• MÖVZU 12 Nitq etiketləri və mraciət formaları XII Mühazirənin PLANI Etika və etiket anlayışı
  • Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani




    Download 345,89 Kb.
    bet39/81
    Sana12.12.2023
    Hajmi345,89 Kb.
    #116562
    TuriMühazirə
    1   ...   35   36   37   38   39   40   41   42   ...   81
    Bog'liq
    Akademik və işgüzar kommunikasiya 15 mühazirə (1) (1)

    Ədəbiyyat

    1. Abdullayev A.S. Nitq mədəniyyəti və natiqlik sənəti. Bakı.1981

    2. Azərbaycan nitq mədəniyyəti problemləri. Bakı. 1988

    3. Əliyev K. Natiqlik sənəti. Bakı. 1994

    4. N. Abdullayev. “Nitq mədəniyyətinin əsasları”. Bakı 2013

    5. T.Əbdülhəsənli, S.Zülfüqarlı, A.Rzai. “Azərbaycan dili və nitq mədəniyyəti” . Bakı, 2014.


    MÖVZU 12
    Nitq etiketləri və mraciət formaları
    XII Mühazirənin
    PLANI

    1. Etika və etiket anlayışı

    2. Nitq etiketləri

    3. Komminikasiya prosesində müraciət formaları

    Kommunikasiya prosesinin əsasını danışıq etikası təşkil edir Etika insanlarm bir-birinə, cəmiyyətin insanlara münasibətini tənzimləyən mədəni, nəzakətli danışığı və əxlaq normalarını özündə ehtiva edir. Etikaya görə əxlaq cəmiyyətdə, insanlar arasında qarşılıqlı münasibətləri nizamlayır. Etika mövcüd adət-ənənələrə tənqidi yanaşmaqla insanlara cəmiyyətdə ictimai rəyə əsaslanıb əxlaq normalarını könüllü yerinə yetirməyi aşılayır. Etik normalar əxlaqi keyflyyətlərin toplusudur.
    Nəzakətli danışıq, eləcə də onu tamamlayan hərəkətlər də başqa normalar kimi müəyyən sistemə malikdir. Bura nitqin müraciət, dinləmə, sualvermə, söhbətəqoşulma, suala cavabvermə, şad və bəd xəbəri çatdırma və s. qaydaları kimi komponentlər daxildir. Nəzakətli nitq, hərəkət, davranış mədəniyyətimizin çox mühüm amillərindəndir. Bu hərəkətlər şəxsiyyətlərarası münasibətlərin tənzimlənməsi, nizamlanması və inkişafında həmişə mühüm əhəmiyyət kəsb etmiş, insanların mədəniyyətinin və mənəviyyatının ümumi səviyyəsi haqqında təsəvvür yaratmışdır.
    Nitq etiketi və ünsiyyət mədəniyyəti bir-biri ilə sıx əlaqədardır. Bunlar bir-birindən ayrılmaz və biri-birini tamamlayan anlayışlardır. Kommunikasiya prosesində danışan özünü üç formada təqdim edə və tanıtdıra bilər. 1) Öz hərəkəti, rəftarı, təbiəti ilə 2) şəxsiyyəti, elmi və mədəni səviyyəsi ilə 3) kimlə necə və kimə nədən danışmağı ilə.
    Etika və etiket terminləri səslənmələrinə, mənalarına və tətbiq olunma sahələrinə görə bir-birinə yaxın sözlər kimi dərk edilir. Bu terminlərin bir-birinə yaxınlaşması son dövrlərə aiddir. Etiket fransız, etika isə latın sözüdür. Etket sözü fransız dilində ikimənalıdır: a) yarlıq, etiket, yazı b) mərasim. Etika sözü latın dilində ikimənalıdır: a) ictimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə b) hər hansı sinfin, cəmiyyətin və ictimai təşkilatın əxlaq qaydaları. Etiket sözü holland dilində, əsasən paycıq mənasında işlədilir. Paycıq əvvəlcə malın, eksponatın üstünə yapışdırılmış kağız, sonralar yazı kağızının özü mənasında işlədilmişdir. Etiket sözünün yazı mənası əsasında mərasimi məna yaranmışdır. İndi etiket sözü həm yarlıq, həm də danışıq forması mənasında istifadə edilir. Etiket sözü yarlıq mənada ilkin, danışıq formasında isə törəmədir. Danışıq etiketi deyəndə insanların zahirən bir-birinə olan münasibətləri, ünsiyyəti ilə bağlı əxlaq qaydalarının toplusu başa düşülür.
    Danışıq etikasının öz normaları var. Bu bir sistemdir. Bu sistemin komponentləri müxtəlifdir. 1) müraciət qaydaları 2) şad və qəmli xəbərləri çatdırma qaydaları 3) dinləmə qaydaları 4) söhbətə qoşulma qaydaları 5) verilən suallara mədəni cavab qaydaları 6) mimika və jestlərdən məqamında düzgün istifadə etmə qaydaları.
    N.Tusinin danışıq etikası haqqında XII əsrdə dediyi sözlər bu gün üçün əhəmiyyətlidir. O demişdir: “Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətməli, nalayiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətməməli”. Gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə təriflənməli, belə danışığa adət etməyə hüsnrəğbət oyatmalıdır. O özünə, müəlliminə, özündən yaşca böyük olanlara hörmət və xidmət etməyi bilməlidir”. Çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməlidir. Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə də yavaşdan, mülayim səslə özünü göstərməlidir. Qeybət, böhtan, iftira, yalançılıqdan çəkinməlidir.Ümumiyyətlə az danışmalı, çox eşitməlidir. Bir filosofdan soruşdular: “Nə üçün az danışır, çox qulaq asırsan?” Dedi: “Çünki mənə iki qulaq veriblər, bir dil, yəni iki eşit, bir de”.

    Download 345,89 Kb.
    1   ...   35   36   37   38   39   40   41   42   ...   81




    Download 345,89 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani

    Download 345,89 Kb.