• 1. Təlim prosesi və onun təşkili prinsipləri.
  • Məktəbəqədər təhsil proqramında (kurikulumunda)




    Download 0.68 Mb.
    bet6/33
    Sana02.07.2021
    Hajmi0.68 Mb.
    #15333
    1   2   3   4   5   6   7   8   9   ...   33
    Məktəbəqədər təhsil proqramında (kurikulumunda)

    təlim strategiyaları

    P l a n

    1. Təlim prosesi və onun təşkili prinsipləri.

    2. Təlimin təşkilində istifadə olunan forma və üsullar.

    3. Təlimin planlaşdırılması.

    Nəticə

    Ədəbiyyat


    1. Təlim prosesi və onun təşkili prinsipləri. Məktəbəqədər təhsil proqramında (kurikulumunda) təlim strategiyaları aşağıdakı məsələləri əhatə edir: təlim prosesi və onun təşkili prinsipləri; təlimin təşkilində istifadə olunan forma və üsullar; təlimin planlaşdırılması. 

    Təlim strategiyaları özündə təhsilin bütün komponentlərini (komponent-hər hansı bir şeyin tərkib hissəsi) ehtiva edir. Təlim strategiyasının başlıca məqsədi - təlim verməkdir. Burada əsas məsələ təlimin nəticəsidir.

    Şəxsiyyətyönümlü təhsil sistemində pedaqoji prosesin mərkəzində dayanan tərbiyəçi və uşaqların funksiyaları dəyişir. Onların fəaliyyəti əvvəlcədən müəyyən olunmuş nəticələrə əsasən qurulur. Tərbiyəçi təlim prosesində yeni texnologiyaların içərisindən ən münasibini seçir. Bu texnologiyaların müəyyən olunmasında tərbiyəçi və uşaq şəxsiyyəti təlimin aparıcı subyekti kimi çıxış edir. Münasibətlər “subyekt – subyekt” formuluna uyğun qurulur. Bu zaman uşaqlar öz təfəkkürünün, düşüncəsinin, tərbiyəçilər isə uşağın inkişafı üçün şəraitin təşkilatçısı olur. Tərbiyəçilərin rəhbərlik funksiyası dəyişir, informasiya vermək sahəsindəki fəaliyyəti məhdudlaşır. O daha çox qrup şəraitində təlim fəaliyyətini əlaqələndirən, istiqamətləndirən məsləhətçi kimi uşaqların müstəqil idraki fəaliyyətini, yaradıcılığını təşkil edən subyektə çevrilir, uşaqlar isə müstəqil axtarışlar aparmağa, yaradıcı fəaliyyət göstərməyə sövq edilir.  Uşaqların fiziki inkişafına, sağlamlığına kömək etmək üçün aşağıdakı strategiyalar çox mühümdür. Bunlar hər bir uşağın unikal ehtiyaclarını təmin etmək, fiziki inkişafına kömək göstərmək baxımından əhəmiyyət daşıyır: hər bir uşağın sağlamlığı və təhlükəsizliyi üçün şəraitin yaradılması; uşaqların sağlamlığı, fiziki forma və fəal hərəkətləri artıran gündəlik şəraitin yaradılması; materialların bütün uşaqlar üçün asanlıqla əlçatan (hündürlük, ölçü, yerləşdirilmə) olması və s.

    Aşağıdakı strategiyalar hər bir uşağın öz unikal ehtiyaclarını ödəyən təcrübələr əldə etməsinə kömək edəcək: uşaqlara qarşı həssas, məsuliyyətli və qayğıkeş olmaq;  bütün insanlara hörmət edən və mənfi rəylərdən azad mühit yaratmaq; qarşılıqlı münasibətlər qurmaq üçün davamlı şərait təşkil etmək; uşaqların nəyi bildiyinə və nəyi yaxşı bacardığına əsaslanmaq və s.

    Hər bir uşaq özünün fiziki və sosial dünyasında müxtəlif yollarla ümumi biliklər əldə edir. Mahiyyət etibarilə, hər bir uşaq özünün ünsiyyət, dil və savadlılıq, zəruri həyati bacarıqlarının inkişaf etdirilməsinə dəstək və kömək üçün ehtiyac duyur. İdrakın inkişafına kömək etmək üçün aşağıdakı strategiyaların nəzərə alınması tövsiyə olunur: uşaqların gündəlik həyati bacarıqlara yiyələnmələri üçün şəraitin təşkil edilməsi; mürəkkəb tapşırıqların daha kiçik hissələrə bölünməsi ilə və ya tədbirlərin sayının azaldılması ilə sadələşdirilməsi; gün ərzində uşaqların müxtəlif fəaliyyətlərə və rejimlərə cəlb edilməsi; təlimin uşaqların müxtəlif qabiliyyətləri və öyrənmə yolları ilə uzlaşdırılması və s.

    Uşaqların estetik inkişafını təmin etmək üçün aşağıdakı strategiyalara istinad edilməsi məqsədəmüvafiqdir:  yaradıcılığa həvəsləndirən müvafiq mühitin yaradılması; rəqs, musiqi, rəsm, yapma və s. kimi müxtəlif incəsənət növlərindən istifadə edilməsi; uşaqların fəal şəkildə öyrənməsi, təsəvvür etməsi və yaradıcılıq fəaliyyəti göstərməsi üçün qrup otağında şəraitin yaradılması; yaradıcı düşünməni və özünüifadəni asanlaşdırmaq üçün tərbiyəçinin uşaqlarla interaktiv fəaliyyətinin yaradılması.  Təlim prosesində aşağıdakı prinsiplərə istinad edilir:



