Mövzu üzrə plan




Download 393,22 Kb.
Sana15.05.2024
Hajmi393,22 Kb.
#233952
Bog'liq
Səmədzadə Elvin inşaat mühəndisliyi FF

Fakültə:Memarlıq fakültəsi Kafedra: Memarlıq konstruksiyaları və abidələrin bərpası Fənnin adı: Memarlıq konstruksiyaları Bölmə A: Mülki binaların memarlıq konstruksiyaları Mövzu: A9. Pəncərə və qapılar.

Mövzu üzrə plan:

  • Pəncərələrə verilən tələblər.
  • Müxtəlif materialdan olan pəncərə elementləri.
  • Pəncərə və qapıların konstruktiv detalları.
  • Girişlər və tamburların layihələndirilməsi üsulları.

PƏNCƏRƏ VƏ QAPILAR

Xüsusi ilə Xristianlıq dinində

pəncərə və qapılara önəm

verilmişdir. Vitraj olaraq

adlandırılan şəffaf materialdan

hazırlanmış ornamentli və ya

süjetli kompozisiya pəncərə və

qapı şəbəkələrinin

bəzədilməsində istifadə edilən

əsas vasitələrdəndir. Qotik

memarlığın ayrılmaz tərkib

hissələrindən olan vitraj sənəti

özünü daha çox kilsələrdə və dini

ibadətgahlarda göstərmişdir.

PƏNCƏRƏ

Pəncərələr otaqların işıqlanması və havasının dəyişdirilməsi üçün layihələnir. Pəncərələrin forma və ölçüləri binaların memarlıq həllinə uyğun olaraq həll edilir. Materialına görə pəncərələr taxtadan, metaldan və s. olurlar. Pəncərələr bir, iki və üç cildli olurlar. Pəncərələr bir, iki, üç və çox taylı olurlar.

Plastik Pəncərə

  • Plastik pəncərələrin xüsusiyyətləri rahatlıq baxımından insanların tələbləri həmişə eynidir, əsas odur ki, otaq isti, təmiz və gözəl olsun. Plastik pəncərələr bu tələblərə tam cavab verir, üstəlik onlar geniş kütlə üçün əlçatandır. Plastik pəncərə sistemləri aşağıdakı üstünlüklərə malikdir:Mükəmməl istilik və səs izolyasiyası.Polivinilxlorid yanmaya davamlıdır.Forma, rəng və ölçülərin müxtəlif çeşidlərinin böyük seçimi.

Alüminium pəncərə

  • Alüminium pəncərələrin xüsusiyyətləriAlüminium pəncərələrin isti və soyuq versiyaları mövcuddur. Soyuq versiyalarda profil kamerasının içərisinə isidici kimi yerləşdirilmiş polimer materialdan istifadə olunur. Bu izolyasiyanın olub-olmamasından asılı olmayaraq, metal pəncərə sistemləri aşağıdakı üstünlüklərə malikdir:Yanğına davamlılıq - alüminium yanmır, onun əriməsi 650oC-dən yüksək temperaturda baş verir;Uzunmüddətli xidmət;Böyük ölçülü pəncərələri şüşələməyin mümkünlüyü.

QAPI

  • Qapılar binaya daxil olmaq, otaqlar arasında əlaqə yaratmaq və evakuasiya məqsədləri üçün layihələnir. Qapılar xarici və daxili olurlar. Qapılar birtaylı, iki və üç taylı olurlar. Materialına görə qapılar ağacdan, şüşədən, dəmirdən və plastmasdan olurlar.Qapıların eni minimum 670 mm olmalıdır. Qapılar şüşəli və şüşəsiz olurlar. Qanıların eni hər 100 nəfərə 60 sm hesab ilə təyin olunur. Qapılar divarlara xüsusi ankerlər vasitəsi ilə bərkidilir. Giriş qapıları evinizin simasıdır, qonağın və ya ziyarətçinin diqqət yetirəcəyi ilk şeydir. Giriş qapılarının düzgün dizaynını seçərək, ən seçici qonağı belə asanlıqla heyran edə bilərsiniz.

Şpon qapılar

Müəyyən qədər ucuz taxta karkasın

üzərinə Şpon ilə emal olunmuş

görkəmi daha cəzibədar olan ağac

növünü yapışdırmaqla hazırlanır,

yəni daxildən nisbətən ucuz taxta

karkas üzərində bahalı növdən

olan nazik səth çəkilir. Bu qapılar

qiymət baxımından daha

münasibdir, daha yüngüldür,

nəmişliyə və mexaniki zədəyə qarşı

daha davamlıdırlar. Mənfi

cəhətlərdən isə mexaniki zədə

olduğu təqdirdə həmin zədənin

aradan qaldırmaq mümkünsüz

desək, yanılmarıq.

Laminat qapılar

Büdcənizin məhdud olmasını

nəzərə alaraq, nisbətən daha

ekonomik həll - laminat qapılardır.

Qapının hazırlanması adətən şam

ağacının üzərinə MDF və ya DSP

səthinin çəkilməsindən ibarətdir.

Bu qapılar, yüngüllüyü və

qiymətinin ucuz olması ilə

fərqlənirlər, nəmişliyə qarşı çox

davamlıdırlar. Rəng seçimi çox

böyükdür. Mənfi cəhətlərdən isə

zədəyə qarşı xüsusən də zərbəyə

qarşı çox həssasdır və dərhal

çatlayırlar.

MDF qapı

Bu qapıların hazırlanması

mətbəx mebelinin masa

lövhəciyinin (“Stoleşnica”)

hazırlama prinsipi ilə eynidir, yəni

vakum presi ilə hazırlanmış karkas

sonradan MDF səthi ilə üzlənir. Bu

qapılar Massiv qapıların

cazibədarlığını təkrarlıya bilir, və

eyni zamanda qiymətdə nisbətən

münasib olması bu qapıları çox

cəlbedici edir. Material mexaniki

zərbəyə davamlıdır və eyni

zamanda da səs və termo

izolyasiyası yüksəkdir.

DİQQƏTİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR

DİQQƏTİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR


Download 393,22 Kb.




Download 393,22 Kb.