat toplamaq, problemləri təmin etmək, ölkədə təhsilin məzmununa dair əsas məsələlər ictimaiyyət tərəfindən müzakirəsini təşkil etmək məqsədi ilə aparılır.
Milli qiymətləndirmə: bütün pillələr və səviyyələr üzrə təlim nəticələrinin səviyyəsini müəyyən etmək məqsədi ilə aparılır, milli qurumlar tərəfindən keçirilir.
|