|
Fəlsəfənin elmlər sistemində yeri
|
bet | 3/3 | Sana | 23.11.2023 | Hajmi | 4 Mb. | | #103817 |
Bog'liq zf2lbzvdtbkp7b5x7yjf-17-221225203308-fd7b9d0cFəlsəfənin elmlər sistemində yeri
Fəlsəfə elmlər sistemində mühüm yer tutur. Fəlsəfə və digər elmlər bir kök üzərində yüklənmiş, sonralar şaxələnmişdir. 17-18-ci əsrlər də elmin ayrı-ayrı sahələrinin formalaşması və onların fəlsəfə adlanan ümumi bilikdən ayrılması kimi formalaşması prosesi bəşər mədəniyyəti
tarixində mühüm hadisə idi. Həmin vaxtdan etibarən
fəlsəfə nəzəri-elmi biliyin xüsusi forması kimi inkişaf
etməyə başlayır. Fəlsəfənin bir elm kimi qərarlaşması İ.
Kantın adı ilə bağlıdır. Elmləri adətən beş böyük qrupa bölürlər: fəlsəfi elmlərə, hümanitar elmlər, təbiətşunaslıq, dəqiq və texniki elmlər. Elmlərin belə təsnifatında fəlsəfə mərkəzdə durur. Bu o deməkdirki, fəlsəfə bütün elmləri bir-
biri ilə əlaqələndirən vəsilə rolunu oynayır.
Elmlər sistemində fəlsəfənin başlıca vəzifəsi ondan ibarətdir ki, o, bir çox elm sahələrinin nailiyətlərini ümumiləşdirərək, təbiəti, cəmiyyəti, insanı öyrənən elmlərin bir növ
inteqrasiya vasitəsi kimi çıxış edir.
Immanuel Kant
Fəlsəfənin tədqiq etdiyi problemlər müəyyən mənada digər elmləri
də maraqlandırır. Fizika, riyaziyyat, kimya, biologiya, pisxologiya, etnoqrafiya, sosiologiya, tarix, təbiət, hüquq, ədəbiyyatşünaslıq, siyasətşünaslıq, iqtisadiyyat və s. elmlərin öyrəndiyi proses və hadisələrin tənqidi mahiyyətcə fəlsəfi problemlərin qoyuluşuna gətirib çıxarır. Fəlsəfə onun tarixi və etika, estetika kimi sahələri nəinki, elmi –nəzəri, həm də praktik əhəmiyyətə malikdir. Elm dəyərli nəzəri əsaslara malik olduqda fayda verə bilər. Məlumdur ki, müasir elmi-texniki tərəqi şəraitində insan kibernetik qurğulardan, atom enerjisindən istifadə etməklə, kosmosu fəth
etməklə və i. a. böyük xaruqələr yaradır. Lakin elə anlarda olur ki, insanın elm və texnikanın gücü ilə yaratdığı silahlar onun öz
əleyhinə çevrilir. Bunun üçün faciəvi Cernobil hadisəsini yada salmaq kifayətdir. Bir cəhətidə unutmaq olmaz ki, elm-texniki tərəqqi sayəsində insanın fiziki qüdrəti, onun təbiətə təsiri nə
qədər artsada mənəviyyatı bir o qədər cılızlaşır.
Müasir elmi ideyaların əksər qismi vaxtı ilə fəlsəfə tərəfindən irəli sürülmüşdür. Antik yunan filosofları Levkipp və Demokritin
maddənin atom qurluşuna dair fikirlərini, P. Dekartin refleks anlayışını, hərəkətin saxlanması pirinsipini, fransız filosofu P. Qassendinin və məşhur M.V. Lomonosovun molekulların
atomlardan ibarət mürəkkəb hissəciklər şəkilində mövcüd olmasına dair nəzəriyələrin və s. buna misal göstərmək olar. Eyni zamanda
elm tərəqqi etdikcə fəlsəfəni əhəmiyyətli dərəcədə zənginləşdirmişdir. Fəlsəfənin müstəqil elm sahəsi kimi formalaşması da humanitar, texniki, təbiətşunaslıq elmlərlə biləvasitə bağlıdır. Məhz həmin elmlərin inkişaf prosesində
fəlsəfənin yeni-yeni problemləri əmələ gəlmişdir.
Müasir dövürdə fəlsəfənin digər elmlərlə qarşılıqlı əlaqə dairəsi daha da genişlənmişdir. Fəlsəfə varlıqla şüurun unversal
münasibətini, onların ən ümumi inkişaf qanunlarını öyrənərkən
“insan-dünya” problemini tədqiq edən bütün başqa elmlərin nailiyyətlərindən bu və ya digər dərəcədə istifadə edir. Bunsuz o, inkişaf edə bilməz. Onun tədqiqat metodları da məhz həmin prosesdə formalaşmışdır. Fəlsəfənin başqa elmlərlə, biliyin digər
sahələri ilə qarşılıqlı əlaqəsi onun inkişafının zəruri şərtidir.
P.
Qassendi
P.
Dekart
Demokrit
Levkipp
Fəlsəfə, onun predmeti və
cəmiyyətdə rolu
Fəlsəfə, onun predmeti və
cəmiyyətin mənəvi inkişafı
- http://kkainnatt.blogspot.c om/2017/04/flsf-onun- predmeti-v-cmiyytd- rolu.html
- https://kayzen.az/blog/fəls əfə,-onun-predmeti-və- cəmiyyətin-mənəvi-
inkişafı.html
DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜRLƏR...
|
| |