    Şəxsiyyətyönümlülük. Şəxsiyyətyönümlülük uşaqlara bütöv bir şəxsiyyət kimi yanaşmağı tələb edir. Həyatda ona lazım olan ən zəruri dəyərlərin formalaşdırılmasını bir vəzifə kimi qarşıya qoyur. Bu iş məktəbəqədər təhsil mərhələsindən başlayır. Ona görə də təlimin məzmununda və həyata keçirilməsində onun nəzərə alınması vacib hesab edilir. Differensiallaşdırma və fərdiləşdirmə. Bu prinsip uşaqların fərdi xüsusiyyətlərini, maraq və tələbatlarını, fiziki və əqli inkişaf səviyyələrini, psixo-fizioloji xüsusiyyətlərini nəzərə almağı, onların təliminin bu xüsisiyyətlər əsasında təşkil olunmasını tələb edir.  İdrak fəallığı. Təfəkkürün fəallaşdırılması əsasında yaranan idrak fəallığı məktəbəqədər təhsil materiallarının koqnitiv (koqnitivlik (lat. cognitio, “başa düşmək, dərk etmək, öyrənmək”) - dərketmə və xarici informasiyaları  mənimsəmək qabiliyyətni təsvir edir) xarakter daşımasına, onun fəal təlim şəraitində reallaşdırılmasına şərait yaradır, uşaqlarda hər hansı problemin həlli tələbatını, onlarda idrak proseslərinin fəlallaşdırılmasını gücləndirir.  Əyanilik. Bu prinsip məktəbəqədər təhsil müəssisələrində uşaqların öyrənməyə olan marağını stimullaşdırır, öyrəndiklərinin daha keyfiyyətli mənimsənilməsinə şərait yaradır.  Əməkdaşlıq. “Tərbiyəçi-uşaq və valideyn” münasibətlərində qarşılıqlı fəaliyyətin təmin olunmasını nəzərdə tutur.  Nəticəyönümlülük. Bu prinsip fəaliyyətin əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında qurulmasını tələb edir.   2. Təlimin təşkili, istifadə olunan forma və üsullar. İnkişafetdirici mühitin mahiyyəti və prinsipləri. Təlim mühiti uşaqların təfəkkür, sosial, emosional (insanın ətraf mühitə və ya öz-özünə qarşı həyacanları emosiya adlanır), fiziki və yaradıcı inkişafına böyük təsir göstərir. Tərbiyəçilər fiziki və psixoloji baxımdan təhlükəsiz və həvəsləndirici mühit yaradaraq uşaqların müstəqil və qrup tədqiqatları, oyun, müxtəlif vasitələr və digər uşaqlarla və böyüklərlə qarşılıqlı əlaqə vasitəsilə inkişafı dəstəkləyirlər.  Uşaqyönümlü mühitin yaradılması işində iki əsas prinsip nəzərə alınmalıdır: 

    - uşaqların ətraf mühitdə olan əşyalar və onları əhatə edən insanlarla qarşılıqlı əlaqə quraraq öyrənməsi və biliklər qazanması; 



    - uşaqların inkişafını və öyrənməsini təmin etmək üçün onların maraqlarının, ehtiyaclarının və güclü tərəflərinin nəzərə alınması.  Qrup otağı “tədqiqat laboratoriyası” kimi təşkil edilir ki, uşaqlar müxtəlif rollarda: tədqiqatçı, aktyor, rəssam, tamaşaçı, inşaatçı, həkim, aşpaz, müəllim, ata, ana və s. özlərini sınayırlar. Elementar tədqiqatların aparılması, yeniliklərin kəşf edilməsi və fikir mübadiləsinə şərait yaradan mühitin qurulması məsuliyyəti tərbiyəçilərin üzərinə düşür. Belə mühitdə tərbiyəçinin rolu uşaqların özünü ifadəsini dəstəkləməkdən və arzu olunan davranış və şəxsi keyfiyyətləri: “niyə” və “nə üçün” suallarının verilməsi, ətrafdıkalara qarşı hörmət və qayğının göstərilməsi, məsuliyyət hissinin təmin olunmasından ibarətdir. Uşaqyönümlü inkişafetdirici mühitdə tərbiyəçi uşaqların irəli sürdükləri fikirlərə, təşəbbüslərə hörmət və diqqətlə yanaşır, onları, xüsusilə məşğələlərin planlaşdırılması və həyata keçirilməsi zamanı nəzərə alır. Təşəbbüskar uşaqlar dəstəklənir, bir qədər çəkinən və passiv olan uşaqlar isə təşəbbüs göstərməyə həvəsləndirilir. Bunun üçün tərbiyəçi “sən nə ilə məşğul olmaq istəyərdin? ”, “sən nə fikirləşirsən?”, “çəkdiyin şəklin mənasını mənə başa sal” və s. kimi sual və təkliflərlə uşaqları fəallaşdıra bilər. Uşaqlar yalnız eşitmək və deyilən kimi hərəkət etmək deyil, fikir yürütmək, faktlar axtarmaq, səbəb-nəticə əlaqələrini soruşmaq, izah etmək və qurmaq, sadə tədqiqatlar aparmaq, həmyaşıdları ilə ünsiyyət qurmaq, fəaliyyəti marağına görə seçmək və sərbəst davranmaq hüquqlarına malikdirlər.  İnkişafetdirici və dəstəkləyici mühitin yaradılması üçün məktəbəqədər təhsil müəssisələrində müxtəlif guşələr (fəaliyyət mərkəzləri) təşkil olunur. Guşələr iki əsas şərti nəzərə almaqla tərtib olunur: 



    Download 0.68 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   33




    Download 0.68 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Məktəbəqədər təhsil proqramında (kurikulumunda)

    Download 0.68 Mb.