|
Mövzu: Fəlsəfə, onun predmenti və elmlər sistemində yeri
|
bet | 2/3 | Sana | 23.11.2023 | Hajmi | 4 Mb. | | #103817 |
Bog'liq zf2lbzvdtbkp7b5x7yjf-17-221225203308-fd7b9d0cİdealizm
İdealizm insan şüuruna istinad etməklə fərqlənmişlər. İdealizmin isə dinlə qovuşduğunu qeyd edən filosoflar idealizmi «incələşmiş din», «dinçiliyə yol» və s. adlandırmışlar. Düzdür, bu cür təhlil həqiqətə uyğundur və əsasən qəbul edilməlidir. Hər iki fəlsəfi cərəyan gerçəkliyin müxtəlif mövqelərdən izahıdır, insan idrakının
məhsuludur; idrak isə düz xətt üzrə inkişaf etmir; idrakın inkarlı, spiralabənzər inkişafı müəyyən yenilmələrin dəqiqləşməni, fikir plüralizmini zəruri surətdə doğurur. Bu yolla mövqelər aydınlaşır, həqiqətə yaxınlaşır, fikir plüralizmindən fikir aydınlığına keçilir.
Fəlsəfənin cəmiyyətdə rolu
Fəlsəfənin cəmiyyətdə rolu onun funksiyalarında ifadə olunur. İdraki (qnoseoloji) funksiyanı yerinə yetirərək fəlsəfə
təbiət, cəmiyyət və təfəkkürün mahiyyətınin və qanunauyğunluqlarının dərk edilməsinə kömək edir. Müasir təbiətşünaslıq və ictimai elmlərlə sıx əlaqədə fəlsəfi dünya-görüşnə yiyələnmiş insan, dünyanın təbiı-elmi
mənzərəsini mənimsəyir, ətrafında baş verən çoxsaylı təbii və ictimai hadisələrin mahiyyəti və səbəbləri haqqında elmi-obyektiv nəticələrə gələ bilir, onların inkişaf qanunauyğunluqlarını dərk edir, cəmiyyətdə düzgün həyat proqramı tutur. Gerçəklik haqqında əldə etdiyi müxtəlif biliyi nəzəri sistem halında ümumiləşdirir, dünyagörüşü faktına çevirir.
Fəlsəfənin ümumi anlayışları
Fəlsəfə mövcudatın əsası, varlıq, materiya, şüur və s. kimi ən ümumi anlayışlar haqqında nəzəri müddəalarını işləyib hazırlayarkən özünün ontolojı funksiyasını (ontologiya - yunanca «ontos» (mövcudluq) və
"loqos" (təlim) mənası yerinə yetirir. İnsan fəaliyyəti haqqında təlim ilə fəlsəfə özünün praksioloji («praktikos» - yunanca fəaliyyət deməkdir), bəşəri sərvətlər (dəyərlər) haqqında ideyaları ilə isə aksioloji («aksios» - yunanca dəyər, sərvət deməkdir) fünksiyasını həyata keçirir. Məhz bunlar da göstərir ki, dünyagörüşün rasional-nəzəri forması olan fəlsəfənin qədim dövrdən indiyədək ən başlıca vəzifəsi ən ümumi ideya və təsəvvürləri, ən ümumi qanun və kateqoriyaları işləyib hazırlamaqdan
ibarət olmuşdur.
Metodoloji funksiya cəhətdən fəlsəfə, dialektik metod prinsiplərinə (ziddiyyətlilik, inkarlıq, yeninin qarşısıalınmazlığı, özüinkişaf və s.)
istinadən insana təbii və sosial gerçəkliyin dərk edilməsi və dəyişdirilməsi üçün ümumi yanaşma üsulu, qayda və metod verir, ümumi nəzəri-fəlsəfi
metodoloji prinsiplərlə onu silahlandırır.
Dünyagörüşü sistemində fəlsəfə həm də
şəxsiyyətlə təbiət və cəmiyyət hadisələri arasında əlaqə və münasibətləri, insan təcrübəsinin bütün formalarını tənzim edərək inteqrativ funksiyanı da ifadə edir. Ayrı-ayrı elmlərin nailiyyətlərini
əlaqələndirib onlardan düzgün elmi-fəlsəfi dünyagörüşü nəticələri çıxarmağa imkan verir.
Müxtəlif ictimai şüur formalarını əlaqələndirərək, qarşılıqlı zənginləşmə əsasında fəlsəfə şəxsiyyətin dünyagörüşünün mənəvi, siyasi, estetik, hüquqi və
s. əsaslarını hazırlamaqla cəmiyyətdə maddi və mənəvinin qarşılıqlı münasibətinin rol və
əhəmiyyətini müəyyən edir.
Fəlsəfə - bəşər tarixini nəzəri ümumiləşdirdiyindən, müasir və gələcək insan
fəaliyyətini elmi cəhətdən əsaslandırdığından ümumbəşəri məzmun daşıyır. Fəlsəfə - bəşəri dəyərlərə istinad edir və özü də bu dəyərlərin başlıca nümunələrindən biridir.
Fəlsəfə heç də təkcə keçmişə və indiyə deyil, həm də gələcək haqqında mükəmməl ideya və prinsiplər müəyyən etməyə - qabaqgörənliyə imkan verir. Qabaqgörənlik
baxımından fəlsəfi dünyagörüşü şəxsiyyətə sosial-siyasi hadisələrin inkişaf ehtimalını düzgün qiymətləndirmək, inkişaf meylinin zəruri əlaqələrini tapmaq, aydın elmi
mövqedən çıxış etmək, dərin intuisiya, zəngin təfəkkür və boyük həyati təcrübə əsasında hadisələri qabaqlamaq və gələcəyin modelini yaratmaq imkanı verir.
Fəlsəifənin tənqidi funksiyası da vardır. Belə ki, o bütün əvvəlki mədəni irsi, mifoloji, dini təsəvvürləri, tarixi-fəlsəfi təlimləri tənqidi təhlil edib, yaradıcı qiymətləndirməyə, mürəkkəb fəlsəfi problemlərin müasir həllini verməyə çalışmışdır.
Bu baxımdan, istər fəlsəfə tarixindən, istərsə də
müasir elmi-tədqiqat ədəbiyyatlarında fəlsəfənin müxtəlif tərifləri verilir. Onların hamısında, xüsusilə
XIX-XX əsrlər dövründə fəlsəfəyə varlıq və idrakın ən ümumi qanunauyğunluqları, insanın dünyaya münasibətlərinin ən ümumi prinsipləri haqqında elm
kimi tərif verilmişdir.
|
| |